Məhkəmə qərarları › İş №2(027)-85/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-85/2020

26.10.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-85/2020 26.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X20 oğlunun katibliyi, İddaçı İddiaçı Şıxmurad oğlunun, Cavabdeh X3 və onun etibarnamə üzrə nümayəndəsi vəkil X11 iştirakı ilə, İddiaçı Şıxmurad oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyətin geriqanuni sahiblikdən geri alınması, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Şıxmurad oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən, xüsusi mülkiyyətinidə olan 0,69639 ha torpaq sahəsində yerləşən 1304,5 kv.metr sahədən ibarət əmlak kompleksi kimi müəssisənin 2016-cı ilin noyabr ayında ƏMDK-nin 13 saylı Ərazi Şöbəsinin əməkdaşları tərəfindən tərtib olunmuş “xxxxxxx” MMC-nin əsas vəsaitlərinin inventarlaşdırılması aktında göstərilən əsas vəsaitlərlə birlikdə cavabdehlər X1 və Cavabdeh2 qeyri-qanuni sahibliyindən ona qaytarılması, cavabdehlər tərəfindən ona vurulmuş 50.000 (əlli min) manat ziyanın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi, Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən, xüsusi mülkiyyətində olan 0,69639 ha torpaq sahəsində yerləşən 1304,5 kv.metr sahədən ibarət əmlak kompleksi kimi müəssisənin ona təhvil veriləcəyi tarixə qədər hər ay 10.000 (on min) manat cavabdehlər tərəf ona vurulmuş ziyanın müştərək qaydada ödənilməsi öhdəliyinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə qoyulması, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş 30.000 (otuz min) manat dəyərində mənəvi ziyanın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi və tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər FətəliyevMehrəli Niftəli oğlundan və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini, AR MPM-nin 265.4-cü maddəsinə əsaslanmaqla, Cavabdeh1 və Cavabdeh2 hərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli olduğundan, barələrində cinayət işinin başlanması üçün xüsusi qərardad çıxarılaraq prokurorluq orqanlarına göndərilməsini xahiş etmişdir. İddiaçı Şıxmurad oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, Ona, Quba rayonunun 2-ci Nügədi kəndində xx.xx.2017-ci il tarixli, RX seriyalı, ******* saylı Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən, xüsusi mülkiyyətində olan 0,69639 hektar torpaq sahəsində yerləşən 1304,5 kv.metr sahədən ibarət əmlak kompleksi kimi müəssisə xüsusi mülkiyyət hüququ əsasında məxsusdur. Lakin, göstərilən daşınmaz əmlakı aldığı 2017-ci ildən etibarən bu günə qədər o, əmlakından istifadə edə bilmir. Çünki, həmin daşınmaz əmlak cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qeyri-qanuni olaraq zəbt edilmiş və onlar oradan qeyri-qanuni olaraq istifadə edərək, əmlak kompleksinə aid olan avadanlıqları talayaraq, satmaqla məşğuldurlar. Cavabdehlərin qeyri-qanuni istifadə etdikləri daşınmaz əmlak tam şəkildə ona məxsusdur. Cavabdeh1 və Cavabdeh2 ona məxsus əmlakı zəbt edərək, talayarkən onlara tərəfindən gördükləri işlərin qanunsuz olması, həmin əmlakın hamısının ona məxsus olduğunu şifahi xəbərdarlıq edərək, bildirməyinə baxmayaraq, cavabdehlər onun xüsusi mülkiyyətində olan daşınmaz əmlakı zəbt etməkdə və oranı talamaqda davam edirlər. Əmlak kompleksini o, dövlət xətti ilə özəlləşdirdiyindən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yerli strukturlarının rəhbərləri də dəfələrlə cavabdehə daşınmaz əmlakı boşaltmalı olmaları barədə xəbərdarlıq etsələr də, bunun daheç bir nəticəsi olmamışdır. Cavabdeh1 və Cavabdeh2 ona məxsus olan mülkiyyəti zəbt etməkdə davam edirlər. Yaşadığı 2-ci Nügədi kəndində əvvəllər ƏMDK sərəncamında olmuş, özəlləşdirilmək üçün ƏMDK tərəfindən hərraca çıxarılmış “xxxxxxx” MMC-nin 6963,9 kv.metr torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 1304,5 kv.m sahədən ibarət əmlak kompleksi kimi müəssisəni satın almışdır. Həmin ərazidə sovet dövründə püre zavodu yerləşmiş və ərazidə başqa yardımçı binalar, “Ford CARGO” maşını, “QAZ” markalı avtomaşın, 1 ədəd traktor və su çənləri də müəssisəyə məxsus olmaqla, hərracdan əvvəldə orada idi. Sonradan o, həmin müəssisənin hərraca çıxarılmasını eşitmiş, “Mülkiyyət” qəzetində bununla bağlı elanın çap olunmasını görmüş və hərracda alıcı kimi iştirak etmişdir. Hərracın nəticələrinə əsasən əmlakın hərracdan satılması barədə protokol tərtib olunmaqla protokol hərrac komissiyasının üzvləri tərəfindən imzalanaraq, təsdiq olunmuşdur. Hərracın nəticələrinə görə göstərilən daşınmaz əmlak üçün o, dövlətə 100.000 manat pul ödəmişdir. Bununla bağlı ƏMDKnin 13 saylı Ərazi Şöbəsinin əməkdaşları tərəfindən akt tərtib olunaraq müəssisənin möhürü və ştampı da ona təhvil verilmişdir. Əmlak Mehrəli və Arif tərəfindən zəbt olunduqdan sonra ƏMDKnin 13 saylı Şöbəsinin əməkdaşları xx.xx.2018-ci ildə onunla birlikdə müəssisəyə gələrək, onlara əmlakı zəbt etməyə son qoymaq barədə xəbərdarlıq etdilər. Lakin, Mehrəli inzibati otaqda onu təhqir edərək, hamının gözünün qabağında onun qapıya vurduğu qıfılı nümayişkaranə çəkiclə masanın üstündə vuraraq, qırmışdır. Göstərilən daşınmaz əmlak 2016-cı ilin noyabr ayında ƏMDK-nin 13 saylı Ərazi Şöbəsinin əməkdaşları tərəfindən tərtib olunmuş “xxxxxxx” MMC-nin vəsaitlərinin inventarlaşdırılması aktında göstərilən əsas vəsaitlərlə birlikdə cavabdehlərin qanunsuz sahibliyindən alınaraq, ona təhvil verilməlidir. Onun dövlətdən aldığı əmlak kompleksi meyvə şirəsi istehsalı sexidir. Sex 2017-ci ilin dekabr ayında ona təhvil verilməli idi və o, oranı 2018-ci ilin yanvar ayından işə salmalı idi. O, sexi işlədərək, hər ay 10.000 (on min) manat gəlir götürməyi planlaşdırmışdı. Bu səbəbdən hal-hazıra qədər ayda 10.000 manat olmaqla 50.000 manat ona vurulmuş ziyan cavabdehdən tutulmalıdır, həmçinin obyekt ona təhvil veriləcəyi tarixə qədər hər ay 10.000 manatın ödənilməsi öhdəliyi də cavabdehin üzərinə qoyulmalıdır. Cavabdehin ona atdığı böhtanlar nəticəsində o, psixi gərginliklər keçirmiş və keçirirməkdə davam edir. Bu hal Quba rayon Polis Şöbəsinin Cinayət işinin başlamlmasının rədd edilməsi barədə xx.xx.2018-ci il tarixli qərarla da təsdiq olunur. Bu səbəblərdən ona dəymiş mənəvi ziyanı 30.000 (otuz min) manat dəyərində qiymətləndirir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş 30.000 (otuz min) manat dəyərində mənəvi ziyanın cavabdehdən tutulması barədə müddəanın da qətnaməyə daxil edilməsini xahiş edir. İddiaçı Şıxmurad oğlu məhkəmə iclasında tələbinə uyğun izahat verərək, iddianı müdafiə edib, təmin olunmasını xahiş etmişdir. Cavabdeh X3 və onun etibarnamə üzrə nümayəndəsi vəkil X23 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsələr də, digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Buna görə də məhkəmə, işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı, xx.xx.2017-ci il qeydiyyat tarixli Çıxarışın surətindən görünür ki, Quba rayonu, İİ Nügədi kəndində 0,69639 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 1304,5 kv.m olan əmlak kompleksi kimi müəssisə İddiaçı Şıxmurad oğluna məxsusdur. İş materiallarına əlavə olunmuş “xxxxxxx” MMC-nin əsas vəsaitlərinin inventarlaşdırılması aktından görünür ki, “xxxxxxx” MMC-nin daimi fəaliyyətdə olan inventarlaşdırma komissiyasının sədri Cəfərov Aydın Ömər oğlu, ƏMDK-nin 13 saylı Ərazi Şöbəsinin baş məsləhətçisi X2, məsləhətçi X8 iştirakı tərtib etdikləri həmin akt ondan ötrü ki, MMC-nin xx.xx.2016-ci il tarixli 03 saylı əmrinə əsasən xx.xx.2016-cı il tarixdən xx.xx.2016-ci il tarixinə kimi MMC-nin əsas vəsaitlərinin inventarlaşdırılmasını aparmışlar. Əsas vəsaitlərin inventarlaşdırılması zamanı “xxxxxxx” MMC yarandıqdan sonra təhvil-təslim işləri aparılan zaman 10 ədəd 9015,5 manat dəyərindən çənin olmadığı müəyyən edilmiş və “xxxxxxx” MMC-nin balansında olmayan istismara yarasız 3 ədəd yük avtomaşını, qismən yararlı 1 ədəd T25 traktoru, yararsız 100 ədəd taxta yeşik, yarasız 1 ədəd elektrodivijok, yarasız bir ədəd mühərrik aşkar edilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş tapşırıqlarından görünür ki, Orucov X16 Məsələləri Dövlət Komitəsinin hesabına müxtəlif vaxtlarda ümumilikdə 100.000 manat məbləğində pul ödəmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2017-ci il tarixli hərrac protokolundan görünür ki, Orucov X19 rayonu, İİ Nügədi kəndində 0,69639 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 1304,5 kv.m olan “xxxxxxx” MMC-ni 100.000 manata satın almışdır. İş materillarında olan Quba rayon Məhkəməsinin 2(027)-914/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindəngörünür ki, həmin qətnamə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən keçirilmiş xx xxxxx 2017-ci il tarixli 05 nömrəli hərracın nəticələri və həmin hərracın nəticəsində X17 ilə X13 arasında bağlanılmış xx xxxxx 2017-ci il tarixli 3350 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilərək, xx xxxxx 2017-ci il tarixli 3350 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında İddiaçı Şıxmurad oğlunun adına rəsmiləşdirilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış ləğv edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3450/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Quba rayon Məhkəməsinin 2(027)-914/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi qismən - “qeyri-yaşayış obyektinə dair hərracın və onun əsasında verilmiş bütün hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi” hissəsində ləğv edilərək, həmin hissədə iddia təmin edilməmiş və qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2211/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə, iddiaçılar X9, Cavabdeh1, X5, Cavabdeh2, X4, Şərifova Göyçək oruc qızı, X12, X6, X15 və Bayramov Elmar Sadıq oğlunun kassasiya şikayəti təmin edilməyərək, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3450/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2004-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə görə mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında belə bir hüquqi mövqe ifadə edilmişdir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayəti ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2004-cü il tarixli qərarında göstərilir ki, hüququn dövlət qeydiyyatına alınmasına qədər şəxs ona verilən əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Bu isə daşınmaz əşyanın əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin tələbinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Belə ki, iddiaçı ona dəymiş maddi ziyan kimi 50.000 manat məbləğində pulun və müəssənin ona veriləcəyi tarixədək hər ay 10.000 manat məbləğində əldən çıxmış gəlir kimi ziyanı cavabdehlərdən tələb etsədə, o, qeyd edilən dəlillərlə bağlı məhkəməyə hər-hansı bir sübut təqdim etməmişdir. Ona görə də, iddia həmin hissədə təmin edilməməlidir. Bundan başqa «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və X25 Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və X25 Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Qeyd edilən Qərarın 8ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınladırmağa borcludur. Belə ki, işin faktiki hallarından görünür ki, iddiaçının mənəvi sarsıntı keçirməsi, stresləri, əzab və əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etsə də, məhkəməyə bununla bağlı hər-hansı sübut təqdim etməmişdir. Ona görə də, iddia həmin hissə də, təmin edilməməlidir. Beləliklə, Məhkəmə araşdırması zamanı sübut edilmişdir ki,Quba rayon Məhkəməsinin 2(027)-914/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən keçirilmiş xx xxxxx 2017-ci il tarixli 05 nömrəli hərracın nəticələri və həmin hərracın nəticəsində X17 ilə X13 arasında bağlanılmış xx xxxxx 2017-ci il tarixli 3350 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilərək, xx xxxxx 2017-ci il tarixli 3350 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında İddiaçı Şıxmurad oğlunun adına rəsmiləşdirilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış ləğv edilsə də, həmin mülki iş üzrə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti əsasında Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3450/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Quba rayon Məhkəməsinin 2(027)-914/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi qismən - “qeyri-yaşayış obyektinə dair hərracın və onun əsasında verilmiş bütün hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi” hissəsində ləğv edilmişdir. Həmçinin, həmin mülki iş üzrə iddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2211/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə, iddiaçılar X9, Cavabdeh1, X5, Cavabdeh2, X4, Şərifova Göyçək oruc qızı, X12, X6, X15 və Bayramov Elmar Sadıq oğlunun kassasiya şikayəti təmin edilməmiş və iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3450/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı, xx.xx.2017-ci il qeydiyyat tarixli Çıxarışına əsasən Quba rayonu, İİ Nügədi kəndində 0,69639 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 1304,5 kv.m olan əmlak kompleksi kimi müəssisə İddiaçı Şıxmurad oğlunun mülkiyyətinə qeydiyyata alınmışdır. Lakin, cavabdehlər hərrac yolu ilə satılmış əmlak kompleksini qanunsuz olaraq, heç bir məhkəmə qərarı və qanunla müəyyən olunmuş sənəd olmadan zəbt etmiş iddiaçıya məxsus əmlak kompleksindən istifadəsinə qanunsuz olaraq icazə verməmişlər. Belə olan halda, iddiaçının qanunla qorunan mülkiyyət hüquqları cavabdehlər tərəfindən kobud şəkildə pozulmuşdur.Bununla da, iddiaçıya məxsus Quba rayonu, İİ Nügədi kəndində 0,69639 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 1304,5 kv.m olan əmlak kompleksinin cavabdehlər tərəfindən qanunsuz olaraq zəbt edilməsi tam olaraq sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2İddiaçı Şıxmurad oğlunun mülkiyyətində olan Quba rayonu, İİ Nügədi kəndində 0,69639 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 1304,5 kv.m olan əmlak kompleksinin istifadə etməsinə maneə olması iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri ilə tanınan və qorunan mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməli, iddiaçının pozulmuş hüquqlarının bərpası üçün iddia həmin hissədə təmin edilərək, cavabdehlər zəbt etdikləri torpaq sahəsindən və kompleksdən çıxarılmalı, zəbt olunmuş torpaq sahəsi və əmlak kompleksiƏMDK-nin 13 saylı Ərazi Şöbəsinin əməkdaşları tərəfindən tərtib olunmuş “xxxxxxx” MMC-nin əsas vəsaitlərinin inventarlaşdırılması aktında göstərilən əsas vəsaitlərlə birlikdə cavabdehlərin qanunsuz sahibliyindən geri alınaraq iddiaçıya verilməli və iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı, xx.xx.2017-ci il qeydiyyat tarixli Çıxarışa əsasən İddiaçı Şıxmurad oğlunun mülkiyyətində olan Quba rayonu, İİ Nügədi kəndində 0,69639 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 1304,5 kv.m olan əmlak kompleksi kimi müəssisətorpaq sahəsi ilə birlikdə ƏMDKnin 13 saylı Ərazi Şöbəsinin əməkdaşları tərəfindən tərtib olunmuş “xxxxxxx” MMC-nin əsas vəsaitlərinin inventarlaşdırılması aktında göstərilən əsas vəsaitlərlə birlikdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz sahibliyindən geri alınaraq iddiaçıya verilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar