Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-846/2021 20.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi atalıq faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixdə ölmüş X8 xx.xx.1963-cü il tarixdə anadan olmuş Ərizəçi atası olması hüququ faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X6 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Atasının ölümündən sonra miras qalmış ev avadanlıqlarını, torpağı və evi vərəsə kimi faktiki olaraq qəbul etmişdir. Mülki qanunvericiliyə görə miras qoyanın ölümündən sonra vərəsə 3 ay müddətində notariusa müraciət etməlidir. Lakin onun doğum haqqında şəhadətnaməsinədə ata qrafasında adı yazılmadığı üçün notarius onu vərəsə kimi qəbul etmir. Buna görə də məhkəməyə müraciət etmişdir. O, Ərizəçi xx.xx.1963-cü ildə Quba rayonu, Yenikənd kəndində anadan olmuşdur. O, anadan olan vaxt X6 ilə anası X20 arasında qanuni nikah olmadığı üçün ona məxsus doğum haqqında şəhadətnamənin ata qarafasında atasının şəxsiyyəti göstərilməmişdir. X6 ilə anası Vəliyeva Xanım Atabba qızı arasında qanuni nikah xx.xx.1965-ci iləd qeydiyyata alınmışdır. Onun həqiqətən X8 oğlu olmasını şahidlər Habil Hüseynov, X9 və X21 təsdiq edə bilərlər. Şahidlərin hər üçü Quba rayonunun Yenikənd kəndində yaşayır. Atasının ölüm haqqında şəhadətnaməsində adı Mövlan göstərildiyi halda, onun doğum haqqında şəhadətnaməsində atasının adı Mövlan əvəzinə Mövlam göstərilmişdir. Quba RİHB-nın Tüləkəran kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışda göstərilir ki, X14 ilə X15 eyni şəxsdir və Ərizəçi həqiqətətn X8 oğludur. Göstərilənlərə əsasən ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxs Quba Regioanl “ASAN xidmət” X7 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə hazırki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Quba RİHB-nın Tüləkəran kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2021-ci il tarixli, 97 №-li arayışından görünür ki, X1 qeydiyyatdadır, hal-hazırda həmin kənddə yaşayır. İş materiallarında olan Quba RİHB-nın Tüləkəran kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2021-ci il tarixli, 102 №-li arayışından görünür ki, Mirzəyev Mövlan Mövlud oğlu Ərizəçi doğma atasıdır. Həqiqətən X15 ilə Mirzəyev Mövlan Mövlud oğlu eyni adamdır. İş materiallarında olan xx xxxxx 1964-cü il tarixli, A3 seriyalı 705354 №-li doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. Həmin şəhadətnamənin anası qrafasında X16 yazılmış, «atası» qrafası isə boş saxlanılmışdır. İş materiallarında olan İ-İE seriyalı 505159 nömrəli evlənmək haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Mirzəyev Mövlan Mövlud oğlu ilə X20 xx.xx.1965-ci ildə rəsmi nikaha daxil olmuşlar və bu barədə 38 nömrəli akt tərtib olunmuşdur. İş materiallarında olan xx.xx.2013-cü il tarixdə verilmiş AZE seriyalı ******** №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, ərizəçinin adı, soyadı atasının adı Ərizəçidur. İş materiallarında olan xx.xx.2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 135404 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2005-ci il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 122778 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, X25 həmkəndlisidir, həm də, eyni məkətbdə işləyirlər. Onun X6 xx xxxxxxxx 2020-ci il tarixdə vəfat etmiş və vəfat edənə kimi Alik atası ilə bir evə yaşamışdır. Atasının ölümündən sonra miras qalmış bütün əmlakı vərəsə kimi faktiki olaraq qəbul etmişdir. X18 həqiqətən ərizəçi Alik Mirəzyevin atasıdır. X15 ilə X8 eyni şəxs olmasını təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 və X10 ifadələrində X12 həmkəndlisi olduqlarını, onun X6nun xx xxxxxxxx 2020-ci il tarixdə vəfat etməsini və vəfat edənə kimi Alikin atası ilə bir evə yaşamasını, atasının ölümündən sonra miras qalmış bütün əmlakı vərəsə kimi faktiki olaraq qəbul etdiyini, X18 həqiqətən ərizəçi Alik Mirəzyevin atası olmasını, X15 ilə Mirzəyev Mövlan Mövlud oğlunun eyni şəxs olmasını göstərmişlər. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, xx.xx.2020-ci ildə vəfat etmiş X8 Ərizəçi atası olması faktının etiraf edilməsi, ərizəçinin bu faktı təsdiq edən sənədi başqa qaydada ala bilməməsi və bu faktın ərizəçiyə valideynlərindən miras qalmış əmlakla əlaqədar vərəsəlik hüquqlarını həyata keçirmək üçün lazım olması sübuta yetirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə görə uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinə görə uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 307.2.10-cu maddəsinə əsasən atalığın etiraf olunması faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iş üzrə müəyyən olunmuş faktiki hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı və xx.xx.2020-ci il tarixdə ölmüş X8 xx.xx.1963-cü il tarixdə anadan olmuş Ərizəçi atası olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin olunsun. xx.xx.2020-ci il tarixdə ölmüş X8 xx.xx.1963-cü il tarixdə anadan olmuş Ərizəçi atası olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-846/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-846/2021
20.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver