Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-863/2021 03.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X24 oğlunun katibliyi, Ərizəçi nümayəndəsi vəkil X3 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Balayeva (Rəsulova) Bahar Nürəddin qızına qarşı «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, mərhum X2na Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət - Reyestri Xidmətinin Seriya RX № ******* saylı ********** qeydiyyat nömrəli, 22.12.2017-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında Çıxarışa əsasən mülkiyyət hüququ əsasında məxsus olmaqla ondan miras qalmış Quba rayonu Alpan kəndi ərazisində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi, eləcə də, mərhum X9na JN JN:255 Kod 30306018 saylı Torpağa Mülkiyyət Hüququna X30 əsasən məxsus olmaqla ondan miras qalmış Quba rayonu Alpan kəndi ərazisində yerləşən 0,59 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzrə vərəsəliyin açılma yerinin Quba rayonu, Alpan kəndi olması və həmin mirasın onların ölümündən sonra o, Əliyeva (Rəsulova) Gülcahan Nürəddin qızının qəbul etməsi faktının təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Quba rayonu Alpan kəndi ərazisində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Seriya RX № ******* saylı ********** qeydiyyat nömrəli, 22.12.2017-ci il qeydiyyat tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında Çıxarışa əsasən mülkiyyət hüququ əsasında X2na məxsus olmaqla ondan miras qalmışdır. Eləcə də, Quba rayonu Alpan kəndi ərazisində yerləşən 0,59 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi JN:255 Kod 30306018 saylı Torpağa Mülkiyyət Hüququna X31 ilə X9na məxsus olmaqla ondan miras qalmışdır. X1 və Rəsulova (Novruzova) Bənzər Şükür qızı 12 mart 1941-ci il tarixdə nikahlarını Quba rayonu Alpan İƏD üzrə nümayəndəliyində rəsmi qeyd etdirməklə evlənib ailə qurmuşlar. Birgə nikahlarından 28 mart 1949-cü il tarixdə o, Əliyeva (Rəsulova) Gülcahan Nürəddin qızı və bacısı Balayeva (Rəsulova) Bahar Nürəddin qızı doğulmuşlar. O, 02 oktyabr 1976cı il tarixdə ailə quraraq Əliyeva soyadını qəbul etmiş və Bakı şəhərində qeydiyyatda olsa da, artıq uzun illərdir ki, Quba rayonu Alpan kəndinə yaşayır. Bacısı Bahar da, 01 yanvar 1967-ci il tarixdə ailə quraraq Balayeva soyadını qəbul etmiş və Quba rayon Alpan kəndində yaşayır. X2 16 sentyabr 1993-cü il tarixdə ölmüş, onun ölümündən sonra vərəsələri-X9, bacısı Balayeva (Rəsulova) Bahar Nürəddin qızı və o, Əliyeva (Rəsulova) Gülcahan Nürəddin qızı qalsalar da, atasından miras qalmış evi və həyətyanı torpaq sahəsini vərəsələrdən o, və anası həmin mirası fatiki idarə etməklə qəbul etmişlər. X9 18 yanvar 2001-ci il tarixdə ölmüş, onun ölümündən sonra vərəsələri bacısı Balayeva (Rəsulova) Bahar Nürəddin qızı və o, qalsalar da, atasından qalmış 0,10 ha həyətyanı torpaq sahəsi və həmin torpaq, sahəsində yerləşən yaşayış evini və anasından miras qalmış 0,59 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini və digər miras əmlakını da faktiki o, istifadə və idarə etməklə qəbul etmişdir. Valideynlərinin ölümündən sonra onlardan miras qalmış ev və torpaq sahələri üzrə bütün kommunal xərcləri, eləcə də vergi borclarını o, ödəmişdir. Həyətdə təmizlik işlərini o, gördürür. Eləcə də, anasından miras qalmış torpaq sahəsini o, baxıb becərir. Bu fakt ərizəsinə əlavə etdiyi Quba rayonu Alpan bələdiyyəsinin 20 fevral 2021-ci il tarixli 075 saylı və 20 fevral 2021-ci il tarixli 076 saylı arayışları ilə də təsdiq olunur. Atasından miras qalmış yaşayış evi saman kərpicdən tikilməklə köhnə olduğundan qar və yağış sularından yararsız hala düşmüş və təxminən iki il bundan əvvəl tədricən dağılmışdır. Digər vərəsə bacısı Balayeva (Rəsulova) Bahar Nürəddin qızı valideynlərindən qalmış miras əmlak olan həyətyanı torpaq sahəsi, eləcə də, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzrə miras əmlakını qəbul etməmiş və Notariat kontorunda ərizə verərək miras əmlakdan ona çatası hissəni qəbul etmədiyini və gələcəkdə də bu barədə hər hansı bir iddia qaldırmayacaqlarım bildirmişdir. Beləliklə də, qanunvericiliyin tələbləri üzrə valideynlərindən miras qalmış əmlak olan Quba rayonu Alpan kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsini, eləcə də Quba rayonu Alpan kəndində yerləşən 0,59 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini faktiki idarə etməklə mirası o, qəbul etmişdir. Vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Quba regional Maraqlı şəxstariat kontoruna müraciət etmişdir. Maraqlı şəxs 26 avqust 2020-ci il tarixli, 958 saylı məktubu ilə mirasın qəbulu müddətindən uzun müddət ötdüyü üçün ona həmin faktın məhkəmə qaydasında müəyyən olunması izah olunmuşdur. Məhkəmədə Ərizəçi nümayəndəsi vəkil X7 ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. Onun atası - X8, anası isə X22 olaraq qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X18 arasında 02.10.1976-cı ildə nikah bağlanmışdır. İş materiallarına əlavə olunmuş Torpağa Mülkiyyət Hüququna X31nın surətindən görünür ki, X17 Quba rayon AİK-nın 15.08.1997-ci il tarixli, 08 saylı qərarına əsasən JN:255 KOD30306018 saylı Dövlət Aktı tərtib edilərək 0.59 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X19 28.03.1949-cu il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Balayeva (Rəsulova) Bahar Nürəddin qızı ilə Z.N.Balayevlə 01.01.1967-ci il tarixdə nikah bağlamışlar. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 16.09.1993-cü il tarixdə Quba rayonu, Alpan kəndində vəfat etmişdir. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 18.01.2001-ci il tarixdə Quba rayonu, Alpan kəndində vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Quba rayon Alpan kənd İƏD üzrə nümayəndəliyinin 09.03.2011-ci il tarixli arayışından görünür ki, X22 1926-cı il tarixdən 2001-ci il tarixədək Quba rayonu Alpan kəndində yaşamışdır. 18.01.2001-ci il tarixdə vəfat etmişdir. Vəfatından sonra vərəsələri – X19 və X15 qalmışdır. İş materiallarına əlavə olunmuş Quba rayon Qeydiyyat Şöbəsinin 06.08.2020-ci il tarixli arayışından görünür ki, X8 ilə X22 arasında 12.03.1941-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarına əlavə olunmuş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Quba rayonu, Alpan kəndində yerləşən 0,10 torpaq sahəsi X5 mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş 20.02.2021-ci il tarixli Aplan Bələdiyyəsinin arayışlarından görünür ki, X16 mülkiyyətində olan 0,59 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini və X5 mülkiyyətində olan 0,10 ha həyətyanı torpaq sahəsini Ərizəçi vərəsə kimi istifadə edir və torpaq vergisi o, ödəyir. İş materiallarına əlavə olunmuş Quba Regional “ASAN XİDMƏT” Mərkəzində qeydiyyat şöbəsinin 30.11.2020-ci il tarixli, məktubundan görünür ki, Ərizəçi qanunvericilikdə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddəti buraxmış, ona sahiblik etməsi barədə sübutlar təqdim etməmişdir. Ona görə də, Ərizəçi həmin faktın müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Beləliklə, məhkəmədə müəyyən olundu ki, Quba rayon AİK-nın 15.08.1997-ci il tarixli, 08 saylı qərarına əsasən JN:255 KOD30306018 saylı Dövlət Aktı tərtib edilərək, Quba rayonu, Alpan kəndində 0.59 ha torpaq sahəsi X16 mülkiyyətinə və Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışın əsasən Quba rayonu, Alpan kəndində yerləşən 0,10 torpaq sahəsi X5 mülkiyyətinə verilmişdir Ərizəçinin X2 16.09.1993-cü il tarixdə, X9 18.01.2001-ci il tarixdə vəfat etmişlər. Ərizəçi mərhum X2ndan və X9ndan qalmış miras əmlaka dair vergiləri ödəmiş, təsərrüfatı o idarə etmişdir. Ərizəçinin bacısı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Balayeva (Rəsulova) Bahar Nürəddin qızı faktiki qəbul etməmiş və təsərrüfatı idarə etməmişdir. Həmin mirasla bağlı heç bir tələblə məhkəməyə müraciət etməmişlər. Lakin, Ərizəçi qanunu bilməməzlikdən və savadsızlıqdan atası vəə anası vəfat etdikdən sonra notariat kontorunda miras qəbul edilməsi barədə ərizə verməmişdir. X2 və X9ndan qalmış əmlakı vərəsəlik yolu qəbul etmək üçün Quba regional “ASAN xidmət” mərkəzinin notariat kontoruna müraciət etmiş, oradan mirası qəbul edilməsi barədə sübutlar təqdim edilmədiyindən və qanunla müəyyən edilmiş müddətdə buraxdığı üçün miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Qanunun 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (maddə 1243.2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsə sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, Ərizəçi göstərdiyi hallar, yəni Torpağa Mülkiyyət Hüququna dair JN:255 KOD30306018 saylı Dövlət Aktına əsasən X9ndan qalmış mirası- Quba rayonu, Alpan kəndində yerləşən 0,59 ha torpaq sahəsi və Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən X4 qalmış mirası - Quba rayonu Alpan kəndində yerləşən 0,10 ha torpaq sahəsini Ərizəçi qəbul etmiş hal-hazırda həmin əmlak onun faktiki sahibliyi və istifadəsindədir. Göstərilənləri nəzərə alaraq, ərizə əsaslı olduğu üçün təmin edilməli, 16.09.1993-cü ildə vəfat etmiş X4 miras qalmış Quba rayonu, Alpan kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi və 18.01.2001-ci ildə vəfat etmiş X11 qalmış miras Quba rayonu Alpan kəndində yerləşən 0,59 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi vərəsəliyin açılma yeri Quba rayonu, Alpan kəndi olmaqla, onun tərəfindən qəbul etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. Ərizəçinin atası 16.09.1993-cü ildə vəfat etmiş X5 mülkiyyətində olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarış əsasında Quba rayonu, Alpan kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi və 18.01.2001-ci ildə vəfat etmiş X16 mülkiyyətində olan Torpağa Mülkiyyət Hüququna dair JN:255 KOD30306018 saylı Dövlət Aktı əsasında qalmış miras Quba rayonu Alpan kəndində yerləşən 0,59 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi vərəsəliyin açılma yeri Quba rayonu, Alpan kəndi olmaqla, Ərizəçi tərəfindən vərəsəlik qaydasında mirası qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-863/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-863/2021
03.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver