Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-815/2023 27.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il təvəllüdlü X3 doğum faktının müəyyən edilməsini, xx.xx.2013-cü il təvəllüdlü X4 Ərizəçi1 övladı olması, X4 qeydiyyat sənədində atası qrafasında Ərizəçi1, anası qrafasında Ərizəçi2 qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizəni müdafiə edərək onunla əsaslandırılmışlar ki, Ərizəçi1 xx.xx.1988-ci il tarixdə Quba rayonu, Muçu kəndində anadan olmuş, həyat yoldaşı Ərizəçi2 xx.xx.1986-cı il tarixdə Quba rayonu, Muçu kəndində doğulmuşdur. Aralarında rəsmi nikah olmasa da, faktiki ailə kimi yaşamışlar. Onlar maldarlıqla, qoyunçuluq təsərrüfatında çobanlıqla məşğuldur. Övladları xx.xx.2010cu il tarixdə doğulmuş X20 və xx.xx.2011-ci il tarixdə doğulmuş X6 maldarlıq həyatı sürərkən doğulmuşlar. Sonradan onların atalığının müəyyən edilməsi haqqında şəhadətnamələri almışlar. Kiçik övladı xx.xx.2013-cu il tarixdə Xızı rayonu ərazisində yataqda doğulmuşdur. Onlar mal və qoyun sürülərini qışlağa apararkən, hava dağlıq ərazidə qarlı, buzlu olduğu üçün xəstəxanaya apara bilməmişlər. Sonralar səhlənkarlıqdan uşaq üçün heç bir sənəd ala bilməmişlər. Sonradan uşağı müayinə olunması üçün Siyəzən rayon Mərkəzi Poliklinikasına aparmışlar və qan qrupu barədə arayış almışlar. Siyəzən rayon Qeydiyyat şöbəsinə xx.xx.2013-cü il tarixdə doğulmuş övladı X5 doğumunun qeydə alınması barədə ərizə təqdim etmişlər. xx.xx.2022-ci il tarixli, 219 saylı cavab məktubu ilə ona bildirmişlər ki, sənədlərin içərisində doğumun qeydiyyatı üçün əsas olan doğum haqqında tibbi arayışın olmadığı müəyyən edilmişdir. Buna görə də onun ərizəsinin icrası mümkünsüzdür. Mediasiya şurasına övladının doğum faktının müəyyən edilməsi, ata və ananın qeyd edilməsinə dair ərizə ilə müraciət etmişdir. xx.xx.2022-ci il tarixli, xx-xx/2022-21155 saylı mediasiya prosesinə xitam verilməsi haqqında protokol almışlar. xx.xx.2022-ci il tarixli, 083550 saylı mədaxil qəbzi ilə 100 manat ödəniş etmişdir. Qeyd olunanları nəzərə alaraq, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X9 bildirdi ki, Ərizəçi1 onun qardaşıdır. Sonuncunun 3 uşağı var. xx.xx.2013-cü il təvəllüdlü X1 Taleh Aqagül oğlu ilə Ərizəçi2 övladıdır. O Siracın doğusunda iştirak etmişdir. Məhkəmə iclasında şahid X7 bildirdi ki, Ərizəçi2 onun dayısı qızıdır. Sonuncunun 3 uşağı var. xx.xx.2013-cü il təvəllüdlü X1 Taleh Aqagül oğlu ilə Ərizəçi2 övladıdır. O Siracın doğusunda iştirak etmişdir. Məhkəmə ərizəçilərin və şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq toplanmış sübutlara qiymət verməklə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan tibbi arayışdan görünür ki, X11 xx.xx.2013-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan Siyəzən rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli 219 saylı məktubundan görünür ki, X4 doğumun qeydə alınması üçün tibbi arayış olmadığı üçün Ərizəçi2 ərizəsi icra edilməmiş, məhkəməyə müraciə etməsi bildirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Quba rayonu, Muçu kənd sakinləri Ərizəçi1 Ağagül oğlu, Ərizəçi2, X9, X2 iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, onlar xx.xx.2013-cü ildə Xızı rayonu Upa kəndi ərazisində mal-qara, qoyun sürülərini otararkən, Quba rayonu, Muçu kənd sakinləri Ərizəçi1 Ağagül oğlu və həyat yoldaşı Ərizəçi2 kiçik övladları X12 dünyaya gəlməsini və həmin uşağın həmin ailədə böyüyüb, boya-başa çatmasını təsdiq etmişlər. Məhkəmə iclasında müəyyən edildi ki, X11 xx.xx.2013-cü il tarixdə Ərizəçi1 ilə Ərizəçi2 birgə münasibətindən doğulmuşdur. Uşaq xəstəxanada deyil, ev şəraitində doğulmuş və hava şəraiti əl vermədiyindən uşağı xəstəxanaya apara bilməmişlər. Müvafiq olaraq uşağa heç bir sənəd ala bilməmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının” 2.1 bəndinə əsasən doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti orqanı tərəfindən aparılmalıdır. Həmin sənədin 2.6 bəndinə əsasən 2.5-ci bəndində göstərilən sənədlər təqdim edilmədikdə, uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbyacan MPM-nin: 307.2-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, X3 xx.xx.2013-cü il tarixdə Xızı rayonu, Upa kəndində doğulması faktı müəyyən edilməli, Ərizəçi1 xx.xx.2013-cü il təvəllüdlü X4 atası olması müəyyən edilməli, X8 yeni doğum haqqında şəhadətnamə verilərkən ad qrafasında “X22’’, ana qrafasında “Ərizəçi2”, atası qrafasında “Ərizəçi1” göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X3 xx.xx.2013-cü il tarixdə Xızı rayonu, Upa kəndində doğulması faktı müəyyən edilsin. Ərizəçi1 xx.xx.2013-cü il təvəllüdlü X4 atası olması müəyyən edilsin. Atalığın etiraf edilməsi faktının müəyyən edilməsi X8 doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. X8 doğum haqqında şəhadətnamə verilərkən ad qrafasında “X22’’, ana qrafasında “Ərizəçi2”, atası qrafasında “Ərizəçi1” göstərilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-815/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-815/2023
27.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver