Məhkəmə qərarları › İş №2(027)-843/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-843/2023

12.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-843/2023 12.06.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “zaminlik müqaviləsinə əsasən borclunun əvəzinə ödənilmiş pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" BOKT QSC-i ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq "xxxx" BOKT QSC-i ilə o, İddiaçı və X1 arasında bağlanmış 10 iyun 2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən ondan tutulmuş 1057 manat məbləğində pul vəsaitinin və ödənilmiş 32 manat dövlət rüsumunun Cavabdeh tutulub ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh onun tanışıdır. O, Quba rayonu Atuc kəndində yerləşən N saylı Hərbi hissədə hərbiçi idi. 2015-ci ilin iyun ayında cavabdeh onun təcili pula ehtiyacı olduğunu və bunun üçün də, bankdan kredit almaq istədiyini bildirərək ondan onun bankdan kredit alması üçün zamin durmağını xahiş etdi. Cavabdeh götürəcəyi krediti özünün iş yeri olduğunu üçün vaxtı-vaxtında ödəyəcəyini bildirdi. O da, uzun müddət Cavabdeh tanıdığından və aralarında inam və etibar olduğundan onun bankdan kredit alması üçün zamin durmağa razılaşmışdır. Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" BOKT QSC-dən illik 31%-lə, 18 ay müddətinə 4000 manat kredit götürdü. Borcun təminatı olaraq onunla və digər zamin X1 ilə "xxxx" BOKT QSC-i arasında xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanılmışdır. Cavabdeh kredit götürdükdən sonra kredit müqaviləsinə əsasən hər ay ödəməli olduğu kredit borcunu vaxtlı-vaxtında ödəməmiş, bu səbəbdən də "xxxx" BOKT QSC-i məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh, X1 və ondan müştərək qaydada "xxxx" BOKT QSC-nin xeyrinə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 2596,08 manat əsas borc, 426,95 manat faiz borcu, 522,44 manat cərimə borcu olmaqla, cəmi 3545,47 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Quba rayon məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh. X1 və mən-İddiaçı müştərək qaydada "xxxx" BOKT QSC-nin xeyrinə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 2596,08 manat əsas borc, 426,95 manat faiz borcu, 10 manat cərimə borcu olmaqla, cəmi 3033,03 manat borcun alınaraq “KredAqro" BOK QSC-nin xeyrinə ödənilməsi qət edilmiş və "xxxx" BOKT QSC-i ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi ləğv edilmişdir. Bundan sonra məhkəmə qətnaməsinin icrası təmin olunmuş, kredit borcunun tutulması onun əmək haqqına yönəldilərək, 2021-ci ilin iyul ayından 2022-ci ilin mart ayı da daxil olmaqla, hər ay əmək haqqından tutularaq cəmi 1057 manat "xxxx" BOKT QSC-nin hesabına köçürülmüşdür. (AR ƏƏSMN Dayanıqlı və Operativ Sosial Təminat X3 Mərkəzinin xx.xx.2022-ci il tarixli, **********8 saylı arayışı). Hansı ki, Cavabdeh rəsmi iş yeri mövcuddur və hər ay əmək haqqı alır. Dəfələrlə cavabdehə ondan əsassız olaraq tutulmuş 1057 manat məbləğində pul vəsaitini tələb etsə də, cavabdeh həmin pul vəsaitini ona ödəməkdən imtina etmişdir. Əvvəlki məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan DOST İŞ Mərkəzinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı əmək haqqından 2021-ci ilin iyul ayından 2022-ci ilin mart ayına qədər ümumilikdə 1057 manat məbləğində pul tutulmuşdur. İş materiallarında olan Quba rayon Məhkəməsinin 2(027)-238/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, cavabdehlər Cavabdeh, X1 və İddiaçı müştərək qaydada 2596,08 manat əsas borc, 426,95 manat faiz borcu, 10 manat cərimə borcu olmaqla, cəmi 3033,03 manat alınaraq, iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Quba rayon Məhkəməsinin 2(027)- 238/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə, cavabdehlər Cavabdeh, X1 və İddiaçı müştərək qaydada 2596,08 manat əsas borc, 426,95 manat faiz borcu, 10 manat cərimə borcu olmaqla, cəmi 3033,03 manat alınaraq, iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. Lakin, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və cavabdehin icra etmədiyi öhdəlik nəticəsində yaranmış borc iddiaçının əmək haqqına yönəldirilmişdir. İş materillarında olan hesabdan çıxarışla iddiaçıdan bankın xeyrinə zaminlik müqaviləsi üzrə ümumilikdə 1057 manat məbləğində borcun tutulması tam olaraq sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Cavabdeh İddiaçı 1057 manat məbləğində borclu olması iş materialları ilə öz təsdiqini tapdığından, iddia tələbi əsaslıdır və qismən təmin edilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 32 manat dövlət rüsumu MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1057 manat məbləğində pul alınaraq, İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş 32 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar