Məhkəmə qərarları › İş №2(027)-816/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-816/2020

18.06.2020 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-816/2020 18.06.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər X7 Xidmət və Maraqlı şəxs2nə “qarşı alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla X2 arasında olan alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X2 onun Quba şəhəri, Heydər Əliyev prospekti, 227 saylı ünvanda yerləşən evində qonşusudur. 2004-cü ilin aprel aylarında Tahirə Məmmədova ilə onun arasında Quba şəhəri, Azərbaycan küşəsi, 227 saylı ünvanda yerləşən evə dair şifahi olaraq alğı satqı müqaviləsi bağlanmışdır. Həmin evi o, 1500 dollar ödəməklə şəxsən ondan almışdır. Lakin, Tahirə Məmmədova yaşlı olduğu üçün onunla notariusa gedib alğı-satqı müqaviləsini aralarında təsdiq etməmişlər. Evin sənədləri, yəni qeydiyyat vəsiqəsi daima onda olmuş və hal-hazırda da ondadır. Tahirə Məmmədova kimsəsiz olmuş və ölən günə kimi kimsəsiz yaşamışdır. Tahirə Məmmədova sağ olduğu zaman yəni, təqribən son 15 il müddətində ona tərəfindən qulluq edilmiş, qayğı göstərilmiş və bütün ehtiyacları qarşılanmışdır. X2 xx.xx.2019-cu ildə vəfat etmiş, bu fakt ölüm haqqında akt qeydləri kitabında 2019-cu ilin avqust ayının 05 günündə 0498 sayla qeyd edilmiş və bu barədə X7 Xidmət Mərkəzi tərəfindən AZ021825 satlı “ölüm haqqında şəhadətnamə” verilmişdir. Tahirə Məmmədova rəhmətə getdikdən sonra onun bütün dəfn xərcləri və yas mərasimi onun tərəfindən təşkil edilmiş və ödənilmişdir. Tahirə Məmmədova ölməmişdən əvvəl və öldükdən sonra belə o, özünü mülkiyyətçi kimi hesab etmiş və əmlaka sahiblik ona məxsus olmuşdur. Əmlaka dair hər-hansı mübahisə yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər X7 Xidmətinin və Maraqlı şəxs2 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə hazırki işə qeyd olunan həmin cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahtını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X2 xx.xx.2019-cu il tarixdə Quba şəhərində vəfat etmişdir. İş materialllarında olan Qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 3 saylı ünvanda yerləşən iki mərtəbəli binanın birinci mərtəbəsində 1 yaşayış otağından, ikinci mərtəbəsində 1 yaşayış otağından ibarət, ümumi sahəsi 29.2 kv.m olan, o cümlədən yaşayış sahəsi 29.2 kv.m olan yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında X1 mülkiyyətindədir. İş materiallarında olan X2 ilə İddiaçı arasında olan alğı-satqnın təsdiq edən xx.xx.2004-cü il tarixli əlyazma sənədindən görünür ki, X2 - ünvan 3 saylı ünvanda yerləşən iki mərtəbəli binanın birinci mərtəbəsində 1 yaşayış otağından 29.2 kv.m olan, ikinci mərtəbəsində 1 yaşayış otağından ibarət, ümumi sahəsi 29.2 kv.m olan yaşayış evini İddiaçı cəmi ******* manata satmış və pulunuda nəğd olaraq almışdır. Şəxsiyyət vəsiqəsi olmadığından alğı-satqını adi qaydada əlyazma şəkilində etmişlər. Şəxsiyyət vəsiqəsini aldıqdan sonra rəsmi qaydada da alğı-satqını təsdiq edəcəklər. Gələcəkdə də ağlı-satqı barəsində iddia tələbi olmayacaqdır. Məhkəmə araşdırmaları ilə müəyyən olunmuşdur ki, ünvan 3 saylı ünvanda yerləşən iki mərtəbəli binanın birinci mərtəbəsində 1 yaşayış otağından, ikinci mərtəbəsində 1 yaşayış otağından ibarət, ümumi sahəsi 292 kv.m olan yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında X1 mülkiyyətində olmuşdur. X2 həmin evi öz əlyazması ilə yazdığı və imzasını ilə təsdiq etdiyi ərizə ilə alğı-satqı əsasında İddiaçı satmışdır. Bununla da, İddiaçı həmin evə qanunla müəyyən olunmuş sahiblik və istifadə hüquqları yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə müvafiq olaraq mülki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə müvafiq olaraq mülki hüquq münasibətlərinin subyektləri arasında yaranmış mübahisələr, həmin hüquq münasibətləri yaranan zaman qüvvədə olan mülki qanunvericilik müddəalarına əsasən həll olunmalı olduğundan, məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisənin (xx xxxxxx 2003-cü il) həlli üçün 2000-ci il sentyabrın 1-dən sonra qüvvədə olan mülki qanunvericilik normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 2005-ci il 18 may tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsində göstərilir ki, tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırarsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda əqdin notariat tərtibatı tələb olunmur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konsitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konsitusiya Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericilklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.2-ci maddəsinə əsasən qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Məhkəmə hesab edir ki, tərəflərin hüquqi vəziyyətini yaxşılaşdırdığı üçün 2005-ci il 18 may tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konsitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konsitusiya Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli qərarı hazırki işdə tətbiq edilə bilər. Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında belə bir hüquqi mövqe ifadə edilmişdir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayəti ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2004-cü il tarixli qərarında göstərilir ki, hüququn dövlət qeydiyyatına alınmasına qədər şəxs ona verilən əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Bu isə daşınmaz əşyanın əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Müşfiq Bayramovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxx 2011-ci il tarixli qərarında göstərilir ki, torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi torpaq üzərində mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarını istisna etmir. «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2010-cu il tarixli qərarında mülkiyyət hüququnun məzmunu təşkil edən sahiblik, istifadə və sərəncam hüququ ilə bağlı aşağıdakı hüquqi mövqe formalaşmışdır: «Mülki və torpaq qanunvericilyinin müddəalarından da göründüyü kimi, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir». İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. «Önər Yıldız Türkiyəyə qarşı» məhkəmə işində Avropa Məhkəməsi ərizəçinin dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirmiş və dövlətin üZərnişan həmin tikintinin partlayışına görə ərizəçiyə kompensasiya verilməsi vəzifəsini qoymuşdur. Həmin işlə əlaqədar Avropa Məhkəməsi qeyd etmişdir ki, əgər dövlət ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəmədə iddia qaldırmayıbsa, deməli, faktiki olaraq ərizəçinin həmin tikiliyə mülkiyyət hüququnu tanımışdır. Roma hüququna görə susmaq razılıq əlamətidir ki, dövlət də bu halda susmaqla, Önər Yıldızın heç bir icazə almadan parkda tikinti inşa edərək ailəsi ilə yaşadığı evə mülkiyyət hüququnu faktiki tanımışdır. Azərbaycan Respublikası MPM-nin 51.1-ci maddəsinə əsasən iddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. Azərbaycan Respublikası MPM-nin 51.2-ci maddəsinə əsasən birgə iştirakçılar işin aparılmasını həmin iştirakçılardan birinə tapşıra bilərlər. Məhkəmə işdəki sübutlara istinadən hesab edir ki, ünvan 3 saylı ünvanda yerləşən iki mərtəbəli binanın birinci mərtəbəsində 1 yaşayış otağından, ikinci mərtəbəsində 1 yaşayış otağından ibarət, ümumi sahəsi 292 kv.m olan yaşayış evinin X2 tərəfindən İddiaçı satılması ilə bağlı olan alğı-satqı müqaviləsi bağlanmış hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. ünvan 3 saylı ünvanda yerləşən iki mərtəbəli binanın birinci mərtəbəsində 1 yaşayış otağından, ikinci mərtəbəsində 1 yaşayış otağından ibarət, ümumi sahəsi 29.2 kv.m olan, o cümlədən yaşayış sahəsi 29.2 kv.m olan evinin X2 tərəfindən İddiaçı satılması ilə bağlı olan alğısatqı müqaviləsi bağlanmış hesab edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar