Məhkəmə qərarları › İş №2(027)-86/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-86/2022

30.08.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-86/2022 30.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X12 qızının katibliyi, İddiaçı-nin nümayəndəsi və vəkili X4 və nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh - Cavabdeh tərəfindən zəbt edilmiş, Quba rayonunun Dağlı kəndi ərazisində yerləşən, iddaçı - İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus 0,08 hektar torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının bərpa edilməsinə, cavabdehin həmin torpaq sahəsindən çıxarılmasına, cavabdeh tərəfindən torpaq sahəsinə gedən yolun buraxılmasına, torpaq sahəsinə və yola çəkilmiş hasarın onun hesabına sökülməsinə və məhkəmədə iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu pulunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı - İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti X5 mülkiyyətində olmuş, Quba rayonu, Dağlı kəndi ərazisində yerləşən 0,08 hektar torpaq sahəsi üzrə “X8” tərəfindən 21 fevral 2019-cu il tarixində keçirilmiş hərracın qalibi olmuş, 27 fevral 2019-cu il tarixində də “X8” ilə İddiaçı arasında “Hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə” müqavilə bağlanmış və torpaq sahəsi İddiaçı-nin mülkiyyətinə keçmişdir. Daha sonra İddiaçı tərəfindən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması üçün DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edilmiş, lakin, torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının MMC-nin adına dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş **********83 nömrəli olan xx.xx.2020-ci il tarixli məktubda imtinanın səbəbləri kimi torpaq sahəsi üzrə qonşu ilə mübahisənin mövcud olması, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət edilmiş torpaq sahəsinin hasara alınması, torpaq sahəsinə yolun olmaması göstərilmişdir. 5 saylı Xaçmaz Ərazi İdarəsininin Quba rayon şöbəsi və Dağlı bələdiyyəsindən verilən məlumata görə torpaq sahəsi və ora gedən yol Cavabdeh tərəfindən 2018-ci ildə, özünə məxsus torpaq sahəsi ilə birlikdə, hasara alınaraq zəbt edilmişdir. Zəbt edilmiş torpaq sahəsinin buraxılması ilə əlaqədar H. Əliyevə müraciət ediləndə o, bildirmişdir ki, torpaq sahəsi onun torpaq sahəsi ilə bitişikdir, torpaq sahəsi ona məxsus deyildir, torpaq sahəsini, başqa şəxslərin ora daxil olmaması üçün, hasara almışdır. Nə vaxt istəsələr DƏDRX-nin mütəxəssisləri torpaq sahəsi üzərində İddiaçı-nin hüquqlarının dövlət qeydiyyatına alınması məqsədi ilə zəruri hərəkətlərin edilməsi üçün torpaq sahəsinə daxil ola bilərlər və buna onun tərəfindən heç bir maneçilik törədilməyəcəkdir. Buna baxmayaraq daha sonra cavabdeh H. Əliyev DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsininin əməkdaşlarının torpaq sahəsinə buraxmasına dair akta imza etməkdən və İdarənin mütəxəssislərini torpaq sahəsinə buraxmaqdan imtina etmişdir. DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsininin Quba rayon şöbəsindən bizə verilən məlumata görə cavabdeh N. Əliyev tərəfindən Səfərəliyev İlqarın mülkiyyətində olmuş, hal hazırda İddiaçı-yə məxsus torpaq sahəsində yaşayış evi inşa edilmişdir. Torpaq sahəsi, yuxarıda qeyd edildiyi kimi, iddiaçının mülkiyyətinə keçənə kimi İ. Səfərəliyevin mülkiyyətidə olmuş və ona xx.xx.2013-cü il tarixli seriya RX ******* nömrəli Çıxarış verilmişdi. Cavabdeh tərəfindən iddiaçının Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş hüquqları pozulmuşdur. H. Əliyev qanuni əsas olmadan, yəni zəbt etməklə, iddiaçıya məxsus olan torpaq sahəsini və ora gedən yolu zəbt edərək həmin əmlaka yiyələnmişdir. İddia ərizəsində qeyd edilən hallar ona əlavə edilmiş sənədlərlə təsdiq olunur. İddiaçı-nin nümayəndəsi məhkəmə iclasında izahat verərək, iddianı müdafiə edərək təmin ediməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh məhkəmə iclasında izahat verərək, iddia tələbini qəbul etmədiyini, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlara əsaslandırır. Belə ki, iş materiallarında olan hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, X6 məxsus Quba rayonu, Dağlı kəndind yerləşən 0.08 ha torpaq sahəsi 1440 manata "xxxx" MMC-yə satılmışdır. İş materiallarında olan DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, torpaq sahəsi üzərində qonşu ilə mübahisə mövcuddur. Belə ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət edilmiş torpaq sahəsi hasara alınıb və həmin torpaq sahəsinə yol yoxdur. Bu, səbəbdən də, torpaq sahəsinin texniki göstəricilərini əks etdirən torpaq sahəsinin planı və ölçüsünün və dövlət reyestrindən çıxarışın hazırlanması mümkün olmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənizin icrasından imtina olunmuşdur. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDRX-nin RX seriyalı, ******* saylı, xx.xx.2013-cü il qeydiyyat tarixli Çıxarışın surətindən görünür ki, Quba rayonu, Dağlı kəndində yerləşən 0,08 ha torpaq sahəsi X5 mülkiyyətindədir. İş materiallarında olan Torpağın Mülkiyyətə Verilməsinə dair JN-824F, KOD30318068 Şəhadətnamədən görünür ki, Quba rayonu, Dağlı kəndində yerləşən 0.22 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Quba rayonu, Dağlı kəndində yerləşən torpaq sahəsinin koordinatları məlum olmadığı üçün torpaq sahəsinə dair baza və arxiv məlumatlarının məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, tikinti-texniki ekspertiza işlərinin aparılması üçün iddiaçı və cavabdeh ilə əlaqə saxlanılmış və tərəflərin iştirakı ilə mübahisələndirilən torpaq sahəsinə baxış keçirilmişdir. İddiaçı-nin nümayəndəsi Nümayəndə məxsus olan və X5 mülkiyyətinə verilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti, Hüquqların Dövlət qeydiyyatı haqqmda daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* nömrəli, xx.xx.2013-cül il tarixli Çıxarış və Cavabdeh məxsus Torpağın mülkiyyətə verilməsinə dair J№ 824F seriyalı, J№ 547F Seriyalı 30318068 kodlu Şəhadətnamələrdə torpaq sahələrinin əsas döngə nöqtələrinin koordinatları göstərilmədiyi üçün qərardadın icrası mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci bəndində göstərilir ki, Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin maddənin 3-cü bəndinə görə Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Şərh olunan maddənin mənasına görə, torpaq sahəsinin zəbt edilməsi dedikdə, torpaq sahəsinə hüquqların yaranması üçün Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsində sadalanan əsasların olmaması başa düşülür. Torpaq Məcəlləsinin qeyd olunan 55-ci maddəsində göstərilir ki, Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Azərbaycan Respublikası Mülkli Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülkli Məcəlləsinin 157.2-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülkli Məcəlləsinin 157.4-cü maddəsinə əsasən Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin presedentlərinə görə (Sporronq və Lonnrot İsveçə qarşı, X10rşı, Vinterverp Niderlanda qarşı, Latridis Yunanıstana qarşı, X7rşı və s.) Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi ilə təmin edilən mülkiyyət hüququnun pozulub-pozulmadığı məsələsinə baxılarkən aşağıdakı məsələlər araşdırılmalıdır:1) İş üzrə araşdırılan hüquq 1-ci maddənin mənası baxımından mülkiyyət hüququ və ya əmlaka sahiblik hüququ sayıla bilərmi?; 2) Əmlaka sahiblik hüququna müdaxilə baş veribmi?; 3) Həmin müdaxiləyə 1-ci normada yer alan üç normadan hansının əsasında baxılmalıdır?; 4) Mülkiyyət hüququna müdaxilə cəmiyyətin maraqlarına xidmət edirmi, yəni qanuni məqsəd daşıyırmı?; 5) Müdaxilə qarşıya qoyulan məqsədə mütənasibdirmi? Yaxud başqa sözlə, həmin müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığı qoruyub saxlayırmı?; 6) Müdaxilə hüquqi müəyyənlik və ya qanunilik prinsipinin tələblərinə cavab verirmi? Avropa Məhkəməsinin «X1rşı» işi üzrə 17 noyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, «İnsan Hüquqlarının və X9 Haqqında» Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsi ilk növbədə tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanlarının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün müddəalarının tərkib hissəsidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı məhkəmədən cavabdeh - Cavabdeh tərəfindən zəbt edilmiş, Quba rayonunun Dağlı kəndi ərazisində yerləşən, iddaçı - İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus 0,08 hektar torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının bərpa edilməsi, cavabdehin həmin torpaq sahəsindən çıxarılmasını, cavabdeh tərəfindən torpaq sahəsinə gedən yolun buraxılmasını, torpaq sahəsinə və yola çəkilmiş hasarın onun hesabına sökülməsini tələb edir. Lakin, mübahisə predmetini təşkil edən Quba rayonu, Dağlı kəndində yerləşən 0.08 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi barədə iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı-nin Cavabdeh qarşı Cavabdeh tərəfindən zəbt edilmiş, Quba rayonunun Dağlı kəndi ərazisində yerləşən, iddiaçı - İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus 0,08 hektar torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının bərpa edilməsi, cavabdehin həmin torpaq sahəsindən çıxarılması, cavabdeh tərəfindən torpaq sahəsinə gedən yolun buraxılması, torpaq sahəsinə və yola çəkilmiş hasarın onun hesabına sökülməsi tələbinə dair iddiası təmin edilməməlidir. Belə ki, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Quba rayonu, Dağlı kəndində yerləşən torpaq sahəsinin koordinatları məlum olmadığı üçün torpaq sahəsinə dair baza və arxiv məlumatlarının məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Fame Pro” MMC-nin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, tikinti-texniki ekspertiza işlərinin aparılması üçün iddiaçı və cavabdeh ilə əlaqə saxlanılmış və tərəflərin iştirakı ilə mübahisələndirilən torpaq sahəsinə baxış keçirilmişdir. İddiaçı-nin nümayəndəsi Nümayəndə məxsus olan və X5 mülkiyyətinə verilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti, Hüquqların Dövlət qeydiyyatı haqqmda daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* nömrəli, xx.xx.2013-cül il tarixli Çıxarış və Cavabdeh məxsus Torpağın mülkiyyətə verilməsinə dair J№ 824F seriyalı, J№ 547F Seriyalı 30318068 kodlu Şəhadətnamələrdə torpaq sahələrinin əsas döngə nöqtələrinin koordinatları göstərilmədiyi üçün qərardadın icrası mümkün olmamışdır. Bununla da, cavabdeh tərəfindən iddiaçının Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulması halı müəyyən olunmamışdır. Məhkəmə sadalanan maddi hüquq normalarını hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, İddiaçı-nin Cavabdeh qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi” tələbinə dair iddiası əsassızdır, iş materialları ilə cavabdehin iddiaçıya məxsus torpağı zəbt etməsi və orada qanunsuz hasar quraşdırması təsdiq edilmədiyindən, iddia təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçınun Cavabdeh qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi” dair tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar