Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-81/2025 21.04.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaversiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı avtomobil gediş-gəliş yolunun açılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Quba rayonu, Ərməki kəndində 0,15 ha torpaq sahəsində yerləşən ona məsus fərdi yaşayış evinə cavabdehlərdən biri və ya hər ikisinin ərazisindən keçməklə avtomobil gediş-gəliş yolunun açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o və ata-babaları Quba rayonu Ərməki kəndində yerləşən evlərində 70 ildən çoxdur ki, yaşayırlar. Evi arxa hissədən dalan, sağ və sol tərəfdən isə qonşu əraziləri ilə əhatə olunur. Evə giriş sadəcə ön hissədəndir. Həmin ərazi 70 ildən çoxdur ki, yol kimi istifadə edilirdi. Lakin ən son olaraq qonşu Cavabdeh1 oraya hasar çəkmişdir. Bununla da onların evə gələn avtomobil yolu bağlanmış və evə giriş çıxışımız mümkünsüz hala gəlmişdir. Belə olan halda hər hansı bir fövqəladə vəziyyətdə, məsələn yanğınsöndürən və ya tibbi xidmət maşını oraya daxil ola bilməyəcək. Həmçinin, ona məxsus evin texniki pasportunda həmin ərazi yol kimi göstərilmiş və onun ərazisinin darvaza və giriş hissəsinin oradan olmağı göstərilmişdir. Hazırda heç bir çıxış yolu olmadığı üçün cavabdehlər kimi qeyd edilən Cavabdeh1 və (və ya) Cavabdeh2 məxsus ərazidən onun evinə gediş gəliş yolunun açılması barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müadfiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və bildirmişdir ki, evinə gedib-gələn yol dar olduğundan ora avtomobil ilə gedə bilmir. Həmin yoldan istifadəyə qonşular icazə vermir. Torpaq sahəsinə bostan hissəsindən əlavə yolu vardır, lakin kələ-kötür yoldur. İddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 ona qarşı iddianı əsassız hesab edərək bildirmişdir ki, iddiaçının torpaq sahəsinin bostan hissəsindən əlavə yolu var. Oradan istifadə edə bilər. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların X2 daşınmaz əmlakın dövlət reyestrindən, qeydiyyat nömrəsi ********** olan xx.xx.2017-ci il tarixli Çıxarışdan görünür ki, Quba rayonu, Ərməki kəndində yerləşən 0,15 ha torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən, reyestr nömrəsi **********86 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışdan görünür ki, Quba şəhəri 28-ci məhəllədə yerləşən Quba Rayon İcra Hakimiyyətinin mülkiyyətində olan 0,034 ha torpaq sahəsi Cavabdeh1 adına yüklü edilmişdir. İş üzrə təyin edilmiş və keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə mühəndis-texniki ekspertizasının 23 dekabr 2024-cü il tarixli, 3-16-16/2- 10/9937 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli 3-21-3-34/2- 10830/2024 saylı mütəxəssis rəyində aşağıdakılar göstərilmişdir: Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışa əsasən Quba rayon Ərməki kəndində yerləşən İddiaçı məxsus 0.15 ha torpaq sahəsinə baza məlumatlarında olan DWJ xəritələrində gediş- gəliş yolu nəzərdə tutulub, lakin DWJ xəritələrində həmin yol şimal-qərb tərəfdən 2.1 metr, cənub-şərq tərəfdən isə 1.3 metr ölçüdə göstərildiyi müəyyən olunmuşdur. Mübahisəli torpaq sahəsi (xəritə materiallarında nəzərdə tutulmuş gediş-gəliş yolu) cavabdehlər tərəfindən istifadə olunmadığı müəyyən edildi. İki qonşu arasında xəritə materialları üzərində ümumi istifadədə olan yol nəzərdə tutulmuşdur.Həmin mübahisəli torpaq sahəsinə cavabdehlər tərəfindən maneə yaradılıb-yaradılmamasının cavablanması ƏMDX-nin 5 saylı ərazi idarəsinin mütəxəssislərinin səlahiyyətləri daxilində deyildir. Beləliklə məhkəmə araşdırması zamanı sübut olunmuşdur ki, Quba rayon Ərməki kəndində yerləşən İddiaçı məxsus 0.15 ha torpaq sahəsinə baza məlumatlarında 2.1 metr - 1.3 metr ölçüdə gediş-gəliş yolu nəzərdə tutulmuşdur. Həmin yolun cavabdehlər tərəfindən istifadə olunmadığını iddiaçı öz ifadəsilə təsdiq etmişdir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1-ci maddəsinə görə ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə görə Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 175.1-ci maddəsinə görə əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 175.2-ci maddəsinə görə sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 255.4-cü maddəsinə əsasən servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, İddiaçı keçid ehtiyacı servitut qoyulmadan təmin edilə bilindiyindən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı avtomobil gediş-gəliş yolunun açılması tələbinə dair iddiası təmin edilməməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı avtomobil gediş-gəliş yolunun açılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-81/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-81/2025
21.04.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver