Məhkəmə qərarları › İş №2(027)-797/2021

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-797/2021

11.03.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-797/2021 11.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Məmmədov İlqar Aslan oğlu, X1 Cavabdeh qarşı ”zəbt edilmiş torpaq sahəsinin boşaldılması tələbinə dair” iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdim: X2 Cavabdeh qarşı ”zəbt edilmiş torpaq sahəsinin boşaldılması tələbinə dair” iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsindən görünür ki, X2 Cavabdehun rəsmi qeydiyyatda olduğu ünvanı Quba şəhəri kimi qeyd etmiş və cavabdehin Quba şəhərinin hansı küçəsində rəsmi qeydiyyatda olduğunu qeyd etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1.-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən hazırkı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və iddiaçıya iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149,150-152, 263-264 və 266- 268-ci cı maddələrini rəhbər tutaraq qərara aldım: X1 Cavabdeh qarşı ”zəbt edilmiş torpaq sahəsinin boşaldılması tələbinə dair” iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılsın; X4 izah edilsin ki, iddia ərizəsinin qaytarlımasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar