Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-711/2020 30.07.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs1 iştirakı ilə Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2nə qarşı doğum faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Maraqlı şəxs1 ilə birgə nikahından anadan olmuş Abdullayev İsmət Köçəri oğlunun xx.xx.2015-ci il tarixdə Quba rayonu, Muçu kəndində doğulması faktının müəyyən edilməsi, Abdullayev İsmət Köçəri oğluna doğum haqqında şəhadətnamə verilərkən, atası qrafasında “Maraqlı şəxs1” anası qrafasında “Ərizəçi” kimi qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəsini müdafiə edərək göstərdi ki, Maraqlı şəxs1 xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2015-ci il tarixdə Abdullayev İsmət Köçəri oğlu anadan olmuşdur. Yaşadıqları ev xəstəxanadan uzaqda yerləşdiyindən uşaq ev şəraitində doğulmuşdur. Sonradan imkanları olmadığından uşağa doğum haqqında şəhadətnamə ala bilməmişlər. Şəhadətnamə alınması üçün Maraqlı şəxs2nə müraciət etsələr də, doğum haqqında tibbi şəhadətnamə olmadığından uşağın doğumunun qeydə alınması mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq, Maraqlı şəxs1 ilə birgə nikahından anadan olmuş Abdullayev İsmət Köçəri oğlunun xx.xx.2015-ci il tarixdə Quba rayonu, Muçu kəndində doğulması faktının müəyyən edilməsi, Abdullayev İsmət Köçəri oğluna doğum haqqında şəhadətnamə verilərkən, atası qrafasında “Maraqlı şəxs1” anası qrafasında “Ərizəçi” kimi qeyd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Maraqlı şəxs1 ərizənin təmin edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Maraqlı şəxs2 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X3 bildirdi ki, Ərizəçi ilə həmkəndli və qonşudurlar. Ərizəçi ilə Maraqlı şəxs1 6 ildir ki, ailəlidirlər. Ərizəçi uşağı həqiqətən xx.xx.2015-ci il tarixdə Quba rayonu, Muçu kəndində evdə doğulmuş, hazırda valideynləri ilə birlikdə həmin kənddə yaşayır. Məhkəmədə şahid X1 bildirdi ki, Ərizəçi ilə qonşudurlar. Ərizəçi Maraqlı şəxs1 ilə ailəlidirlər. Uşaq həqiqətən xx.xx.2015-ci il tarixdə Quba rayonu, Muçu kəndində evdə doğulmuş, hazırda valideynləri ilə birlikdə həmin kənddə yaşayır. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs1 ilə Abdullayev (Şahverdiyeva) Ruhiyyə Asəf qızının nikahı xx.xx.2013-cü il tarixdə bağlanmışdır. Beləliklə məhkəmədə müəyyən edildi ki, tərəflər xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar, birgə nikahdan xx.xx.2015-ci il tarixdə Quba rayonu, Muçu kəndində yaşadığı evdə uşaqları Abdullayev İsmət Köçəri oğlu doğulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ərizə əsaslı olduğu üçün təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs1 birgə nikahından anadan olmuş Abdullayev İsmət Köçəri oğlunun xx.xx.2015-ci il tarixdə Quba rayonu, Muçu kəndində doğulması faktının müəyyən edilməli, Abdullayev İsmət Köçəri oğluna doğum haqqında şəhadətnamə verilərkən, atası qrafasında “Maraqlı şəxs1” anası qrafasında “Ərizəçi” qeyd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. Abdullayev İsmət Köçəri oğlunun xx.xx.2015-ci il tarixdə Quba rayonu, Muçu kəndində doğulması faktı müəyyən edilsin. Abdullayev İsmət Köçəri oğluna doğum haqqında şəhadətnamə verilərkən atası qrafasında “Maraqlı şəxs1” anası qrafasında “Ərizəçi” qeyd olunsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-711/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-711/2020
30.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver