Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-711/2025 21.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «şəxsin ölmüş elan edilməsi» barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı «şəxsin ölmüş elan edilməsi» barədə ilə məhkəməyə müraciət edərək, xx.xx.1990-ci il tarixdə Quba rayonunda doğulmuş X3 17 iyul 2018-ci il tarixdə, xx.xx.1995-ci il tarixdə Quba rayonunda doğulmuş X7 07 fevral 2015-ci il tarixdə Suriya Ərəb Respublikasında döyüşlər zamanı ölmüş elan edilmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X10 və X13 onun qardaşlarıdır. X10 xx.xx.1990-ci il tarixdə Quba rayonunda, X13 isə xx.xx.1995-ci il tarixdə Quba rayonunda doğulmuşlar. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-14486/2017- saylı 05 oktyabr 2017-ci il tarixli, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-2070/2019 saylı 18 yanvar 2019-cu il tarixli qətnamələri ilə qardaşları X10 və X7 Azərbaycan Respublikasının vətəndaşlığının itirilmiş hesab edilməsi qət edilmişdir. Quba rayon X6 30 mart 2002-ci il tarixli 03 saylı qərarı ilə ona Quba rayonu, Afurca kəndində 1,81 ha torpaq sahəsi verilmişdir. Hal-hazırda qardaşlarının həmin pay torpaq sahəsində ailə üzvləri kimi göstərilməsi mülkiyyətlə bağlı problemlər yaranır. Ondan qardaşları X10 və X7 ölüm haqqında şəhadətnamələri tələb olunur. X10 və X7 adına ölüm haqqında şəhadətnamələri almaq məqsədilə Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs imtina məktubu ilə məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Göstərilənləri nəzərə alaraq, ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zaman Ərizəçi ərizəsini müdafiə edərək, bildirdi ki, X13 2014-cü ildə, X10 2017-ci ildə Suriya Ərəb Respublikasına getmişlər. Araz əvvəl Türkiyyəyə getmiş, oradadan Suriya Ərəb Respublikasına getmişdir. Hansı yolla getdiyini bilmir. Araz orada evlənmiş və uşağı olmuşdur. Arazın ölüm xəbəri gəldikdən sonra Orxan Arazın ailəsini gətirmək üçün Suriyaya getmiş, o da orada öldürülmüşdür. X10 və X7 ölmüş elan edilməsi vərəsəlik məsələlərinin həlli üçün önəmlidir. Ərizəçi məhkəməyə telegram göndərərək, növbəti məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini nəzərə alaraq, məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini əvvəlki iclasdakı fikrini nəzərə alıb, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: İİİ-ЖГ № 314918 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçi X8 ilə X11 arasında xx.xx.1983-cü il tarixdə nikah bağlanmış, nikah bağlanandan sonra X4 Mustafayeva soyadı verilmişdir; X-ЖГ № 341438, XV-ЖГ № 388851, XİX-ЖГ № 288668 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, ərizəçi X9 xx.xx.1985-ci il tarixdə, X10 xx.xx.1990-ci il tarixdə, X13 xx.xx.1995-ci il tarixdə X1 ilə X5 birgə nikahından doğulmuşlar; AZ-İl 018400 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin atası X11 xx.xx.2019-cü il tarixdə ölmüşdür; Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 108 və 109 nömrəli arayışlarından görünür ki, Maraqlı şəxsndə 2014-2020-ci illər üzrə ölüm haqqında akt qeydləri yoxlanılmış, X10 və X13 barəsində Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmamışdır; Torpağa mülkiyyət hüququna dair JN -0001 KOD 30312078 nömrəli dövlət aktından görünür ki, Quba rayon X6 30 mart 2002-ci il tarixli 03 saylı qərarı ilə X9, X1, X10, X13 və X2 Quba rayonu, Afurca kəndində 1,81 ha torpaq sahəsi verilmişdir; Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-14486/2017- saylı 05 oktyabr 2017-ci il tarixli qətnaməsindən görünür ki, X7 Azərbaycan Respublikasının vətəndaşlığının itirilmiş hesab edilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-2070/2019 saylı 18 yanvar 2019cu il tarixli qətnaməsindən görünür ki, X3 Azərbaycan Respublikasının vətəndaşlığının itirilmiş hesab edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, X13 xx.xx.2014-cü il tarixdə, X10 xx.xx.2016-cı il tarixdə dövlət sərhədindən keçərək Azərbaycan Respublikasının hüdudularını tərk etmiş və geri qayıtmamışlar; Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü X10 və xx.xx.1995-ci il təvəllüdlü X7 qanunsuz silahlı birləşmələrin tərkibinə qoşulmaq məqsədilə Suriyaya getməsi barədə əməliyyat məlumatları mövcuddur. Onların Suriya ərazisində öldürülmələrinə dair əməliyyat məlumatları əldə edilsə də, rəsmi sənəd daxil olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi iddia tələbinin əsası kimi qardaşları xx.xx.1990-cı il təvəllüdlü X3 2017-ci ildə və xx.xx.1995-ci il təvəllüdlü X7 2014cü ildə Suriyaya getmələrini və orada öldürülmələrini göstərir. Məhkəmənin sorğuları əsasında əldə edilmiş sənədlərlə xx.xx.1990-cı il təvəllüdlü X3 və xx.xx.1995-ci il təvəllüdlü X7 qanunsuz silahlı birləşmələrin tərkibinə qoşulmaq məqsədilə Suriyaya getmələri və orada ölmələri ehtimal edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 41.1-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər; 41.2-ci maddəsinə əsasən, hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən altı aydan tez olmayaraq ölmüş elan edə bilər; 41.3-cü maddəsinə əsasən, şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır; 41.4-ci maddəsinə əsasən, bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Odur ki, xx.xx.1990-cı il tarixdə Quba rayonunda doğulmuş X10, xx.xx.1995-ci il tarixdə Quba rayonunda doğulmuş X13 ölmüş elan edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.3ci maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindiyi gün X3 və X7 ölüm günü hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. xx.xx.1990-cı il tarixdə Quba rayonunda doğulmuş X10 ölmüş elan edilsin. xx.xx.1995-ci il tarixdə Quba rayonunda doğulmuş X13 ölmüş elan edilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gün X3 və X7 ölüm günü hesab edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-711/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-711/2025
21.05.2025 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver