Məhkəmə qərarları › İş №2(027)-744/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-744/2024

24.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-744/2024 24.04.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X2, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb olunmaqla doğum faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, X1 xx.xx.2014-cü ildə Türkiyə Respublikasının İstanbul şəhərində, oğlu X5, xx.xx.2018-ci ildə Suriya Ərəb Respublikasında və qızı Adıgözəlova Büşra Şamil qızının xx.xx.2022-ci ildə Suriya Ərəb Respublikasında doğulması faktı müəyyən edilməsi; Doğum haqqında şəhadətnamələrdə ata kimi “X16” milliyyəti “Azərbaycanlı”, ana kimi “Ərizəçi” milliyyəti “azərbaycanlı” qeyd olunaraq bu barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X16 ilə xx.xx.2012-ci il tarixində rəsmi nikaha daxil olmuş, birgə nikahdan 5 uşağı dünyaya gəlmişdir. X4 və X11 Azərbaycanda doğulduğu üçün onların doğum şəhadətnamələrini almışdır. Digər uşaqları X12 xx.xx.2014-cü ildə Türkiyə Respublikasının İstanbul şəhərində, xx.xx.2018-ci ildə isə oğlu X3 Ərəb Respublikasında və xx.xx.2022-ci ildə qızı Adıgözəlova X26 Ərəb Respublikasında doğulduğundan onların doğumlarını qeydə aldırmamışdır. X35 Respublikasında döyüşən silahlı dəstələrin girovluğunda olmuş və orada vəfat etmişdir. X1, X7 və Adıgözəlova Büşra Şamil qızının doğumu bu günədək dövlət qeydiyyatına alınmamışdır. Habelə qeyd edir ki, onlar Azərbaycan Respublikasının Türkiyədəki səfirliyi tərəfindən qayıdış şəhadətnaməsi ilə təmin edilmişdir. Məhkəmə baxış iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizəsinin təmin olunmasını xahiş etmişdir. Maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi X32 məhkəmə iclasında ərizənin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Nümayəndə izahatında bildirmişdi ki, Ərizəçi onun bacısıdır və xx.xx.2012-ci il tarixində X16 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, bu nikahdan onun beş övladı olmuşdur. Onun iki qız övladı Azərbaycanda doğulduğundan onlara doğum şəhadətnaməsi almış, digər üç övladı Türkiyədə və Suriyada doğulduğundan, doğum haqqında tibbi şəhadətnamənin olmadığından doğumunun qeydə alınması, habelə şəhadətnamə allınması mümkün olmamışdır. Əri vəfat etdikdən sonra bacısı uşaqlarla 2023-cü ilin noyabr ayından Azərbaycana qayıtmışdır. Uşaqların sənədləri düzgün olmadığından onlar məktəbə gedə bilmirlər. Tezliklə onların təhsil almaları üçün məktəbə getmələri vacibdir və ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin, onun nümayəndəsinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Maraqlı şəxsndən verilmiş xx.xx.2024-cü il tarixli, 13 nömrəli Nikah haqqında akt qeydi kitabından çıxarışdan görünür ki, X16 ilə Ərizəçi xx.xx.2012-ci ildə Quba rayon Vladimirovka İƏD üzrə icra nümayəndəliyində nikaha daxil olmuş və bu barədə akt qeydləri kitabında 16 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada “Adıgözəlova” soyadı verilmişdir. İş materiallarında olan Maraqlı şəxsndən verilmiş xx.xx.2024-cü il tarixli, 16 nömrəli doğum haqqında akt qeydi kitabının arxiv məlumatına əsasən, X12 barəsində qeydiyyat şöbəsi üzrə xx.xx.2014-xx.xx.2024-cü illər doğum haqqında akt qeydləri yoxlanılmış və doğum haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Maraqlı şəxsndən verilmiş xx.xx.2024-cü il tarixli, 17 nömrəli doğum haqqında akt qeydi kitabının arxiv məlumatına əsasən, X9 barəsində qeydiyyat şöbəsi üzrə xx.xx.2018-xx.xx.2024-cü illər doğum haqqında akt qeydləri yoxlanılmış və doğum haqqında akt qeydi aşkar edilməmişdir İş materiallarında olan Maraqlı şəxsndən verilmiş xx.xx.2024-cü il tarixli, 18 nömrəli doğum haqqında akt qeydi kitabının arxiv məlumatına əsasən, Adıgözəlova Büşra Şamil qızı barəsində qeydiyyat şöbəsi üzrə xx.xx.2022-xx.xx.2024-cü illər doğum haqqında akt qeydləri yoxlanılmış və doğum haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubundan göründüyü kimi, tələb olunan sənədləri və uşağların sağlamlığı haqqında arayışları qeydiyyat şöbəsinə təqdim olunmadığına görə doğumun qeydə alınması mümkün olmamışdır, bununla əlaqədar məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, Bakı şəhərində tərtib edilmiş, aşağıda imza edənlər: ƏƏSMN tabeliyində SXA-nin ƏOŞ Peşə-əmək Reabilitasiya mərkəzinin direktoru: X15, peşə-əmək reabilitasiyası şöbəsinin şöbə müdiri: X17 , təsərrüfat və xidmət şöbə müdiri: X19, bu aktı tərtib edərək, SXA-nin 3-17-3/3-1-11387/2023 saylı 16 avqust 2023-cü il tarixli əmrinə əsasən, Suriya Ərəb Respublikasından gətirilmiş xx.xx.2023 -cü ildə reabilitasiya məqsədilə ƏOŞ Peşəəmək Reabilitasiya mərkəzində yerləşdirilən Ərizəçi, X10, X11, X13, X9 və Adıgözəlova Büşra Şamil qızı sosial - psixoloji qiymətləndirilmiş və 21 Nömrəli Birləşmiş Şəhər Xəstəxanasının həkimləri tərəfindən müayinə olunaraq, qan analizləri müayinələri aparılmış, mərkəz tərəfindən tibbi-sosial xidmətlər göstərilmiş və Quba rayonu., Amsar kənd sakini qardaşı Nümayəndə sağsalamat təhvil verildi. İş materiallarında olan “Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsi”nin təsiq olunmuş surətindən göründüyü kimi, X6 xx.xx.2014-cü ildə Türkiyədə, X5 xx.xx.2018-ci ildə Suriyada və Adıgözəlova Büşra Şamil qızının xx.xx.2022-ci ildə Suriyada doğulması qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Bu Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Qeyd olunan mülki prosessual hüquq normalarının məzmunundan görünür ki, həmin normalarda xüsusi icraat qaydasında məhkəmə tərəfindən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin şərtləri nəzərdə tutulmuşdur. Həmin şərtlər qeyd olunan maddələrdə aşağıdakı ardıcıllıqla göstərilmişdir: - ərizəçinin müəyyən edilməsini məhkəmədən xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır;-ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməlidir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədləri başqa qaydada ala bilməməsi dedikdə, həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Başqa sözlə, müəyyən edilməsi tələb edilən hüquqi əhəmiyyətli faktı təsdiq edən hər hansı sənədin əldə olunması və ya bərpa edilməsi mümkün olmamalıdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 4.3-cü bəndinə əsasən uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Qeyd olunan normalarının təhlilindən aydın olur ki, uşağın doğumu haqqında tibb müəssisənin sənədi olmadıqda və müvafiq qeydiyyat orqanı uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, bu halda məhkəmə məhz uşağın doğum faktının müəyyən edilməsinə dair ərizəyə baxa bilər. Başqa sözlə, uşağın doğulmasına dair tibb müəssiəsinin sənədinin olmaması səbəbindən uşağın doğumunun qeydə alınması və buna dair doğum haqqında şəhadətnamə alınması mümkün olmadıqda, uşağın doğum faktının müəyyən edilməsi halı məhkəmə qaydasında müəyyən edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçinin tələbi uşağların doğum faktının müəyyən edilməsi və müvafiq doğum haqqında şəhadətnamələrin verilməsinin təmin edilməsindən ibarətdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı bu barədə müvafiq qeydiyyat şöbəsinə müraciət etmiş, tələb olunan sənədləri və uşağların sağlamlığı haqqında arayışı qeydiyyat şöbəsinə təqdim olunmadığına görə doğumun qeydə alınması mümkün olmamışdır, bununla əlaqədar məhkəməyə müraciət olunması tövsiyyə olunmuş, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə qeyd olunan halları əsas gətirərək, hər bir halda uşaqların üstün mənafeyinin təmin edilməsi, habelə uşaqların təhsil, sağlamlıq və digər hüquqlarının və üstün maraqlarının təmin edilməsi prinsipini rəhbər tutaraq, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. X6 xx.xx.2014-cü ildə Türkiyə Cümhuriyyətində, X5 xx.xx.2018-ci ildə Suriya Ərəb Respublikasında və Adıgözəlova Büşra Şamil qızının xx.xx.2022-ci ildə Suriya Ərəb Respublikasında doğulmasına dair hüquqi əhəmiyyətli faktlar müəyyən edilsin. Uşaqlara “Doğum haqqında şəhadətnamə” verilərkən, şəhadətnamələrdə ata kimi “X16” milliyyəti “azərbaycanlı”, ana kimi “Ərizəçi” milliyyəti “Azərbaycanlı” kimi qeyd olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 ay müddətində (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar