Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-717/2025 10.01.2025 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu İddiaçı iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh qarşı “mülkiyyətin müdafiəsi, torpaq sahəsinin müayinəsinə törədilən maneələrin aradan qaldırılması, torpaq sahəsinin buraxılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, iddia ərizəsinin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət olunmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinin tələbinə görə ərizəçi iddia ərizəsində işdə iştirak edən şəxs kimi cavabdehin soyadı, adı, atasının adı, şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi göstərməli olduğu halda, cavabdehlərin faktiki yaşayış ünvanlarını, telefon nömrələrini, o cümlədən mobil telefon nömrələrini, eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi) göstərməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən hazırkı ərizə geri qaytarılmalı və ərizəçiyə ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149,151-152, 263-264 və 266-268-ci cı maddələrini rəhbər tutaraq qəraraaldım: İddiaçı Cavabdeh qarşı “mülkiyyətin müdafiəsi, torpaq sahəsinin müayinəsinə törədilən maneələrin aradan qaldırılması, torpaq sahəsinin buraxılması” tələbinə dair iddia ərizəsi geri qaytarılsın; İddiaçı izah edilsin ki, ərizəsinin qaytarlıması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-717/2025
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-717/2025
10.01.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver