Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-763/2021 09.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X10 oğlunun katibliyi, Ərizəçi və onun nümayəndəsi vəkil X14 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Quba Rayon İcra Hakimiyətinə qarşı qızı X4 və oğlu Gerekov Murad Süleyman oğlunun faəliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi 04.08.2020-ci il tarixində ərizə ilə Məhkəməyə müraciət edərək, 22.06.1988ci il təvəllüdlü X1 və 21.03.1999-cu il təvəllüdlü oğlu Gerekov Murad Süleyman oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi ünvan 1 ünvanında yaşayır. 22 iyun 1988-ci il tarixdə X4, 21 mart 1999-cu il tarixdə isə Gerekov Murad Süleyman oğlu adlı uşağları doğulmuşdur. Hər iki övladı anadangəlmə əlildirlər. Onlara xəstəlikləri ilə bağlı olaraq birinci qrup əlillik təyin edilmişdir. Hər iki övladı əqli inkişafdan geri qalmışlar. Onlar daimi olaraq onun qulluğuna ehtiyacları vardır. O, olmadan nə gəzə nə yemək yeyə nə də ki, rahat hərəkət edə bilmirlər. Mütəmadi olaraq müalicə və müayinə olunurlar. Övladları Məryəm və Muradın kənar adam olmadan yaşaması mümkün deyildir. Onlar nə öz fikrini ifadə edə nədə ki danışa bilmirlər. Onların bütün əziyyətlərini o, çəkir. Uşağlarını o, gəzdirir, yemək yedirdirir. Psixi problemləri olduğuna görə onları çölə çıxmağa qoymur. İllər keçdikcə uşaqlar böyüdükcə psixi problemləri artır, onları idarə edə bilmək daha da çətinləşir. Onların xəstəliyi ilə əlaqədar öz hərəkətlərini idarə edə bilmədiklərindən müxtəlif dövlət orqanlarında onun onların adından onların xeyrinə hər hansı hərəkət etməyi mümkünsüz olur. Odur ki, övladları 22 iyun 1988-ci il təvəllüdlü X4 və 21 mart 1999-cu il təvəllüdlü Gerekov Murad Süleyman oğlunun öz hərəkətlərinin mənasını başa düşməmələrinə görə onların fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi və onun nümayəndəsi vəkil X12 ərizəsini müdafiə edərək, təmin olunmasını xahiş etdilər. Maraqlı şəxs Quba Rayon İcra Hakimiyəti məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxmışdır. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan “doğum haqqında şəhadətnamə”nin və “şəxsiyyət vəsiqəsi”nin surətlərindən görünür ki, Gerekov Murad Süleyman oğlu 21.03.1999-cu il tarixdə, X4 isə 22.06.1988-ci il tarixdə anadan olmuşdur. Onların atası X6, anası isə Ərizəçidır. İş materiallarında olan tibbi sosial ekspert komissiyasının arayışından görünür ki, Gerekov Murad Süleyman oğlunun sağlamlıq imkanlarının məhduddur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafisəsi Nazirliyinin arayışından görünür ki, X5 İ qrup əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”-nin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 29.04.2021-ci il tarixli, 933 saylı rəyindən görünür ki, Gerekov Murad Süleyman oğlunda AĞİR ƏQLİ GERİLİK (İMBESİLLİK DƏRƏCƏSİNDƏ), DAVRANİŞ POZUNTULARİ İLƏ (F72) aşkar olunur. Bunu anamnestik məlumatlar (psixofiziki inkişafının həmyaşıdlarından xeyli geri qalması, ağıl zəifliyi ilə əlaqədar olaraq təhsil ala bilməməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Uşaq Ruhi Əsəb Dispanserində qeydiyyatda olması), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən narahat olması, ünsiyyətə şətin daxil olması, söz ehtiyatının kasad olması, yaddaş və intelekt funksiyalarının aşağı olması, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və s.) sübut edir. Bunları nəzərə alaraq belə qərara gəlirəm ki, Gerekov Murad Süleyman oğlu öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Gerekov Murad Süleyman oğlunda ağır əqli gerilik (imbesillik dərəcəsində) qeyd olunur. Gerekov Murad Süleyman oğlu öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Gerekov Murad Süleyman oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar vardır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”-nin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 29.04.2021-ci il tarixli, 932 saylı rəyindən görünür ki, Gerekov Murad Süleyman oğlunda AĞİR ƏQLİ GERİLİK (İMBESİLLİK DƏRƏCƏSİNDƏ), Bunu anamnestik məlumatlar, ağıl zəifliyi ilə əlaqədar olaraq təhsil ala bilməməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər zahirən narahat olması, ünsiyyətə şətin daxil olması, verilən sualları başa düşməməsi, anlaşılmaz sözlərlə cavab verməsi, anamnestik məlumatları açıqlaya bilməməsi, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və s. sübut edir. X2 ağır əqli gerilik (imbesillik dərəcəsində) qeyd olunur. X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək onları şüurlu idarə etmək iqtidarına malik deyil. X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçinin göstərdiyi hallar, yəni oğlu 22.06.1988-ci il təvəllüdlü X1 və 21.03.1999-cu il təvəllüdlü oğlu Gerekov Murad Süleyman oğlunun faəliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi faktı təsdiq olunur. Göstərilənləri nəzərə alaraq, ərizə əsaslı olduğu üçün təmin edilməli və Gerekov Murad Süleyman oğlu faəliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 322 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qət etdi: Ərizə təmin olunsun. Quba şəhərində anadan olmuş 22.06.1988-ci il təvəllüdlü X5 və Quba şəhərində anadan olmuş 21.03.1999-cu il təvəllüdlü Gerekov Murad Süleyman oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsinlər. X13 Süleyman oğlu və X5 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-763/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-763/2021
09.06.2021 · Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver