Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-71/2023 11.01.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə İddiaçı1, İddiaçı2 qəyyumu İddiaçı1, İddiaçı3, Orucova (Ələkbərova) Aytən Nizami qızının cavabdeh X2 Komlkesinə və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastr və X1 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı tprpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması, torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı1, İddiaçı2 qəyyumu İddiaçı1, İddiaçı3, Orucova (Ələkbərova) Aytən Nizami qızı cavabdeh X2 Komlkesinə və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastr və X1 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı tprpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması, torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin baxılması ilə əlaqədar tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin tərəflər heç bir üzrlü səbəb olmadan 11 yanvar 2023-cü il tarixə təyin olunmuş məhkəmə iclaslarına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki-Pposessual Məcəlləsinin (Azərbaycan Respublikası MPM) 259.0.6-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı1, İddiaçı2 qəyyumu İddiaçı1, İddiaçı3, Orucova (Ələkbərova) Aytən Nizami qızının cavabdeh X2 Komlkesinə və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastr və X1 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı tprpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması, torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı və ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı1, İddiaçı2 qəyyumu İddiaçı1, İddiaçı3, Orucova (Ələkbərova) Aytən Nizami qızının cavabdeh X2 Komlkesinə və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastr və X1 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı tprpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması, torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinin baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədirlk edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-71/2023
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-71/2023
11.01.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver