Məhkəmə qərarları › İş №2(027)-812/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-812/2021

11.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-812/2021 11.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Cavabdeh-iddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı debitor borcun ödənilməsi tələbinə dair ilkin iddia ərizəsinə və Cavabdeh İddiaçınə qarşı maddi və mənəvi zərərin əvəzi olaraq kompensasiya tələbinə dair qarşılıqlı iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 917.10 (doqquz yüz on yeddi) manat 10 qəpik məbləğində əsas borcun və 30 (otuz) manat dövlət rüsumunun tutularaq, İddiaçı İB-nin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia ərizəsinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadəyə görə yaranmış debitor borcun artdığına görə, Cavabdeh 998 (doqquz yüz doxsan səkkiz) manat 60 qəpik borcun və 30 (otuz) manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçınə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı iddia tələbinin təmin edilməməsini, qarşılıqlı iddianın təmin edilməsini, ******* (bir milyon) manat məbləğində ona vurulan fiziki, maddi və mənəvi zərərin əvəzi olaraq kompensasiya cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını, cavabdehin əməllərində cinayət tərkibi əlamətlərinin mövcudluğunu nəzərə alaraq, onun barəsində AR MPM-nin 265.4-cü, maddəsinə əsaslanaraq xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini xahiş etmişdi. İddiaçı-cavabdeh İddiaçı nümayəndəsi X1 ilkin iddianı müdafiə edərək, qarşılıqlı idaanı qəbul etməyərək bildirmişdi ki, Cavabdeh İddiaçı İB-nin Xaçmaz RQİİ-nin Quba Xidmət Sahəsində abonent kimi qeydiyyatdadır və onunla bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi”nə əsasən yaşadığı Quba rayonunun Alekseyevka kəndində yerləşən fərdi yaşayış evində təbii qazdan istifadə edilir. Abonent üçün Elster G-4T DİAFRAQMA tipli 12519691 №-li mexaniki qaz sayğacı quraşdırılmışdır. Abonentin istifadə etdiyi qazın dəyəri sayğac göstəricilərinə əsasən hesablanaraq hər ay ünvanına bildiriş təqdim olunur. Lakin, Cavabdeh istehlak etdiyi qazın dəyərini tam ödəmədiyinə görə 01.05.2021-ci il tarixinə 998,60 (doqquz yüz doxsan səkkiz manat 60 qəpik) manat debitor borcu yaranmışdır. Onun bu borcu elektron qaydada qeydiyyat aparılan abonent saldosu ilə təsdiq edilir. Abonent Cavabdeh ilə bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı Müqaviləsi”nin 2.3.1 bəndində “qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək” istehlakçıların vəzifələri kimi təsdiq edilmişdir. Yəni təbii qaz istehlakçılara “Qarşılıqlı iddia”da qeyd edildiyi kimi ödənişsiz verilmir. İstehlakçının istifadə etdiyi təbii qazın dəyərinin ödənilməsi vəzifəsi həm “Qaydalar”da, həm də “Müqavilə”də öz əksini tapmışdır. Cavabdeh “Qarşılıqlı iddia”da ona vurulan fiziki, maddi, və mənəvi zərərin əvəzi olaraq ******* manat kompensasiyanın ona ödənilməsi tələbini qoyub. Lakin, ona vurulan fiziki, maddi, və mənəvi zərərin kim tərəfindən nə vaxt, harada vurulduğu göstərilməyib, bu barədə hər hansı sübut təqdim edilməyib. Cavabdeh İddiaçı İB-nin əməllərində cinayət tərkibi əlamətlərinin olduğunu iddia edir. Lakin bu cinayətin nədən ibarət olduğunu, kim tərəfindən, nə vaxt icra edildiyi barədə “Qarşılıqlı iddia”da heç bir qeyd yoxdur. Cavabdeh “Qarşılıqlı iddia”ya əlavə etdiyi yeganə sənəd Qarabağ müharibəsi veteranı vəsiqəsinin surətidir. Qeyd etdi ki, hazırda qüvvədə olan Qanunvericilikdə və normativ hüquqi aktlarda bu və ya digər kateqoriyaya aid vətəndaşlar üçün təbii qazdan istifadəyə görə hər hansı güzəşt və imtiyazlar nəzərdə tutulmamışdır.Hesab edir ki, yuxarıda göstərilənlərə görə ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddiası Məhkəmə tərəfindən əsassız sayılmalı və rədd edilməlidir. Göstərilənləri nəzərə alaraq, qarşılıqlı iddianın təmin edilməməsini və təbii qazdan istifadəyə görə yaranmış debitor borcun artdığına görə, Cavabdeh 998 (doqquz yüz doxsan səkkiz) manat 60 qəpik borcun və 30 (otuz) manat dövlət rüsumunun cavabdeh İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə cavabdeh-iddiaçı Cavabdeh qaşılığlı iddianı müdafiə edərək göstərdi ki, İlkin iddia tələbini qəbul etmir, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh olan "İddiaçı" İB-nin iddia ərizəsində onun istifadə etdiyi qaza görə 988.60 manat ödənilməmiş borcunun olduğu və onlar tərəfindən rəsmi xəbərdarlıq olunmasına baxmayaraq abonent tərəfindən borcun hələ də ödənilməməsi bildirilərək, bağlanmış Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə" müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi göstərilir. İddiaçı burada "Abonentin istifadə etdiyi təbii qazın haqqının ödənilməsi, borclu kimi onun mübahisə edilməyən vəzifəsidir" kimi absurd şablonlu frazasını da istifadə etməklə bu əsassız fikrə istinad etməkdən çəkinmir. Son illərdə statiskada qaz idarəsinin işçiləri öz işlərini vicdanla yerinə yetirmirlər, qaz sayğacları ilə əlaqədar vətəndaşların şikayətlər çoxalıb. Həmçinin qaz idarəsinin işçiləri onun evinə quraşdırılmş qaz sayğacını çıxarıb apardığlarını qeyd edərək, həmin sayğacın ekspertizadan keçirilməsini xahiş etdi. E. Abdullayev göstərilənləri nəzərə alaraq, İddiaçı iddia tələbinin təmin edilməməsini, qarşılıqlı iddianın təmin edilməsini, ******* (bir milyon) manat məbləğində ona vurulan fiziki, maddi və mənəvi zərərin əvəzi olaraq kompensasiyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını, cavabdehin əməllərində cinayət tərkibi əlamətlərinin mövcudluğunu nəzərə alaraq, onun barəsində AR MPM-nin 265.4-cu, maddəsinə əsaslanaraq xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini xahiş etdi. Məhkəmə cavabdeh-iddiaçı Cavabdeh izahatını dinləyib, məhkəmə baxışında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli və qarşılıqlı iddia təmin edilməməlidir.. Belə ki, Cavabdeh ilə İddiaçı İB-yi arasında bağlanmış 16.10.2017-ci il tarixli 21762-10-17 saylı qaz paylayıcısı və məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsi iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan İddiaçı İB-yi Xaçmaz RQİİ-nin 08.05.2021-ci il tarixli, 01-HŞ/06-QBSŞ- 562 nömrəli arayışdan görünür ki, Quba rayonu Alekseyevka kənd sakini Cavabdeh təbii qazdan istifadəyə görə 01.05.2021-ci il tarixinə 3506 m3 qaz sərfiyyatı olmaqla, 988.60 manat debitor borcu vardır. İşdə olan **********03030 nömrəli abonent saldosundan məlum olur ki, abonent Cavabdeh 01.05.2021-ci il tarixinə cəmi 998.60 manat məbləğində debitor borcu vardır. İşdə olan 28.12.2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı İB-yi tərəfindən iddia ərizəsilə bağlı 30 manat rüsum ödənilmişdir. İş materiallarında olan AZE 0******* seriyalı və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Cavabdeh Quba rayonu Alekseyevka kəndində qeydiyyatdadır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Bu Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 36.4-cü maddəsində deyilir ki, kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rösumu cavabdehdən-iddiaçıdan iddiaçı-cavabdehin xeyrinə tutulmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh fərdi yaşayış evində quraşdırılmış təbii qazdan istifadə etmiş, lakin istifadə etdiyi təbii qaza görə yaranmış borcunu ödəməmiş və nəticədə cavbdehin 01.05.2021-ci il tarixinə cəmi 998.60 manat məbləğində debitor borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddiaçı-cavabdeh İddiaçı iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Yuxarıda qeyd edilən mülki hüquq normalarını və mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh-iddiaçı tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Ona görə də, qarşılıqlı iddia tələbi təmin edilə bilməz. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İlkin iddia təmin edilsin. Cavabdeh 998 (doqquz yüz doxsan səkkiz) manat 60 qəpik debitor borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı hesabına ödənilsin. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar