Məhkəmə qərarları › İş №2(027)-808/2024

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-808/2024

14.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-808/2024 14.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi ilə, X1 Maraqlı şəxsnə “doğum faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Maraqlı şəxsnə “doğum faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun 1942-ci il tarixdə Quba rayonu, İİ Nügədi kəndində doğulması faktnın qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə X1 ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər müraciət etmiş şəxsə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.6-cı müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər; 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İş materiallarından göründüyü kimi, ərizəçi məhkəmədən “doğum faktının müəyyən edilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmiş, lakin ərizəçi mübahisə ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl məlum tələblə bağlı Maraqlı şəxsnə müraciət edərək, həmin orqanın müvafiq cavabını almamışdır. Ərizəçi mübahisə ilə bağlı birbaşa mübahisə məhkəmənin həllilə vermişdir, bununla da müraciət edən şəxs Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, ərizəçiyə qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada hazırkı tələblə bağlı ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Maraqlı şəxsnə “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi və ona əlavə edilmiş sənədlərlə birgə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar