Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-78/2022 21.07.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı2, İddiaçı1 Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı2, İddiaçı1 Cavabdeh qarşı Cavabdeh onlara məxsus Quba rayonu Alekseyevka kəndində yerləşən 0,08 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etmişlər. 21 iyul 2022-ci il tarixə təyin edilmiş məhkəmə iclası zamanı müəyyən edildi ki, iddiaçılar İddiaçı2, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək işin baxılmamış saxlanmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında müvafiq qaydada xəbərdar olunmuş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinə dair rəsmi sənəd təqdim etməmişdir. Məhkəmə iddiaçılar İddiaçı2, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil işin baxılmamış saxlanması barədə ərizəsini ərizənin qaytarılması kimi qiymətlədirərək hesab edir ki, hazırki 2(027)- 78/2022 saylı mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11-cı, 263- 264cü və 266-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçılar İddiaçı2, İddiaçı1 Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-78/2022
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-78/2022
21.07.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver