Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-802/2025 20.02.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi vəkili Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin etibarsız hesab edilərək ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin etibarsız hesab edilərək ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30 oktyabr 2024-cü il tarixli, 474/24 nömrəli əmrinin qanunsuz və əsassız olduğundan ləğv edilməsi, onun Cavabdehndə təhlükəsizlik şöbəsinin növbə rəisi vəzifəsinə bərpa edilməyi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2017-ci il tarixdə əmək müqaviləsi əsasında Cavabdeh MMC-nin Təhlükəsizlik şöbəsində təhlükəsizlik əməkdaşı vəzifəsinə qəbul olunmuşdur. Sonradan, yəni xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən xx.xx.2018-ci il tarixdən növbə rəisi vəzifəsinə keçirilməyi barədə əmr verilmişdir. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən guya əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi, yaxud bu məcəllənin 72-ci maddəsinin ə bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozmağı əsası ilə əmək müqaviləsinə xitam verilmişdir. O, qeyd edilən əmrlə razılaşmır. Belə ki, o, əmək müqaviləsi üzrə öhdəliklərini və vəzifələrini hər zaman düzgün yerinə yetirən işçi olmuş, bu günə kimi ona bununla bağlı cavabdeh təşkilat tərəfindən hər hansı rəsmi irad və ya intizam tənbehi tətbiq edilməmişdir. Halhazırda işdən çıxmağının əsası kimi göstərilən töhmət əmrlərinin heç biri bu günə kimi ona rəsmi qaydada verilməmiş və onun həmin əmrlərdən məlumatı olmamışdır. Əgər ona işlədiyi müddətdə intizam tənbeh tədbiri tətbiq edilmişdisə, ən azından bir işçi kimi o, çağırılaraq bununla bağlı izahatı alınmalı idi. Belə bir hal da olmamışdır. Həmin əmrlərin onun işdən çıxarılmağına don geyindirmək üçün sonradan hazırlandığına dair əsaslı şübhələri mövcuddur. Əksini sübut etmək isə cavabdeh təşkilatın vəzifəsidir. Belə ki, son vaxtlar cavabdeh təşkilatın məsul şəxsləri heç bir əsas olmadan onun yerinə başqa şəxsi işə götürmək istədiklərini bildirərək ona ərizə yazaraq işdən çıxmalı olduğumu bildirmiş, o razılaşmadığı üçün onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən azad etmişlər. Onun əmək müqaviləsi üzrə hansı öhdəliklərini yerin yetirmədiyi və ya da hansı tarixdə, hansı əmrlə rəsmiləşdirilmiş və ona hansı tarixdə təqdim edilmiş intizam tənbehinin tətbiq edilməsi və onun da bundan nəticə çıxarmayaraq əmək vəzifələrinin kobud şəkildə pozulmasına səbəb olan hansı əməli yenidən nə vaxt törətməyi aydın deyildir. Göründüyü kimi cavabdeh təşkilat tərəfindən onun bütün əmək hüquqları pozularaq işdən əsassız şəkildə azad olunmuşdur. O, işdən çıxarılmağında bağlı əmri aldıqdan dərhal sonra qanunvericiliyin tələbindən çıxış edərək aralarında olan problemin həlli üçün mediasiyaya müraciət etmişdir. Lakin cavabdeh təşkilat ilkin mediasiya sessiyasında nümayəndə vasitəsi ilə təmsil olunmadığı üçün mediator tərəfindən ona 26 dekabr 2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Bir daha qeyd etmək istəyir ki, işlədiyi müddətdə nöqsanları olmamış, əmək vəzifələrini yüksək səviyyədə yerinə yetirmişdir. Onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilə bilməzdi. O, cavabdeh təşkilatla aralarında yaranmış mübahisəni başqa qaydada aradan qaldıra bilmədiyi üçün pozulmuş əmək hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddia tələbinin qanuniliyi aşağıda sadaladığı qanunvericilik normaları ilə də bir daha təsdiq edilir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirmişlər ki, son günə qədər vəfizəsini layiqincə yerinə yetirmişdir. Nümayəndə otelə daxil olan avtomobilllərlə bağlı vaxtında məlumat vermişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək və məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, Cavabdeh MMC-nin (bundan sonra-cəmiyyət) ümumi ərazisi təxminən 120 ha-dır və burada qış mövsümündə 400 nəfərə qədər, yay mövsümündə isə 500 nəfərə qədər işçi çalışır. Cəmiyyət Azərbaycan Respublikasının vətəndaşlarını müvafiq iş yerləri ilə təmin etməklə ölkədə, xüsusən də Quba-Xaçmaz iqtisadi rayonunda işsizliyin aradan qaldırılmasında faydalı işlər görür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli məşğul xidmətləri ilə birgə vətəndaşların müxtəlif peşələrə yiyələnmələri üçün cəmiyyətin texniki sahələrində təlimlər təşkil edilir, təlimlərdə iştirak edən şəxslərin bir çoxu ilə sonradan əmək müqavilələri bağlanılaraq onlar daimi işlə təmin olunurlar. Cəmiyyətin nəzdində fəaliyyət göstərən “Quba palace” oteli həm Azərbaycan Respublikasının Quba-Xaçmaz iqtisadi rayonunda, həmdə respublikanın bütün ərazisində turizmin inkişafına və onun ölkə xaricində təbliğ olunmasına önəmli töhfələr verməkdədir. Bununla yanaşı cəmiyyət şəhid ailələrinin üzvləri, fiziki imkanları məhdud, eləcədə az təminatlı şəxslər üçün vaxtaşırı olaraq cəmiyyətin maddi imkanları hesabına müxtəlif mədəni-kütləvi tədbirlər təşkil edir, onların asudə vaxtlarının və istirahətlərinin səmərəli keçirmələrinə şərait yaradır. Cəmiyyət dövlətdən heç bir maddi dəstək almadan, dövlət büdcəsinə önəmli miqdarda vergilər və rüsumlar ödəməkdədir. İddiaçı xx.xx.2017-ci il tarixdə cəmiyyətin təhlükəszilik şöbəsinə təhlükəsizlik əməkdaşı vəzifəsinə işə qəbul edilmiş, sonradan həmin şöbənin növbə rəisi vəzifəsinə irəli çəkilmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı, mühafizəçilər X4, X2 və X3 əmək və icra intizamına riayət etməmələri, xidməti fəaliyyətlərini düzgün qurmamaları, onlara həvalə olunmuş gündəlik işlərinə səhlənkar və yarıtmaz yanaşmaları idman turizmi sahəsində cəmiyyətin işgüzar nüfuzuna xələl gətirmiş və müəyyən məbləğdə gəlir əldə etməsindən məhrum olmasına səbəb olmuşdur. Belə ki, yuxarıda adları qeyd olunan əməkdaşların həmin gün Azərbaycan Basketbol Federasiyasından olan şəxslərin Toyota markalı **-MZ-*** dövlət nömrə nişanlı və Volkswagen markalı **-JF-*** dövlət nömrə nişanlı avtomobillərlə cəmiyyətin nəzdində fəaliyyət göstərən “Quba Palace” otelin ərazisinə daxil olmaları, qarşılanmaları, müvafiq xidmətlərin göstərilməsi üçün danışıqların aparılması məqsədi ilə cəmiyyətin əməliyyatlar departamentinin direktoru Samir Cabbarovla görüşün təşkil edilməsi üçün xidməti fəaliyyətlərini yarıtmaz təşkil etmələri nəticəsində qonaqlarla görüş baş tutmamış, müvafiq danışıqlar aparılmamış və qonaqlar narazı halda otel ərazisindən çıxıb getmişlər. Qeyd olunanlarla bağlı aparılmış araşdırma zamanı Q.Ağakişiyev, H.Məhərrəmov, N.Kamalov və iddia ərizəsində qeyd etdiyinin əksinə olaraq İddiaçı yazılı izahatları (surətləri əlavə edilir) alınmışdır. N.Kamalov istisna olmaqla bütün izahat verənlər qeyri-səmimilik göstərmiş, İddiaçı isə hətta günahları tabeliyində olan əməkdaşların üstünə yıxmağa çalışmışdır. Ümumiyyətlə bu hadisəyə qədər İddiaçı icra intizamına səhlənkar yanaşması, özbaşına iş yerini tərk etməsi və sairə barədə xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-ci il tarixlərdə 5 izahatı (surətləri əlavə edilir) alınmışdır. xx.xx.2024-cü il tarixdə təhlükəsizlik şöbəsinin müdiri Nümayəndə cəmiyyətin rəhbərliyinə təqdimatla (surəti əlavə edilir) müraciət edərək yuxarıdakıları bildirməklə yanaşı xidməti fəaliyyətində buraxdığı nöqsanlar barədə ona dəfələrlə iradlar tutulduğu, şifahi xəbərdarlıqlar edildiyi, lakin bunlardan nəticə çıxarmadığı üçün İddiaçı daha ağır intizam tənbehinin verilməsini xahiş etmişdir. Təqdimat əsasında cəmiyyətin rəhbərliyi tərəfindən İddiaçı “sonuncu xəbərdarlıqla şiddətli töhmət”, Q.Ağakişiyevə isə “töhmət” intizam tənbehləri (xx.xx.2024-cü il tarixli müvafiq əmrlərin surətləri əlavə edilir) verilmiş, yeni işçi olduğu üçün N.Kamalova şifahi xəbərdarlıq olunmuş, əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar işdən azad olunması nəzərə alınaraq H.Məhərrəmova intizam tənbehi verilməmişdir. İddiaçı əmrlə tanış olmaqdan imtina etdiyi üçün cəmiyyətin təhlükəsizlik şöbəsinin müdiri Nümayəndə, insan resursları şöbəsinin müdiri Leyla Əfəndiyeva və insan resursları üzrə mütəxəssis Samir Qayıbovun iştirakı ilə müvafiq akt (surəti əlavə edilir) tərtib edilmişdir. xx.xx.2024-cü il tarixdə şöbə rəisi Nümayəndə iş prosesində izah etməyə çalışdığı məsələyə İddiaçı qeyri-adekvat reaksiya vermiş, ətrafdakılara və iş yoldaşlarına, xüsusən də milli mentalitetimizin əksinə olaraq özündən böyüklərə hörmətsizlik nümayiş etdirmişdir (bu barədə təhlükəsizlik kameralarında qeydə alınmış videogörüntülər USB yaddaş kartında məhkəməyə təqdim olunacaqdır). Bütün bunlara baxmayaraq cəmiyyətin rəhbərliyi İddiaçı bu hərəkətini ona güzəştə getmiş, hətta xx.xx.2024-cü il tarixdə onunla əmək müqaviləsi 1 il müddətinə uzadılmışdır (əmək müqaviləsinin uzadılması barədə müvafiq protokoldan çıxarışın və əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı bildirişin surətləri əlavə olunur). xx.xx.2024-cü il tarixdə İddiaçı təkrar əmək və icra intizamına riayət etməməsi, xidməti fəaliyyətini düzgün qurmaması, ona həvalə olunmuş gündəlik işinə səhlənkar və yarıtmaz yanaşması cəmiyyətin işgüzar nüfuzuna xələl gətirmişdir. Belə ki, İddiaçı birbaşa vəzifə borcunun əleyhinə olaraq yuxarıda qeyd olunan tarixdə **-TP-*** dövlət nömrə nişanlı, BMW markalı ağ rəngli avtomobil ilə gəlmiş kənar şəxslərin cəmiyyətin xidməti ərazisinə daxil olmasına şərait yaratmış, nəticədə cəmiyyətdə iş ahəngi pozulmuşdur. Cəmiyyətdə iş ahənginin pozulması eyni zamanda cəmiyyətin maddi gəlirlərinə təsirsiz ötüşməmişdir. Təhlükəsizlik şöbəsinin mühafizəçisi X5 yuxarıda sözügedən avtomobili İddiaçı göstərişi ilə əraziyə buraxdığını öz izahatı (surəti əlavə edilir) ilə təsdiq etmişdir. Aparılan araşdırma zamanı İddiaçı qeyrisəmimilik göstərmiş, izahat yazmaqdan imtina etmiş (cəmiyyətin təhlükəsizlik şöbəsinin müdiri Nümayəndə, insan resursları şöbəsinin müdiri Leyla Əfəndiyeva və insan resursları üzrə mütəxəssis Samir Qayıbovun iştirakı ilə müvafiq akt tərtib edilmişdir, surəti əlavə edilir), iş yoldaşlarına və cəmiyyətin rəhbərliyinə qarşı kobud davranmışdır. xx.xx.2024-cü il tarixdə təhlükəsizlik şöbəsinin müdiri Nümayəndə cəmiyyətin rəhbərliyinə təkrar təqdimatla (surəti əlavə edilir) müraciət edərək yuxarıdakıları bildirməklə yanaşı, xidməti fəaliyyətində əvvəllər buraxdığı nöqsanlar barədə ona dəfələrlə iradlar tutulduğu və bu barədə izahatlar alınaraq şəxsi işinə əlavə edildiyi, AR Əmək Məcəlləsinin 186- cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixdə İddiaçı “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam təhbehi verildiyini, bundanda nəticə çıxarmadığını nəzərə alaraq, AR Əmək Məcəlləsinin 70-ci maddəsinin (işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları) “ç' bəndinə əsasən (İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində (Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar, “ə” bəndi: əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması) İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat əsasında cəmiyyətin rəhbərliyi tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 474/24 nömrəli xx.xx.2024-cü il tarixli əmrlə xitam verilmişdir. Cavabdeh MMC işçilərin əmək hüquqlarına həmişə hörmətlə yanaşır, işçilər arasında heç bir ayrıseçkiliyə yol verilmir, onların daima qayğısına qalınır, əmək və icra intizamında fərqlənən işçilər mükafatlandırılır. Yuxarıda qeyd edildiyi kimi İddiaçı dəfələrlə əmək və icra intizamını pozduğuna baxmayaraq cəmiyyətin rəhbərliyi tərəfindən ona güzəştlər edilmişdir. Hazırkı halda isə İddiaçılə əmək müqaviləsinin ləğv edilməsi əmək qanunvericiliyinin tələblərinə tam riayət edilməklə həyata keçirilmişdir. Qeyd olunana əsasən İddiaçı cəmiyyətin xx.xx.2024-cü il tarixli 474/24 nömrəli əmrinin qanunsuz və əsassız olduğundan ləğv edilməsi, onun cəmiyyətin təhlükəsizlik şöbəsinin növbə rəisi vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilini və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli, 474/24 saylı əmrindən görünür ki, İddiaçı "xxxx" MMC-nin Təhlükəsizlik şöbəsinin növbə rəisinin əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddənin ə) bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması;) xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təqdimatdan görünür ki, İddiaçı xidməti fəaliyyətində buraxdığı nöqsanlar barədə ona dəfələrlə iradlar tutulduğu, şifahi xəbərdarlıqlar edildiyi, lakin bunlardan nəticə çıxarmadığı üçün İddiaçı daha ağır intizam tənbehinin verilməsini xahiş etmişdir. Təqdimat əsasında cəmiyyətin rəhbərliyi tərəfindən İddiaçı “sonuncu xəbərdarlıqla şiddətli töhmət”, Q.Ağakişiyevə isə “töhmət” intizam tənbehləri (xx.xx.2024-cü il tarixli müvafiq əmrlərin surətləri əlavə edilir) verilmiş, yeni işçi olduğu üçün N.Kamalova şifahi xəbərdarlıq olunmuş, əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar işdən azad olunması nəzərə alınaraq H.Məhərrəmova intizam tənbehi verilməmişdir. İddiaçı əmrlə tanış olmaqdan imtina etdiyi üçün cəmiyyətin təhlükəsizlik şöbəsinin müdiri Nümayəndə, insan resursları şöbəsinin müdiri Leyla Əfəndiyeva və insan resursları üzrə mütəxəssis Samir Qayıbovun iştirakı ilə müvafiq akt (surəti əlavə edilir) tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təqdimatdan görünür ki, İddiaçı təkrar əmək və icra intizamına riayət etməməsi, xidməti fəaliyyətini düzgün qurmaması, ona həvalə olunmuş gündəlik işinə səhlənkar və yarıtmaz yanaşması cəmiyyətin işgüzar nüfuzuna xələl gətirmişdir. Belə ki, İddiaçı birbaşa vəzifə borcunun əleyhinə olaraq yuxarıda qeyd olunan tarixdə **-TP-*** dövlət nömrə nişanlı, BMW markalı ağ rəngli avtomobil ilə gəlmiş kənar şəxslərin cəmiyyətin xidməti ərazisinə daxil olmasına şərait yaratmış, nəticədə cəmiyyətdə iş ahəngi pozulmuşdur. Cəmiyyətdə iş ahənginin pozulması eyni zamanda cəmiyyətin maddi gəlirlərinə təsirsiz ötüşməmişdir. Təhlükəsizlik şöbəsinin mühafizəçisi X5 yuxarıda sözügedən avtomobili İddiaçı göstərişi ilə əraziyə buraxdığını öz izahatı (surəti əlavə edilir) ilə təsdiq etmişdir. Aparılan araşdırma zamanı İddiaçı qeyrisəmimilik göstərmiş, izahat yazmaqdan imtina etmiş (cəmiyyətin təhlükəsizlik şöbəsinin müdiri Nümayəndə, insan resursları şöbəsinin müdiri Leyla Əfəndiyeva və insan resursları üzrə mütəxəssis Samir Qayıbovun iştirakı ilə müvafiq akt tərtib edilmişdir, surəti əlavə edilir), iş yoldaşlarına və cəmiyyətin rəhbərliyinə qarşı kobud davranmışdır. İş materiallarında olan 24 iyun 2024-cü il tarixli aktdan görünür ki, Cavabdeh MMCnin (bundan sonra - cəmiyyət) təhlükəsizlik şöbəsinin müdiri Nümayəndə, cəmiyyətin insan resursları şöbəsinin müdiri Leyla Əfəndiyeva və həmin şöbənin insan resursları üzrə mütəxəssisi Samir Qayıbov tərəfindən tərtib etmiş və imzaları ilə təsdiq etmişlər ondan ötürü ki, cəmiyyətin baş direktoru tərəfindən cəmiyyətin təhlükəsizlik şöbəsinin növbə rəisi İddiaçı “sonuncu xəbərdarlıqla töhmət” verilməsi ona elan olunmuş və təklif edilmiş ki, müvafiq əmrlə tanış olması barədə onu imzalasın, lakin İddiaçı əmrlə tanış olması barədə onu imzalamaqdan imtina etmişdir. İş materiallarında olan 29 oktyabr 2024-cü il tarixli aktdan görünür ki, Cavabdeh MMC-nin (bundan sonra - cəmiyyət) təhlükəsizlik şöbəsinin müdiri Nümayəndə, cəmiyyətin insan resursları şöbəsinin müdiri Leyla Əfəndiyeva və həmin şöbənin insan resursları üzrə mütəxəssisi Samir Qayıbov tərəfindən tərtib edilmiş və imzaları ilə təsdiq edilmişlər ondan ötürü ki, cəmiyyətin təhlükəsizlik şöbəsinin növbə rəisi İddiaçı təklif edildi ki, 29 oktyabr 2024-cü il tarixdə cəmiyyətdə iş ahənginin pozulmasına və bunun nəticəsində cəmiyyətin maddi gəlirlərinin azalmasına səbəb olmuş şəxslərin xidməti əraziyə daxil olmasına nə üçün şərait yaratması barədə izahat yazsın. İddiaçı müvafiq izahatı yazmaqdan imtina etmişdir. İş materiallarında olan 12 avqust 2024-cü il tarixli əmək müqaviləsinə əlavələrin edilməsi barədə razılaşma protokolundan görünür ki, bu razılaşma "xxxx" MMC Məhdud Məsuliyyətli Cəmiyyətinin Baş X1 və İddiaçı arasında bağlanmışdır. Əmək müqaviləsinin 2.2 bəndində göstərilmiş müqavilənin müddəti xx.xx.2024-cü tarixdən xx.xx.2025-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan Cavabdeh MMC-in 24 iyun 2024-cü il tarixli, 005/24T saylı əmrindən görünür ki, Əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifə borclarını lazımi qaydada yerinə yetirmədiyinə görə İddiaçı son xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İş materiallarında olan təşəkkürnamədən görünür ki, İddiaçı 2017-ci ilin oktyabr ayı üzrə vəzifə və öhdəliklərini yüksək səviyyədə yerinə yetirdiyinə görə təşəkkürnamə ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin b bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək əsas hüquqları vardır. Beləliklə Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixli təqdimata əsasında İddiaçı xidməti fəaliyyətində buraxdığı nöqsanlar barədə ona dəfələrlə iradlar tutulduğu, şifahi xəbərdarlıqlar edildiyi, lakin bunlardan nəticə çıxarmadığı üçün İddiaçı daha ağır intizam tənbehinin verilməsini xahiş etmişdir. Təqdimat əsasında cəmiyyətin rəhbərliyi tərəfindən İddiaçı “sonuncu xəbərdarlıqla şiddətli töhmət”, Q.Ağakişiyevə isə “töhmət” intizam tənbehləri (xx.xx.2024-cü il tarixli müvafiq əmrlərin surətləri əlavə edilir) verilmiş, yeni işçi olduğu üçün N.Kamalova şifahi xəbərdarlıq olunmuş, əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar işdən azad olunması nəzərə alınaraq H.Məhərrəmova intizam tənbehi verilməmişdir. İddiaçı əmrlə tanış olmaqdan imtina etdiyi üçün cəmiyyətin təhlükəsizlik şöbəsinin müdiri Nümayəndə, insan resursları şöbəsinin müdiri Leyla Əfəndiyeva və insan resursları üzrə mütəxəssis Samir Qayıbovun iştirakı ilə müvafiq akt (surəti əlavə edilir) tərtib edilmişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixli təqdimat əsasında İddiaçı təkrar əmək və icra intizamına riayət etməməsi, xidməti fəaliyyətini düzgün qurmaması, ona həvalə olunmuş gündəlik işinə səhlənkar və yarıtmaz yanaşması cəmiyyətin işgüzar nüfuzuna xələl gətirmişdir. Belə ki, İddiaçı birbaşa vəzifə borcunun əleyhinə olaraq yuxarıda qeyd olunan tarixdə **-TP-*** dövlət nömrə nişanlı, BMW markalı ağ rəngli avtomobil ilə gəlmiş kənar şəxslərin cəmiyyətin xidməti ərazisinə daxil olmasına şərait yaratmış, nəticədə cəmiyyətdə iş ahəngi pozulmuşdur. Cəmiyyətdə iş ahənginin pozulması eyni zamanda cəmiyyətin maddi gəlirlərinə təsirsiz ötüşməmişdir. Təhlükəsizlik şöbəsinin mühafizəçisi X5 yuxarıda sözügedən avtomobili İddiaçı göstərişi ilə əraziyə buraxdığını öz izahatı (surəti əlavə edilir) ilə təsdiq etmişdir. Aparılan araşdırma zamanı İddiaçı qeyri-səmimilik göstərmiş, izahat yazmaqdan imtina etmiş (cəmiyyətin təhlükəsizlik şöbəsinin müdiri Nümayəndə, insan resursları şöbəsinin müdiri Leyla Əfəndiyeva və insan resursları üzrə mütəxəssis Samir Qayıbovun iştirakı ilə müvafiq akt tərtib edilmişdir, surəti əlavə edilir), iş yoldaşlarına və cəmiyyətin rəhbərliyinə qarşı kobud davranmışdır. 24 iyun 2024-cü il tarixli aktdan görünür ki, Cavabdeh MMC-nin (bundan sonra cəmiyyət) təhlükəsizlik şöbəsinin müdiri Nümayəndə, cəmiyyətin insan resursları şöbəsinin müdiri Leyla Əfəndiyeva və həmin şöbənin insan resursları üzrə mütəxəssisi Samir Qayıbov tərəfindən tərtib etmiş və imzaları ilə təsdiq etmişlər ondan ötürü ki, cəmiyyətin baş direktoru tərəfindən cəmiyyətin təhlükəsizlik şöbəsinin növbə rəisi İddiaçı “sonuncu xəbərdarlıqla töhmət” verilməsi ona elan olunmuş və təklif edilmiş ki, müvafiq əmrlə tanış olması barədə onu imzalasın, lakin İddiaçı əmrlə tanış olması barədə onu imzalamaqdan imtina etmişdir. 24 iyun 2024-cü il tarixli aktdan görünür ki, Cavabdeh MMC-nin (bundan sonra - cəmiyyət) təhlükəsizlik şöbəsinin müdiri Nümayəndə, cəmiyyətin insan resursları şöbəsinin müdiri Leyla Əfəndiyeva və həmin şöbənin insan resursları üzrə mütəxəssisi Samir Qayıbov tərəfindən tərtib etmiş və imzaları ilə təsdiq etmişlər ondan ötürü ki, cəmiyyətin baş direktoru tərəfindən cəmiyyətin təhlükəsizlik şöbəsinin növbə rəisi İddiaçı “sonuncu xəbərdarlıqla töhmət” verilməsi ona elan olunmuş və təklif edilmiş ki, müvafiq əmrlə tanış olması barədə onu imzalasın, lakin İddiaçı əmrlə tanış olması barədə onu imzalamaqdan imtina etmişdir. 29 oktyabr 2024-cü il tarixli aktdan görünür ki, Cavabdeh MMC-nin (bundan sonra cəmiyyət) təhlükəsizlik şöbəsinin müdiri Nümayəndə, cəmiyyətin insan resursları şöbəsinin müdiri Leyla Əfəndiyeva və həmin şöbənin insan resursları üzrə mütəxəssisi Samir Qayıbov tərəfindən tərtib edilmiş və imzaları ilə təsdiq edilmişlər ondan ötürü ki, cəmiyyətin təhlükəsizlik şöbəsinin növbə rəisi İddiaçı təklif edildi ki, 29 oktyabr 2024-cü il tarixdə cəmiyyətdə iş ahənginin pozulmasına və bunun nəticəsində cəmiyyətin maddi gəlirlərinin azalmasına səbəb olmuş şəxslərin xidməti əraziyə daxil olmasına nə üçün şərait yaratması barədə izahat yazsın. İddiaçı müvafiq izahatı yazmaqdan imtina etmişdir. Göründüyü kimi, İddiaçı dəfələrlə əmək və icra intizamını pozduğuna baxmayaraq cəmiyyətin rəhbərliyi tərəfindən ona güzəştlər edilmişdir. Hazırkı halda isə İddiaçılə əmək müqaviləsinin ləğv edilməsi əmək qanunvericiliyinin tələblərinə tam riayət edilməklə həyata keçirilmişdir. Belə olan halda, Məhkəmə hesab edir ki, Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli, 474/24 saylı əmri əmri qanuni və əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-ci maddəsinin 4-cü bəndində əsasən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən:
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin maddəsinin c bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə, ləğv edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməməli, İddiaçı Cavabdeh MMC-yə əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin etibarsız hesab edilərək ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh MMC-yə əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin etibarsız hesab edilərək ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Vüqar Seyidov