Məhkəmə qərarları › İş №2(027)-830/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-830/2021

11.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-830/2021 11.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi, nümyəndəsi və vəkili X12 iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, oğlu X6 14 dekabr 1986-cı il tarixdə Quba rayonu, Zərqava kəndində doğulması faktının müəyyən edilməsi və ona doğum haqqında şəhadətnamə verilərkən vətəndaş qrafasında X11, doğum tarixi qrafasında 14 dekabr 1986-cı il, doğum yeri qrafasında Quba rayonu Zərqava kəndi, atası qrafasında “ X9” anası qrafasında “Ərizəçi” qeyd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəsini müdafiə edərək göstərdi ki, o, 02 yanvar 1983-cü ildə X9 ilə ailə qurub. Birgə nikahdan 14 dekabr 1986-cı ildə Vüsal adlı oğlu doğulub. X28 rayonu Zərqava kənd orta məktəbində təhsil alıb, 26 oktyabr 1997-ci ildə vəfat edib. Oğlunun uşaq ikən ölməsi ona pis təsir edib, uzun müddət özünə gələ bilməyib. Sonradan oğlunun doğum haqqında şəhadətnaməsini axtarsa da onu tapa bilməyib. Hazırda sənədləşmə işləri ilə bağlı olaraq ondan doğum haqqında şəhadətnamə tələb olunur və doğum haqqında şəhadətnamə olmadığından müxtəlif dövlət orqanlarında maneələrlə rastlaşır. Oğluna anadan olarkən verilmiş doğum haqqında şəhadətnamənin təkrarən verilməsi üçün Maraqlı şəxsnə müraciət edib. Lakin həmin qeydiyyat orqanı tərəfindən oğlunun doğulmasına dair heç bir sənəd təqdim edə bilmədiyi üçün doğum faktının müəyyən edilməsi və yaxud bərpası ilə əlaqədar məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də oğluna məxsus doğum haqqında şəhadətnaməni ala bilmədiyi üçün məhkəməyə müraciət etmək qərarına gəlib. Göstərilənləri nəzərə alaraq, oğlu X6 14 dekabr 1986cı il tarixdə Quba rayonu, Zərqava kəndində doğulması faktının müəyyən edilməsi və ona doğum haqqında şəhadətnamə verilərkən vətəndaş qrafasında X11, doğum tarixi qrafasında 14 dekabr 1986-cı il, doğum yeri qrafasında Quba rayonu Zərqava kəndi, atası qrafasında “ X9” anası qrafasında “Ərizəçi” qeyd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmədə Ərizəçi nümyəndəsi və vəkili X21 ərizəni müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X19 bildirdi ki, Ərizəçi onun bibisidi. O, X9 ilə ailə qurub bu evlilikdən beş övladı olub, onlardan ikisi vəfat edib. Vüsal 14 dekabr 1986-cı il tarixdə Quba rayonu, Zərqava kəndində doğulub, 26 oktyabr 1997-ci ildə vəfat edib. X3, Ərizəçidır. X1 qəbrstanlığında dəfn olunub. Məhkəmədə iştirak edən zaman şahid X9 bildirdi ki, Ərizəçi onun yoldaşıdır, rəsmi nikahla ailə qurublar, əvvəldən üç övladı olub, onlardan ikisi rəhmətə gedib, sonradan iki övladı da doğulub. Ümumi beş övladı olub. Oğlu Diyarov Vüsal 14 dekabr 1986-cı il tarixdə Quba rayonu, Zərqava kəndində doğulub, Zərqava kənd orta məktəbində təhsil alıb, 26 oktyabr 1997-ci ildə vəfat edib, Zərqava kənd qəbrstanlığında dəfn olunub. Məhkəmədə iştirak edən zaman şahid X7 bildirdi ki, Ərizəçi ilə qohumluq əlaqələri var, üç övladı var. Əvvəldən iki övladı rəhmətə gedib, Zərqava kənd qəbrstanlığında dəfn olunublar. Yaslarında iştirak ediblər. Məhkəmədə iştirak edən zaman şahid X13 bildirdi ki, Ərizəçi onun bacısıdı, O, X9 ilə rəsmi evənib, ailə qurub. Onların iki övladı Rafiz və Vüsal Zərqava kənd orta məktəbində təhsil alıblar, Zərqava kəndində vəfat ediblər. Vüsalın doğum tarixini dəqiq bilməsə də, o 1997-ci ildə vəfat edib, Zərqava kənd qəbrstanlığında dəfn olunub. Yas mərasimlərində yaxından iştirak ediblər. Məhkəmə Ərizəçi, onun nümyəndəsi və vəkili X18 və şahid X14 dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs 17.02.2021-ci il tarixli, 58 nömrəli məlumatından məlum olur ki, X11 barəsində Maraqlı şəxs doğum haqqında akt qeydi kitabında akt qeydi aşkar olunmamışdı. İş materiallarında olan Maraqlı şəxs 07.08.2020-ci il tarixli məktubundan məlum olur ki, X11 26 oktyabr 1997-ci ildə Xaçmaz şəhərində vəfat etmiş, bu barədə 13.01.1998-ci ildə 02 nömrə ilə qeyd edilmişdir. Quba RİHB-nın Zərqava İƏD-si üzrə nümayəndəliyinin 22.09.2020-ci il tarixli, 372 nömrəli aryışından görünür ki, X111986-cı ildən Quba rayonu, Zərqava kəndində yaşamış, Zərqava kənd orta məktəbində təhsil almış, 1997-ci ildə vəfat etmişdir. İş materiallarında olan Ceyran Bayramova adına Zərqava kənd orta məktəbinin 01.03.2021-ci il tarixli, 44 nömrəli arayışdan məlum olur ki, X11 1992-ci ildən məktəbin birinci sinifinə daxil olmuş, 1997-ci ildə vəfat etdiyindən təhsili yarımçıq qalmış və məktəbin 27.10.1997-ci il tarixli 4 nömrəli əmri ilə şagird kontingentindən çıxarılmışdır. İş materiallarında olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Quba şəhəri məhəllə 31 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE 16042131 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 rayonu Zərqava kəndində qeydiyyatdadır İş materiallarında olan Maraqlı şəxs Ərizəçi ünvanladığı 17.02.2021-ci il tarixli, 05/Q-79 nömrəli məktubundan görünür ki, X6 doğulmasına dair heç bir sənəd təqdim edə bilmədiyi üçün doğum faktının müəyyən edilməsi və yaxud bərpası ilə əlaqədar məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Beləliklə məhkəmədə müəyyən edildi ki, X11 14 dekabr 1986-cı il tarixdə Quba rayonu, Zərqava kəndində doğulub, 26 oktyabr 1997-ci ildə vəfat edib və həmin kəndin qəbrstanlığında dəfn edilib. Vüsal, X9 ilə Ərizəçi birgə nikahından doğulub. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ərizə əsaslı olduğu üçün təmin edilməli, X9 ilə Ərizəçi birgə nikahından doğulmuş X6 14 dekabr 1996-cı il tarixdə Quba rayonu, Zərqava kəndində doğulması faktı müəyyən edilməli, X8 doğum haqqında şəhadətnamə verilərkən atası qrafasında “ X9” anası qrafasında “Ərizəçi” qeyd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. X6 14 dekabr 1986-cı il tarixdə Quba rayonu, Zərqava kəndində doğulması faktı müəyyən edilsin. X8 doğum haqqında şəhadətnamə verilərkən atası qrafasında “X9” anası qrafasında “Ərizəçi” qeyd olunsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar