Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-73/2022 06.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı, nümayəndəsi Nümayəndə və Cavabdeh , nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ümumi paylı mülkiyyətdən torpaq payının naturada ayrılması tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh Ağagül oğluna qarşı ümumi paylı mülkiyyətdən torpaq payının naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək, bildirdi ki, ekspert yerə baxmadan rəy verib, o dövlətdən ona verilən payını tələb edir və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmədə İddiaçı nümayəndəsi Nümayəndə bildirdi ki, 28 mart 2022-ci il tarixdə iş materialları ilə tanış olarkən Məhkəmə Ekspertiza Mərkəzinin 10/1185 saylı, 25 fevral 2022-ci il tarixli (səhifə 136) ekspert rəyi ilə tanış olub. Göstərilən sənədlə əlaqədar bildiririk ki, ekspert Ziya Tağıyev tərəfindən mübahisə predmeti olan torpaq sahəsinin tədqiqatı ümumiyyətlə keçirilməmişdir Belə ki, məhkəmə qərardadında ekspert qarşısında qoyulmuş suallara cavab verilməmiş, mübahisə obyektinin vizual, texniki və s. tədqiqatı aparılmamış, Quba Rayon Məhkəməsinin bundan əvvəl təyin etdiyi ekspertiza materiallarında olan A-250 saylı, 06.10.2022-ci il tarixli Kadastr və Yerqurluşu Lahiyə-Tədqiqat Mərkəzi MMC-nin Xaçmaz Lahiyə-Tədqiqat İdarəsinin arayaışı əsasında ekspert rəyi tərtib edilmişdir. Göstərilən İdarə tərəfindən mübahisə predmeti araşdırılmamış, tədqiq olunmamış, torpaq sahəsinin möcudluğu, öllçüləri, konturları müəyyən edilməmiş, Məhkəmə tərəfindən konkret vaxt (18.11.2021; 10:30) təyin edilmıəsinə baxmayaraq mütəxəssis torpaq sahəsi olan yerə gəlməmiş və tədqiqat obyektinə baxış keçirməmişdir. Bundan əlavə arayışda heç bir texniki göstəriciyə və hüquqi normativ akta istinad edilmədən “torpaq sahəsi payçılar arasında bərabər hissələrə bölünməsi torpağın öz məqsədi və təsərrüfat təyinatına görə səmərəsiz istifadəçiliyinə, eləcə də əlavə servitut hüquqlarının yaranmasına zəmin yaradacağdır” və “bu səbəbdən də iş üzrə qeyd olunan torpaq sahəsi təsərrüfat təyinatına görə ayrı-ayrı müstəqil torpaq sahələrinə bölünə bilməyən torpaqlar olduğundan bölgü aparılması və torpaq sahəsinin naturada müəyyən edilməsi mümkün olmamışdır” nəticəsi qeyd olunmuş və göstərilən idarənin mütəxəssisləri tərəfindən heç bir tədqiqat aparılmamışdır. Qeyd edirik ki, göstərilən idarə Məhkəmə tərəfindən ekspertiza qarşısında qoyulmş suallara cavab vermək əvəzinə əsassız və absurd səbəblər gətirərək mübahisəli torpaq sahəsi üzrə ümumiyyətlə tədqiqat aparmamışdır. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən Məhkəməyə təqdim olunmuş sənəddən görünür ki, ekspert Ziya Tağıyev heç bir tədqiqat aparmadan A-250 saylı, 06.10.2022-ci il tarixli Kadastr və Yerqurluşu Lahiyə-Tədqiqat Mərkəzi MMC-nin Xaçmaz Lahiyə-Tədqiqat İdarəsinin arayışını olduğu kimi təkrarlayaraq tədqiqatın nəticəsi ( qərardadın 1-ci və 2-ci suallarına cavab) olaraq göstərmiş, bununla əsassız və etibarsız rəy vermişdir. Halbu ki, Məhkəmə ekspertiza fəaliyyəti haqqında AR Qanununun 13-cü maddəsinə əsasən “ekspertin təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək vəzifəsi vardır” Göstərilənləri nəzərə alaraq 10/1185 saylı 25 fevral 2022-ci il tarixli “EKSPERT RƏYİ”- nin əsassız və etibarsız hesab edilməsini xahiş edərək,iddianın təmin olunması barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdi ki, o, xx xxxxx 1981-ci il tarixdə Quba rayonu 1 Nügədi kəndində anadan olmuşam. Bu vaxta qədər və hal-hazırda həmin ünvanda qeydiyyatdayam. 1-ci qurup əliləm.15 fevral 2018-ci il tarixdə ailə qurmuşam və bununla əlaqədar Xaçmaz şəhərinə köçmüşəm. Hal-hazırda ailəmlə birlikdə ünvan 2 ünvanda yaşayıram. ünvan 3 qərarı ilə “Torpağa mülkiyyət hüququna dair JN-1549, KOD 30319018 saylı Dövlət Aktına əsasən atam Cavabdeh, digər ailə üzvlərim anam- X10, qardaşım-X7, bacılarım-X4, X1 ilə bərbər 1.39 ha ümumi paylı mülkiyyətdə olan bağ torpaq sahəsindən 6\1 hissəsi (0.2316 ha) mənim (ad və soyadım dəyişdirilmişdir) mülkiyyətimə verilmişdir. Cavabdeh - X5 dəfələrlə müraciət etməyimə baxmayaraq mənə aid olan torpaq payımdan bu vaxta qədər istifadə etməyə imkan verməmiş və ümumi torpaq sahəsinin onun olduğunu bildirmişdir. Mənə düşən torpaq payının naturada ayrılmasına cavabdehdən başqa digər payçılar etiraz etmirlər. Bundan əlavə ümumi mülkiyyətdə olan torpaq sahəsinə giriş 5-6 metr enində yoldan ibarətdir və ümumi giriş qapısının açarı cavabdehdədir. Hazırda həmin torpaq sahəsi ümumi mülkiyyətdə olduğundan və cavabdehlə münasibətim olmadığından ondan istədiyim kimi sahiblik və istifadə edə bilmirəm. Həmçinin torpaq sahəsinə dair tək başına sərəncam vermək hüququm da yoxdur. Pay torpağına tək başıma sərəncam vermə hüququmun olmadığı və torpağdan istifadə edə bilmədiyim üçün ümumi paylı mülkiyyətdən payın naturada ayrılması üçün məhkəməyə müraciət etmək məcburiyyətindəyəm. Eyni zamanda ümumi sahənin bir kənarından 0.23 ha torpaq payının ayrılması cavabdehin, digər payçıların və qonşuların hüquqlarını pozmur və qanuni mənafelərinə zidd deyildir.Ona görə də hesab edirəm ki, Məhkəmə tərəfindən ümumi torpaq sahəsindən istiqamət üzrə yol saxlamaqla torpaq payının naturada ayrılması qanunauyğundur və pay torpağına dair hüquqlarımın həyata keçirilmsinə imkan verəcəkdir. Göstərilənləri nəzərə alaraq, Torpağa mülkiyyət hüququna dair JN-1549, KOD 30319018 saylı Dövlət Aktına əsasən 1.39 ha olan ümumi mülkiyyətdə olan bağ torpaq sahəsinin payıma düşən 0.2316 ha hissəsinə yol saxlanılmaqla ümumi torpaq sahəsinin cənub və qərb kənarındakı başlanğıc nöqtəsindən şimaldan cənuba doğru 80 m; cənubdan qərbə doğru 29 m.; qərbdən şimala doğru 80 m.; şimali qərbdən- şərqə doğru 29 m. olmaqla naturada ayrılması və məhkəmə xərclərinin cavabdehdən tutulmaqla 10 (on) manat məhkəmə rüsumunun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh bildirdi ki, o iddianı iddiaçının tələb etdiyi formada qəbul etmir. Qanunvericiliydə nəzərdə tutulmuş qaydada bölünüb verilməsinə etiraz etmir. Məhkəmədə Cavabdeh nümayəndəsi X7 iddianı qəbul etmədiklərini bildirib, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyərək, iş materiallarını və təqdim edilmiş sübutları nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ 261967 seriya və nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı Nümayəndə ilə aralarında 15.02.1981-ci ildə Xaçmaz rayon Qeydiyyat şöbəsində nikah bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 61 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan adın, ata adının, və soyadının dəyişdirilməsi haqqında AZ-İ 013196 seriya və nömrəli şəhadətnamənin surətindən görünür ki, X2 “Cəvahir” adını “Əsma”ya dəyişdirib, akt qeydləri kitabında 04 nömrə ilə qeyd edilib. İş materiallarında olan “Torpağa mülkiyyət hüququna dair JN-1549, KOD 30319018 saylı Dövlət Aktına əsasən, ünvan 3 qərarı ilə Quba rayonu İ Nügədi kəndi ərazisindən kənd təsərrüfatı məqsədilə 1,39 ha torpaq sahəsi Cavabdeh, X2 və digər ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (məhkəmə tikinti-texniki ekspertizası) 25.02.2022-ci il tarixli 10/1185 nömrəli rəyindən görünür ki, rəyin təsviri hissəsində göstərilənlərə əsasən, Ekspertiza tədqiqatı Quba rayonu, İ Nügədi kəndi ərazisində yerləşən torpaq sahəsi üzrə mütəxəssis rəyinə əsasən aparılır. Ekspert tərəfindən qeyd olunur ki, Mərkəzdə torpaq sahələrinə dair elektron baza məlumatları olmadığından, hazırki iş üzrə təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizasında ekspert qarşısında qoyulmuş sualların həlli məqsədilə, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin müvafiq arayışına istinad olunmuşdur. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövtel Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Xaçmaı Layihə-Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş, 06.10.2021-ci il tarixli arayışı aşağıdakı kimi tərtib edilmişdir: “Quba Rayon Məhkəməsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanladığı 28 senytabr 2021-ci il tarixli 2(027)-915/2021 saylı məktubuna cavab olaraq, Quba Rayon Məhkəməsinin icraatında olan İddiaçı Allahvedi qızının Cavabdeh qarşı ümumi paylı mülkiyyətdən torpaq payının naturada ayrılması tələbinə dair mülki iş üzrə bildirilir ki, qeyd olunan torpaq sahəsi payçılar arasında bərabər hissələrə bölünməsi torpağın öz məqsədli və təsərrüfat təyinatına görə səmərəsiz istifadəçiliyinə, eləcədə əlavə servitut (torpaqdan məhdud istifadə) hüquqlarının yaranması zəmin yaradacaqdır. Bu səbəbdən də iş üzrə qeyd olunan torpaq sahəsi təsərrüfat təyinatına görə ayrıayrı müstəqil torpaq sahələrinəbölünə bilməyən torpaqlar olduğundan bölgü aparılması və torpaq sahəsinin naturada müəyyən edilməsi mümkün olmamışdır”. Beləliklə mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmlak X12 yanında DƏKvə ÜRX-nin Xaçmaz Layihə-Tədqiqat idarəsi tərəfindən tərtib edilmiş 06.102021-ci il tarixli arayışına əsasən mübahisə predmeti olan torpaq sahəsinin payçılar arasında bərabər hiossələrə bölünməsi torpağın öz məqsədi və təsərrüfat təyinatına görə səmərəsiz istifadəçiliyinə, eləcədə əlavə servitut (torpaqdan məhdud istifadə) hüquqlarının yaranması zəmin yaradacaqdır. Bu səbəbdən də iş üzrə qeyd olunan torpaq sahəsi təsərrüfat təyinatına görə ayrı-ayrı müstəqil torpaq sahələrinəbölünə bilməyən torpaqlar olduğundan bölgü aparılması və torpaq sahəsinin naturada müəyyən edilməsi mümkün olmamışdır. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Xaçmaz Layihə- Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş, 06.10.2021-ci il tarixli arayışına əsasən mübahisə predmeti olan torpaq sahəsinin payçılar arasında bərabər hissələrə bölünməsi torpağın öz məqsədli və təsərrüfat təyinatına görə səmərəsiz istifadəçiliyinə, eləcədə əlavə servitut (torpaqdan məhdud istifadə) hüquqlarının yaranması zəmin yaradacaqdır. Bu səbəbdən də iş üzrə qeyd olunan torpaq sahəsi təsərrüfat təyinatına görə ayn-ayn müstəqil torpaq sahələrinə bölünə bilməyən torpaqlar olduğundan tərəfimizdən bölgü apanlması və torpaq sahəsinin naturada müəyyən edilməsi mükün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəlləsinin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Beləliklə, məhkəmədə müəyyən edildi ki, İddiaçı Cavabdeh qarşı ümumi paylı mülkiyyətdən torpaq payının naturada ayrılması tələbi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyinə əsasən iş üzrə qeyd olunan torpaq sahəsi təsərrüfat təyinatına görə ayn-ayn müstəqil torpaq sahələrinə bölünə bilməyən torpaqlar olduğundan ekspert tərəfindən bölgü apanlması və torpaq sahəsinin naturada müəyyən edilməsi mükün olmamışdır. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh Ağagül oğluna qarşı ümumi paylı mülkiyyətdən torpaq payının naturada ayrılması tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı ümumi paylı mülkiyyətdən torpaq payının naturada ayrılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-73/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-73/2022
06.04.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver