Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-791/2021 15.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X12 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, onun xx xxxxxxxx 1962-ci ildə Quba rayonu, Xanagah kəndində doğumumun qeyd edilməsi faktının müəyyən edilməsi və ona doğum haqqında şəhadətnamə verilərkən vətəndaş qrafasında Ərizəçi, doğum tarixi qrafasında xx xxxxxxxx 1962-ci il, doğum yeri qrafasında Quba rayonu, Xanagah kəndi, atası qrafasında X6, anası qrafasında isə X2 qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o – Ərizəçi xx xxxxxxxx 1962-ci ildə Quba rayonu, Yuxarı Xanəgah kəndində anadan olmuşdur. X1, anası X11r. Ondan başqa ailədə bir bacısı da vardır. O, xx xxxxxx 1995-ci il tarixdə X8 ilə ailə qurmuşdur. xx xxxxxxx 2012-ci il tarixdə şəxsiyyət vəsiqəsi almışdır. Bir neçə il əvvəl sənədləşmə işləri ilə bağlı olaraq ona doğum haqqında şəhadətnamə lazım olmuş, lakin o, doğum haqqında şəhadətnaməni tapa bilməmişdir. Buna görə də Maraqlı şəxsnə müraciət etmişdir. Orada ona onun adına doğum haqqında şəhadətnamə tapılmadığı bildirilmişdir. Bundan sonra o, doğum haqqında akt qeydinin bərpası üçün məhkəməyə müraciət etmək istəsə də, lakin maddi imkanı buna mane olmuşdur. Hazırda yenidən sənədləşmə işləri ilə bağlı olaraq ondan doğum haqqında şəhadətnamə tələb olunur. Lakin o, Maraqlı şəxsnə müraciət etsə də, burada xx xxxx 2021-ci il tarixli məktubu ilə heç bir sənəd təqdim edə bilmədiyi üçün doğum faktının müəyyən edilməsi və yaxud bərpası ilə əlaqədar məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. O, özünə məxsus doğum haqqında şəhadətnaməni Maraqlı şəxsndən ala bilmədiyi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxs qismində Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində ifadə vermiş X5 ifadəsində Ərizəçi doğma bacısı olduğunu, bacısının xx xxxxxxxx 1962-ci il tarixində Quba rayonu, Xanagah kəndində doğulması faktını təsdiq etmiş, ata adının X6, ana adının X10 olduğunu bildirmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan “şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, Ərizəçi 1962-ci il tarixdə Quba rayonu, Xanagah kəndində anadan olmuşdur və Quba rayonunun Novonikalayevka kəndində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.1995-ci il tarixli 250125 nömrəli “Nikahın bağlanması haqqında” şəhadətnamənin surətindən görünür ki, 1962-ci il tarixdə Quba rayonunun Xanagah kəndində anadan olmuş Ərizəçi xx.xx.1995-ci il tarixdə anadan olmuş X9 ilə nikahları bağlanmışdır. İş materiallarında olan xx xxxx 2021-ci il tarixli 59 nömrəli Maraqlı şəxsndən verilmiş arayışdan görünür ki, Ərizəçi barəsində Maraqlı şəxsndə doğum haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan xx xxxxxxxx 2017-ci il tarixli Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının məktubundan görünür ki, Quba Qeydiyyat şöbəsinin 1960-1962-ci illərə aid Xanəgah kəndi üzrə 4 saylı təsərrüfatbaşına kitabında X4 aid 99 saylı təsərrüfatına 25/İV-1977-ci ildə tərtib edilmiş akt əlavə olunmuş və həmin akta əsasən X3 xx.xx.1962-ci ildə Rustov sovetliyinin Yuxarı Xanəgah kəndindı anadan olduğu göstərilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.5-ci bəndində doğumun qeydə alınması üçün təqdim edilməli olan sənədlər sadalanmışdır. Həmin sənədlərdən biri “doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd” kimi göstərilmişdir. Ərizəçinin uşağı tibb müəssisəsindən kənarda anadan olduğu üçün doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsinin sənədi yoxdur. Qaydaların 2.6-cı bəndində isə qeyd edilib ki, “Bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.19-cu və 2.19-1-ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla), doğum faktı məhkəmə qaydasında müəyyən edilməlidir.” Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-44.2-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Həmin Məcəllənin 46.1-ci maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, ərizəçinin göstərdiyi hallar, yəni xx xxxxxxxx 1962-ci ildə Quba rayonu, Xanagah kəndində doğulması, atasının X6, anasını X10 olması faktı faktı iş materialları ilə təsdiq olunur, ona görə də ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi təmin edilsin. Doğum haqqında şəhadətnamə verilərkən vətəndaş qrafasında Ərizəçi, doğum tarixi qrafasında xx xxxxxxxx 1962-ci il, doğum yeri qrafasında Quba rayonu, Xanagah kəndi, ata qrafasında X6, ana qrafasında X2 qeyd edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-791/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-791/2021
15.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver