Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-82/2025 10.02.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs: Quba rayon Timiryazev Bələdiyyəsi) qarşı “torpaq sahəsindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxıb, məhkəmə m ü ə y y ə n e t d i: I. İşin mahiyyəti: İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən mükiyyətində olan 0,06 ha torpaq sahəsindən onun və qonşularının sərbəst şəkildə istifadə etməsinə qarşı törədilən bütün maneələrə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Quba rayonu, Timiryazev kəndində yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,06 ha torpaq sahəsi RX seriyalı saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən onun mülkiyyətindədir. O və onun qoşuları – Allahverdiyev Elmar, Sultanov Teyfur, Balakişiyev Azər, Balakişiyev İslam, Fərzəlizadə Bəhruz, Camoyev Bəhlul, Əliyev Rəhman, Əliyeva Solmaz, Dayanova Lalənin mütəmadi olaraq istifadə etdiyi gediş- gəliş yolunu Cavabdeh zəbt edərək, mülkiyyətinə, təsərrüfatına külli miqdarda ziyan vurur. Əmlak Komitəsinə şikayət olunmasına baxmayaraq, cavabdeh öz əməllərindən əl çəkmir. Cavabdeh özü də bilərəkdən onlar gediş gəliş və kənd sakinlərin istifadə etdiyi öz istifadə etdiyi bağın yaxınlığında olduğu üçün cavabdehin bağına qədər yol gəlsə də cavabdeh özündən sonraya yol verməyərək onların yolunu kəsmişdir. Cavabdehin bu hərəkəti kənd sakinlərin ev və təsərrüfatına ciddi ziyan dəyməklə yanaşı onların yollarını uzatmaq məqsədinə nail olur. Cavabdehə bir kənd sakini kimi kənd sakinləri və qonşuları bildirsələr də, onların yolunu zəbt etməsin, lakin cavadeh öz əməllindən əl çəkmir. İİ Tərəflərin mövqeləri: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və bildirmişdir ki, cavabdeh onun və qonşuların evlərinin arxa hissəsini zəbt edərək, gediş-gəliş yolunu bağlamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirmişdir ki, məhkəməyə təqdim edilmiş ilkin ekspert rəyində iddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia olunan torpaq sahəsinin faktiki olaraq cavabdeh tərəfindən istifadə olunması və həmin iddia olunan torpaq sahəsinin 0.10 ha hissəsinin baza məlumatlarında DWJ xəritələrinə və bələdiyyə xəritələrinə əsasən bələdiyyə mülkiyyəti kimi, ümumi istifadədə olan torpaq sahəsi kimi, 0.09 ha hissəsi isə cavabdehin xüsusi mülkiyyəti olması müəyyən edilsə də, sonradan məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində iddia edilən torpaq sahəsinin cavabdehin mülkiyyətində olduğu qeyd edilmişdir. Beləliklə də, iki mütəxəssis rəyi arasında ziddiyyət mövcuddur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 verdiyi izahatda qeyd etmişdir ki, iddiaçının gediş-gəliş yolu kimi iddia etdiyi torpaq sahəsi cavabdehin mülkiyyətindədir. Əlavə olaraq iddiaçının evinə başqa-hissədən də gediş gəliş yolu mövcuddur. Buna baxmayaraq, qonşular cavabdehin mülkiyyətində olan torpaq sahəsindən özlərinə gediş-gəliş yolu istəyirlər. Məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində də göstərilmişdir ki, iddia olunan torpaq sahəsi cavabdehin mülkiyyətindədir. Məhkəmə iclasında Cavabdeh ona qarşı iddianı əsassız hesab edərək bildirmişdir ki, iddiaçının torpaq sahəsinə gediş-gəliş üçün əlavə yolu var. Oradan istifadə edə bilər. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Quba rayon Timiryazev Bələdiyyəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İİİ. İşin faktiki halları: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən, reyestr nömrəsi **********71-10301, qeydiyyat nömrəsi ********** olan xx.xx.2020-ci il tarixli çıxarışa əsasən Quba rayonu, Timiryazev kəndində yerləşən 0,6 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Quba rayonu, Timiryazev kəndində yerləşən 0.0674 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasən xx.xx.2024-cü il tarixdə Cavabdeh, X5, X8, X6 və X1 adına qeydə alınmışdır. Azərbaycan Respublikası "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli rəyinə əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********17 reyestr nömrəli Çıxarışa əsasən Quba rayonu Timiryazev kəndində yerləşən Cavabdeh və ailə üzvlərinin mülkiyyətində olan 0.674 ha torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş koordinatları daxilində gediş-gəliş yolu mövcud deyil. Cavabdeh və digər ailə üzvlərinə məxsus Torpağa Mülkiyyət Hüququna dair JN-164 saylı Dövlət Aktı əsasında Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********17 reyestr nömrəli Çıxarış alarkən azalma ilə bağlı imtina etdiyi ərazi İddiaçı məxsus xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********71-10301 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışda göstərilmiş 0.06 ha torpaq sahəsi ilə qonşu olan ərazidəndir. Nəticə: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********17 reyestr nömrəli Çıxarışa əsasən Quba rayonu Timiryazev kəndində yerləşən Cavabdeh və ailə üzvlərinin mülkiyyətində olan 0.674 ha torpaq sahəsi ilə İddiaçı məxsus xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********71-10301 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışda göstərilmiş 0.06 ha torpaq sahəsi qonşu torpaq sahələridir və aralarında yol və ya digər təyinatlı torpaq sahəsi deyil. İV.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Mülki Məcəlləsi : 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının :
13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
29. İ. Hər kəsin mülkiyyət hüququ vardır.
29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İlkin olaraq məhkəmə qeyd edir ki, iddia ərizəsində iddiaçı olaraq İddiaçı göstərilsə də, tələbdə iddiaçı özündən savayı, qonşularına məxsus torpaq sahəsindən də istifadəyə yaradılmış maneələrin aradan qaldırılmasını irəli sürmüşdür. Qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni hə çılli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə bildirir ki, iddiaçı öz hüquqlarının pozulmasını əsaslandırmaqla, öz adından çıxış etmək hüququna malik olduğundan, yalnız ona münasibətdə hüquqi dəyərləndirmə aparılmalıdır. İddia tələbinin əsaslılığına münasibətdə isə məhkəmə qeyd edir ki, işin hallarından məlum olduğu kimi iddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində ona məxsus Quba rayonu, Timirzayev kəndində yerləşən 0.06 ha torpaq sahəsindən, eyni zamanda qonşularına məxsus olan torpaq sahəsinə gediş-gəliş yolunun cavabdeh tərəfindən tutulmasını iddia edərək, sonuncu tərəfindən yaradılan maneələrin aradan qaldırılmasını tələb etmişdir. Belə ki, iddiaçının iddia etdiyinə görə həmin gediş-gəliş yolu olaraq iddia olunan torpaq sahəsi ümumi istifadə üçün nəzərdə tutulmuşdur. Bununla bağlı ilkin olaraq məhkəmə tərəfindən ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, İddiaçı məxsus 0.06 ha torpaq sahəsinin sərhədləri yerində müəyyən edildi, (sxem tərtib edilmişdir, koordinatlar ve ortofoto görüntülər mütəxəssis rəyinə əlavə edilmişdir. İddiaçının mülkiyyətində olan torpaq sahəsinin cənub şərq tərəfində gedişgəliş yolu mövcuddur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlak Dövlət Kadastrı və Reyestri X12nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin texniki Nəbi Nəbizadənin mütəxəssis rəyində qeyd edilir ki, iddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia olunan torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən istifadə olunur (şumlama işləri aparılmışdır) və həmin iddia olunan torpaq sahəsinin 0.10 ha hissəsi baza məlumatlarında DWJ xəritələrinə və bələdiyyə xəritələrinə əsasən bələdiyyə mülkiyyəti kimi ümumi istifadədə olan torpaq sahəsi kimi göstərilmişdir. İddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin 0.0935 ha hissəsi isə cavabdeh xüsusi mülkiyyətində olan torpaq sahəsidir. Göründüyü kimi məhkəməyə təqdim edilmiş ekspert və mütəxəssis rəyində DWJ və bələdiyyə xəritələrinə əsasən iddia olunan torpaq sahəsinin bir hissəsinin ümumi istifadə, bir hissəsinin isə cavabdehin xüsusi mülkiyyətində olması müəyyən edilməklə, iddiaçının evinin arxasında olan torpaq sahəsinin konkret olaraq hansı hissəyə düşdüyü göstərilməmiş, rəy həmin hissədə qeyri-müəyyən xarakter daşımışdır. Daha sonra məhkəməyə təqdim edilmiş vəsatətə əsasən (digər mütəxəssisin işdən azad olması ilə əlaqədar olaraq dindirilməsi mümkün olmamışdır) verilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlak Dövlət Kadastrı və Reyestri X12nin 5 saylı Xaçmaz Ərazi İdarəsindən yenidən mütəxəssis rəyi alınmışdır. Azərbaycan Respublikasinin İqtisadiyyat Nazirliyi Yaninda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X12 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin Cənub Şərq tərəfi sxemdə göstərilmişdir. Gediş-gəliş yolu kimi iddia olunan torpaq sahəsi ölçüsü DWJ xəritələrinə əsasən müəyyən edilmişdir. iddiaçının mülkiyyətində olan torpaq sahəsinin Cənub Şərq istiqamətində gediş-gəliş yolu mövcuddur və faktiki eni 8 m-dir (xəritədə göstərilməklə) Məhkəmənin ekspertiza təyin edilməsi barədə qərardadında DVJ xəritələrinə əsasən rəy verilməsi göstərilməmişdir, Lakin DVJ xəritələrinə əsasən rəy verilməsi mümkündür. Məhkəmənin ekspertiziya təyin edilməsi barədə qərardadında göstərilən suallara cavab verərkən TEKUİS-ə əsasən xəritələrə istinad edilməmişdir, İstinad edilməməsinə səbəb isə DVJ elektron xəritələri ilə X2 X3 (TEKUİS)-də uyğunsuzluğun olmasıdır. İddiaçının iddia etdiyi torpaq sahəsi yəni yol cavabdeh və ailə üzvlərinə məxsus Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********17 reyestr nömrəli çıxarışa əsasən 0.674 ha torpaq sahəsi ilə X2 X3 (TEKUİS)-də üst-üstə düşür ümumilkdə cavabdehin mülkiyyətidir, (xəritədə göstərməklə) İş üzrə rəy verən vaxtı cavabdeh və ailə üzvlərinə məxsus Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********17 reyestr nömrəli çıxarışda göstərilən koordinatlarla əlaqəli təhlil aparılmışdır, lakin DVJ xəritələri ilə uyğunsuzluq təşkil etdiyindən məlumat qeyd edilməmişdir. iddiaçının hazırda istifadə etdiyi torpaq sahəsinə iddia olunan torpaq sahəsi gediş- gəliş yolu deyil, iddiaçının hazırda istifadə etdiyi torpaq sahəsinə gediş-gəliş yolu Cənub Şərq istiqamətində mövcuddur. iddiaçının iddia etdiyi torpaq sahəsi (yol) cavabdeh və ailə üzvlərinə məxsus Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********17 reyestr nömrəli çıxarışda göstərilən 0.674 ha torpaq sahəsi ilə üst-üstə düşürsə cavabdehin torpaq sahəsinin 0.20 ha hissəsində azalma olacaq. Cavabdeh və digər ailə üzvlərinə məxsus Torpaq Mülkiyyəti Hüququna dair Dövlət Aktı əsasında Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli, **********17 reyestr nömrəli çıxarış alarkən cavabdehin azalma ilə bağlı imtina etdiyi ərazi hazırda mübahisə olunan ərazi ilə qonşu hissədəndir. Cavabdeh və digər ailə üzvlərinə məxsus Torpaq Mülkiyyəti Hüququna dair Dövlət Aktı əsasında Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli, **********17 reyestr nömrəli çıxarış və həmin çıxarış əlavə olan torpaq sahəsinin plan və ölçüsündə göstərilmiş koordinatlardan kənara (yəni Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********17 reyestr nömrəli çıxarışda göstərilmiş torpaq sahəsindən kənarda) iddiaçıya məxsus torpaq sahəsi arasında gediş-gəliş yolu yoxdur. Göründüyü kimi sonradan məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində iddia olunan torpaq sahəsinin TEKUİS xəritələrinə əsasən cavabdehin xüsusi mülkiyyətində olduğu və həmin hissədə gediş-gəliş yolunun olmadığı bildirilmişdir. Belə ki, cavabdeh və onun ailə üzvlərinə 04 mart 2024-cü il tarixdə çıxarış məhz həmin xəritə əsasında verilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasinin İqtisadiyyat Nazirliyi Yaninda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X12 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisi də verdiyi izahatda qeyd edilən halı təsdiq etmiş, DWJ və TEKUİS xəritələrinin göstəricilərində fərqlərin mövcud olmasını bildirmişdir. Beləliklə də, məhkəməyə təqdim edilmiş mütəxəssis rəylərinin hər birində ayrı-ayrı xəritələrə istinad edilməklə, ilkin rəydə DWJ xəritələrinə əsasən iddia olunan torpaq sahəsinin 0.0935 ha hissəsinin cavabdehin mülkiyyətində, 0.10 ha hissəsinin isə ümumi istifadə üçün nəzərdə tutulmuş torpaq sahəsi olması göstərilsə də, sonradan təqdim edilmiş rəydə TEKUİS xəritələrinə istinad edilməklə, ümumiyyətlə gediş-gəliş yolu kimi iddia olunan torpaq sahəsinin cavabdehin mülkiyyətində olduğu və sonuncu hüquqlarının qeydə alındığı məlum olmuşdur. Məhkəmə ilkin olaraq qeyd edir ki, hər iki rəyə nəzərə yetirdikdə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin cənub şərq tərəfində, digər gediş-gəliş yolunun mövcud olması müəyyən edilmişdir. Qeyd edilən halı məhkəməyə təqdim edilmiş videogörüntülərdən də müəyyən etmək mümkündür. Məhkəmə yaranmış ziddiyyətlə bağlı isə bildirir ki, yuxarıda göstərilən xəritələrlə müəyyən fərqli nəticələr əldə edilsə də, qeyd edilməlidir ki, əldə edilmiş nəticələrə uyğun olaraq bir tərəfdə cavabdehin mülkiyyət hüququnun pozulması, onun mülkiyyətində olan torpaq sahəsinin bir hissəsindən məhrum olması, digər tərəfdən isə iddiaçıya məxsus torpaq sahəsinə başqa gediş-gəliş yolu mövcud olduğu halda, digər gediş-gəliş yolunun mövcudluğu qəbul edilməklə, cavabdeh tərəfindən yaranmış maneənin aradan qaldırılması çıxış edir. Hansı ki, ilkin rəydə də iddia olunan gediş gəliş yolunun 0.0935 ha hissəsinin cavabdehin mülkiyyətində olması müəyyən olunmuşdur. Bundan əlavə işin mübahisə edilməyən halı ondan ibarətdir ki, cavabdehin həmin torpaq sahəsi üzərində hüquqları qeydiyyata alınmaqla, ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Odur ki, məhkəmə hazırki iş üzrə sonuncu rəyin nəticələrinin nəzərə alınmasını daha məqsədəmüvafiq hesab edir. Qeyd edilməlidir ki, konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə yuxarıda istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək, hesab edir ki, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs: Quba rayon Timiryazev Bələdiyyəsi) qarşı “torpaq sahəsindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. AR Mülki Prosessual Məcəlləsinin: 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
V.Nəticə qətetdi:
İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs: Quba rayon Timiryazev Bələdiyyəsi) qarşı “torpaq sahəsindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Kamilli