Məhkəmə qərarları › İş №2(027)-74/2022

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-74/2022

29.04.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-74/2022 29.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi X4 oğlunun katibliyi, İddiaçı Cavabdeh Umbat oğluna qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Umbat oğluna qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbimi təmin edərək, Cavabdeh Umbat oğlunun zəbt etdiyi Quba rayonu, İİ Nügədi kəndi ərazisində yerləşən 0,6458 ha torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə baxışı iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırki mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Quba rayon məhkəməsinin icraatında iddiaçı Cavabdeh Umbat oğlunun cavabdeh X1 qarşı “ziyan” tələbinə dair 2(027)-68/2022 saylı mülki işi vardır. Həmin iş üzrə müstəqil tələb irəli sürən şəxs Dadaşov X2 Nəsrəddin Umbat oğluna qarşı “**********42 reyestr nömrəsilə mülkiyyətinə verilmiş 0,6458 ha torpaq sahəsinə olan manələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, hazırki iş üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin icraatında mülki iş mövcuddur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh Umbat oğluna qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Çünki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh Umbat oğluna qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan şikayət qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar