Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-858/2023 20.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun Ermənistan SSR Stepanavan (Cəlaloğlu) rayonu, Kuybışev (Çubuxlu) kəndində 25 noyabr 1971-ci il tarixdə anadan olmasına dair doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi və yeni doğum haqqında şəhadətnamə verilərkən vətəndaş qrafasında Ərizəçi, doğum tarixi qrafasında 25 noyabr 1971-ci il, doğum yeri qrafasında Ermənistan Respublikası, Stepanavan (Cəlaloğlu) rayonu, Kuybışev (Çubuxlu) kəndi, atası qrafasında X2, anası qrafasında X3, milliyyəti qrafasında isə azərbaycanlı kimi qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 25 noyabr 1971-ci il tarixdə Ermənistan SSR Stepanavan (Cəlaloğlu) rayonu, Kuybışev (Çubuxlu) kəndində doğulmuşdur. Ona Ermənistan SSR Stepanavan rayon Kuybışev kənd sovetliyi tərəfindən 06 fevral 1980-ci il tarixdə, İİİ СЛ 259720 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Ermənistanda baş verən hadisələr zamanı digər ailə üzvləri ilə birlikdə öz yurdyuvasından qaçqın düşərək Quba rayonu, Alpan kəndində müvəqqəti məskunlaşmışdır. O, eyni zamanda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək Laçın rayonu uğrunda gedən döyüşlərdə başından yaralanmışdır. Qaçqın həyatı yaşamağın çətinliklərindən biri kimi şəxsiyyətini təsdiq edən sənədlərin çoxu Ermənistanda boya başa çatdığı Stepanavan (Cəlaloğlu) rayonunda qalmışdır. O özü ilə doğum haqqında şəhadətnaməmi götürsə də, doğum haqqında şəhadətnamə çətin yol şəraitində yararsız və oxunmaz vəziyyətə düşmüşdür. Hal-hazırda onun nə yararlı doğum haqqında şəhadətnaməsi, nə də şəxsiyyət vəsiqə mövcuddur. O özünə şəxsiyyət vəsiqəsi almaq istəsə də, doğum haqqında şəhadətnaməsi yarasız vəziyyətə düşdüyü və oxunmadığı üçün ona şəxsiyyət vəsiqəsi verilməmişdir. Bundan sonra o, haqqında akt qeydinin bərpa olunmaqla yeni doğum haqqında şəhadətnamə verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, müvafiq şöbənin 17 fevral 2023-cü i tarixli, 03-16-5/7-V-8-15/2023 nömrəli məktubu ilə şəxsiyyəti təsdiq edən əsas sənəd olmadığından və təqdim etdiyi doğum haqqında şəhadətnamədə pozuntular nəticəsində məlumatların oxunaqsız hala düşməsi səbəbindən doğum akt qeydinin bərpa edilərək yeni doğum haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Doğum akt qeydinin bərpa olunması və yeni doğum haqqında şəhadətnamənin verilməsi ona şəxsiyyətini təsdiq edən sənəd almaq üçün vacibdir. Bu faktı başqa qaydada təsdiq etdirə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəməyə ərizə ilə marcaiət edərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X4 bildirdi ki, Ərizəçi ilə həm Ermənistanda həm də Quba rayonu, Alpan kəndində qonşusudur. Ərizəçi həqiqətən də 25 noyabr 1971-ci il tarixdə Ermənistan SSR Stepanavan rayonu, Kuybışev kəndində doğulmasını təsdiq etdi. Məhkəmə iş üzrə Ərizəçi izahatını dinləyib, maraqlı tərəfin ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq toplanmış sübutlara qiymət verməklə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İİİ СЛ 259720 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, həmin şəhadətnamə Ermənistan SSR Stepanavan rayon, Kuybışev kənd sovetliyi tərəfindən Ermənistan SSR Stepanavan rayonu, Kuybışev kəndində 25 noyabr 1971-ci il tarixdə X2 ilə X1 birgə nikahından doğulmuş Ərizəçi verilmişdir. Həmin şəhadətnamə yararsız haldadır. İş materiallarında olan Quba RİHB-nın Alpan kənd İƏD üzrə nümayəndəsinin şahidlərin iştirakı ilə tərtib etdiyi xx.xx.2023-cü il tarixli aktdan və arayışından görünür ki, xx.xx.1971-ci il təvəllüdlü Ərizəçi hal-hazırda Quba rayonu, Alpan kəndində qeydiyyatda olmaqla yaşayır. İş materiallarında olan Maraqlı şəxs 17 fevral 2023-cü i tarixli, 03-16-5/7-V-8-15/2023 nömrəli məktubundan görünür ki, Ərizəçi şəxsiyyəti təsdiq edən əsas sənəd olmadığından və təqdim etdiyi doğum haqqında şəhadətnamədə pozuntular nəticəsində məlumatların oxunaqsız hala düşməsi səbəbindən doğum akt qeydinin bərpa edilərək yeni doğum haqqında şəhadətnamə verilməsindən imtina edilərək məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Beləliklə, iş materiallarında olan sənədlərdən göründüyü kimi, Ərizəçi həqiqətən də Ermənistan SSR Stepanavan rayonu, Kuybışev kəndində X2 ilə X1 birgə nikahından doğulmuş və ona 06 fevral 1980-ci il tarixdə İİİ СЛ 259720 nömrəli doğum haqqında şəhadətnamə verilsə də, həmin şəhadətnamə məlumatların pozulması səbəbindən oxunaqsız hala düşmüşdür. İddiaçı öz mövqeyinin hüquqi əsası kimi “Vətəndaşlıq vəziyyəti aktlarınınqeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ına istinad etmişdir. İş materiallarından görünür ki, doğum akt qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün kifayət qədər əsaslar var. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edə bilər; 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının: 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.3-cü bəndinə əsasən, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə hesab edir ki, ərizəçi hüquqlarının həyata keçirilməsi üçün lazım olan sənədlərin başqa yolla əldə edilə bilməməsini sübuta yetirə bilmişdir. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi 25 noyabr 1971-ci il tarixdə Ermənistan SSR Stepanavan (Cəlaloğlu) rayonu, Kuybışev (Çubuxlu) kəndində doğulması faktı təsdiq edilməli, Ərizəçi yeni doğum haqqında şəhadətnamə verilərkən vətəndaş qrafasında “Ərizəçi”, doğum tarixi qrafasında “25 noyabr 1971-ci il”, doğum yeri qrafasında “Ermənistan Respublikası, Stepanavan (Cəlaloğlu) rayonu, Kuybışev (Çubuxlu) kəndi”, milliyyəti qrafasında “azərbaycanlı”, ata qrafasında “X2”, ana qrafasında “X3” göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 25 noyabr 1971-ci il tarixdə Ermənistan SSR Stepanavan (Cəlaloğlu) rayonu, Kuybışev (Çubuxlu) kəndində doğulması faktı təsdiq edilsin. Ərizəçi yeni doğum haqqında şəhadətnamə verilərkən vətəndaş qrafasında “Ərizəçi”, doğum tarixi qrafasında “25 noyabr 1971-ci il”, doğum yeri qrafasında “Ermənistan Respublikası, Stepanavan (Cəlaloğlu) rayonu, Kuybışev (Çubuxlu) kəndi”, milliyyəti qrafasında “azərbaycanlı”, ata qrafasında “X2”, ana qrafasında “X3” göstərilsin. Doğum faktının təsdiq edilməsi yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-858/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-858/2023
20.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver