Məhkəmə qərarları › İş №2(027)-880/2022

Quba Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(027)-880/2022

30.12.2022 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-880/2022 30.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X16 qızının katibliyi, İddiaçı Hüseyinağa oğlunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Nürbala oğlu, Cavabdeh6, Cavabdeh7 Əmrulla oğlu, X4, X7, X8, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, Cavabdeh19, Cavabdeh20, Cavabdeh21, Cavabdeh22, Cavabdeh23, X14, Cavabdeh25, Cavabdeh26, Cavabdeh27, Cavabdeh28, Cavabdeh29, Cavabdeh30 və Cavabdeh31 qarşı “müqavilələrin bağlanmış hesab edilməsi” tələbinə dair mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Hüseyinağa oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdehlər arasında bağlanmış Cavabdeh7 Əmrulla oğlu, X4, X7 və X8 arasında bağlanmış xx.xx.2006-cı il tarixli, alğı-satqı müqaviləsinin, Cavabdeh5 Nürbala oğlu və Cavabdeh6 xx.xx.2005-ci il tarixli alğı-satqı müqaviləsinin, Cavabdeh1, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 xx.xx.2006-cı il tarixli, alğı-satqı müqaviləsinin, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, Cavabdeh19 və Cavabdeh20 xx.xx.2005-ci il tarixli alğı-satqı müqaviləsinin, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14n və Cavabdeh15 xx.xx.2006-cı il tarixli, alğı-satqı müqaviləsinin, Cavabdeh21, Cavabdeh22, Cavabdeh23, X14 və Cavabdeh25 xx.xx.2005-ci il tarixli alğı-satqı müqaviləsinin, Cavabdeh26 xx.xx.2006-cı il tarixli, alğı-satqı müqaviləsinin, Cavabdeh27, Cavabdeh28, Cavabdeh29, Cavabdeh30 və Cavabdeh31 xx.xx.2005-cı il tarixli alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Yuxarıda qeyd olunan maddəyə əsasən İddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, onunla cavabdehlər arasında bağlanmış Cavabdeh7 Əmrulla oğlu, X4, X7 və X8 arasında bağlanmış xx.xx.2005-cı il tarixli, alğı-satqı müqaviləsinin, Cavabdeh5 Nürbala oğlu və Cavabdeh6 arasında bağlanmış xx.xx.2005-ci il tarixli alğı-satqı müqaviləsinin, Cavabdeh1, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış xx.xx.2005-ci il tarixli, alğısatqı müqaviləsinin, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, Cavabdeh19 və Cavabdeh20 arasında bağlanmış xx.xx.2005-ci il tarixli alğı-satqı müqaviləsinin, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14n və Cavabdeh15 arasında bağlanmış xx.xx.2005-ci il tarixli, alğı-satqı müqaviləsinin, Cavabdeh26 arasında bağlanmış xx.xx.2005-ci il tarixli, alğı-satqı müqaviləsinin, Cavabdeh27, Cavabdeh28, Cavabdeh29, Cavabdeh30 və Cavabdeh31 arasında bağlanmış xx.xx.2005-ci il tarixli alğısatqı müqaviləsinin bağlanmış hesab edilməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Hüseyinağa oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2005-ci ildə müxtəlif tarixlərdə Quba rayonu, Amsar kəndi ərazisində müxtəlif şəxslərlə alğı-satqı müqaviləsi bağlayaraq, torpaq sahələri almışdır. Belə ki, Cavabdeh7 Əmrulla oğlunun, X2, X3 və X6 JN-397, KOD 30307018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən mülkiyyətlərində olan Quba rayonu, Amsar kəndində yerləşən 0,46 sot torpaq sahəsini alğı-satqı müqaviləsinə əsasən 3.000 manata almışdır. Bundan başqa, Cavabdeh5 Nürbala oğlunun və Cavabdeh6 JN-0037, KOD 30307018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən mülkiyyətlərində olan Quba rayonu, Amsar kəndində yerləşən 0,23 sot torpaq sahəsini alğı-satqı müqaviləsinə əsasən 3.000.000 köhnə Azərbaycan manatına almışdır. Bundan başqa, Cavabdeh1, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 JN-236, KOD 30307018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən mülkiyyətlərində olan Quba rayonu, Amsar kəndində yerləşən 0,23 sot torpaq sahəsini müqaviləsinə əsasən 3.000 manata almışdır. Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, Cavabdeh19 və Cavabdeh20 JN-330, KOD 30307018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən mülkiyyətlərində olan Quba rayonu, Amsar kəndində yerləşən 0,92 sot torpaq sahəsini alğı-satqı müqaviləsinə əsasən 6.000.000 köhnə Azərbaycan manatına almışdır. Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14 və Cavabdeh15 JN-3116, KOD 30307018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən mülkiyyətlərində olan Quba rayonu, Amsar kəndində yerləşən 0,23 sot torpaq sahəsini alğı-satqı müqaviləsinə əsasən 3.000 manata almışdır. Cavabdeh21, Cavabdeh22, Cavabdeh23, X11 və Cavabdeh25 JN- 493, KOD 30307018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən mülkiyyətlərində olan Quba rayonu, Amsar kəndində yerləşən 0,46 sot torpaq sahəsini alğı-satqı müqaviləsinə əsasən 4.000.000 köhnə Azərbaycan manatına almışdır. Cavabdeh26 JN-786, KOD 30307018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən mülkiyyətində olan Quba rayonu, Amsar kəndində yerləşən 0,23 sot torpaq sahəsini alğı-satqı müqaviləsinə əsasən 3.000 manata almışdır. Cavabdeh27, Cavabdeh28, Cavabdeh29, Cavabdeh30 və Cavabdeh31 JN-0048, KOD 30307018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən mülkiyyətlərində olan Quba rayonu, Amsar kəndində yerləşən 0,23 sot torpaq sahəsini alğı-satqı müqaviləsinə əsasən 3.000.000 köhnə Azərbaycan manatına almışdır. Qeyd etdiyi torpaq sahələrinin ümumi sahəsi 2,99 ha təşkil edir. Quba rayon DNK-nun alğı-satqı müqavilələri əsasında aldığı torpaq sahələrinə dair Torpağa Mülkiyyət Hüququn dair JN:3356, KOD 30307018 saylı Dövlət Aktı tərtib edilərək, 2,99 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir. Alğı-satqı müqavilələri əsasında həmin torpaq sahələri onun mülkiyyətinə keçdiyi gündən mən torpaq sahələrində əkinçiliklə məşğul olur. Qeyd olunan torpaq sahələrinə çıxarış almaq istəyir. Cavabdehlərə dəfələrlə notariat kontoruna gedərək müqavilə bağlanmasını bildirsə də, o, müxtəlif bəhanələrlə bundan yayınmışlar. Lakin o, vicdanlı alıcı kimi torpağın pulunu ödəyərək razılıq əsasında onu satın almışdır. Cavabdehlər yazılı şəkildə tərtib olunmuş aktı tanımaqdan əsassız olaraq imtina edirlər. Buna görə də mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı Hüseyinağa oğlunun nümayəndəsi X5 iddia tələbini müdafiə edərək, cavabdehlərin məhkəmə iclaslarına gəlməməsini onlar iddianın etirafı kimi qəbul edir və ona görə də, işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməyinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Ona görə də məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını qərara almışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X1 etibarnamə əsasında nümayəndəsi X18 iddianı müdafiə edərək təmin edilməsi barədə qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Nürbala oğlu, Cavabdeh6, Cavabdeh7 Əmrulla oğlu, X4, X7, X8, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, Cavabdeh19, Cavabdeh20, Cavabdeh21, Cavabdeh26, Cavabdeh27, Cavabdeh28, Cavabdeh29, Cavabdeh30 və Cavabdeh31 məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə hazırki işə qeyd olunan həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahtını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh7 Əmrulla oğlu, X4, X7 və X8 JN-397, KOD 30307018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən mülkiyyətlərində olan Quba rayonu, Amsar kəndində yerləşən 0,46 sot torpaq sahəsini 3.000 manata, Cavabdeh5 və Cavabdeh6 JN0037, KOD 30307018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən mülkiyyətlərində olan Quba rayonu, Amsar kəndində yerləşən 0,23 sot torpaq sahəsini 3.000.000 manata, Cavabdeh1, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 JN-236, KOD 30307018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən mülkiyyətlərində olan Quba rayonu, Amsar kəndində yerləşən 0,23 sot torpaq sahəsini 3.000 manata, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14 və Cavabdeh15 JN-3116, KOD 30307018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən mülkiyyətlərində olan Quba rayonu, Amsar kəndində yerləşən 0,23 sot torpaq sahəsini 3.000 manata, Cavabdeh26 JN-786, KOD 30307018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən mülkiyyətində olan Quba rayonu, Amsar kəndində yerləşən 0,23 sot torpaq sahəsini 3.000 manata, Cavabdeh27, Cavabdeh28, Cavabdeh29, Cavabdeh30 və Cavabdeh31 JN-0048, KOD 30307018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən mülkiyyətlərində olan Quba rayonu, Amsar kəndində yerləşən 0,23 sot torpaq sahəsini 3.000 manata Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, Cavabdeh19 və Cavabdeh20 JN-330, KOD 30307018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən mülkiyyətlərində olan Quba rayonu, Amsar kəndində yerləşən 0,92 sot torpaq sahəsini 6000 manata satmaları barədə İddiaçı ilə müqavilə bağlamışlar. Məhkəmə araşdırmaları ilə müəyyən olunmuşdur ki, Cavabdeh7 Əmrulla oğlu, X4, X7 və X8 JN-397, KOD 30307018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən mülkiyyətlərində olan Quba rayonu, Amsar kəndində yerləşən 0,46 sot torpaq sahəsini 3.000 manata, Cavabdeh5 və Cavabdeh6 JN0037, KOD 30307018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən mülkiyyətlərində olan Quba rayonu, Amsar kəndində yerləşən 0,23 sot torpaq sahəsini 3.000.000 manata, Cavabdeh1, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 JN-236, KOD 30307018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən mülkiyyətlərində olan Quba rayonu, Amsar kəndində yerləşən 0,23 sot torpaq sahəsini 3.000 manata, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14 və Cavabdeh15 JN-3116, KOD 30307018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən mülkiyyətlərində olan Quba rayonu, Amsar kəndində yerləşən 0,23 sot torpaq sahəsini 3.000 manata, Cavabdeh26 JN-786, KOD 30307018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən mülkiyyətində olan Quba rayonu, Amsar kəndində yerləşən 0,23 sot torpaq sahəsini 3.000 manata, Cavabdeh27, Cavabdeh28, Cavabdeh29, Cavabdeh30 və Cavabdeh31 JN-0048, KOD 30307018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən mülkiyyətlərində olan Quba rayonu, Amsar kəndində yerləşən 0,23 sot torpaq sahəsini 3.000 manata Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, Cavabdeh19 və Cavabdeh20 JN-330, KOD 30307018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən mülkiyyətlərində olan Quba rayonu, Amsar kəndində yerləşən 0,92 sot torpaq sahəsini 6000 manata satmaları barədə İddiaçı ilə müqavilə bağlamışlar. Cavabdeh1, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Nürbala oğlu, Cavabdeh6, Cavabdeh7 Əmrulla oğlu, X4, X7, X8, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, Cavabdeh19, Cavabdeh20, Cavabdeh21, Cavabdeh22, Cavabdeh23, X14, Cavabdeh25, Cavabdeh26, Cavabdeh27, Cavabdeh28, Cavabdeh29, Cavabdeh30 və Cavabdeh31 həmin torpaq sahələrini öz əlyazmaları ilə yazdıqları və imzaları ilə təsdiq etdiyi ərizə ilə alğı-satqı əsasında İddiaçı Hüseyinağa oğluna satmışdır. Bununla da, İddiaçı Hüseyinağa oğlunun həmin torpaq sahələrinə qanunla müəyyən olunmuş sahiblik və istifadə hüquqları yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə müvafiq olaraq mülki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə müvafiq olaraq mülki hüquq münasibətlərinin subyektləri arasında yaranmış mübahisələr, həmin hüquq münasibətləri yaranan zaman qüvvədə olan mülki qanunvericilik müddəalarına əsasən həll olunmalı olduğundan, məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisənin (21 fevral 2003-cü il) həlli üçün 2000-ci il sentyabrın 1-dən sonra qüvvədə olan mülki qanunvericilik normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 2005-ci il 18 may tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsində göstərilir ki, tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırarsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda əqdin notariat tərtibatı tələb olunmur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 03 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konsitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konsitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericilklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarlarından biri də «Ə.Nəsibovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 15 aprel 2011ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 may 2012-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi bundan ibarətdir: Konstitusiya Məhkəməsinin Plenumu İ.K.Rəcəbovun şikayəti üzrə 22 mart 2006cı il tarixli Qərarında “əqdin notarial formasına riayət edilməməsi”nin nəticələri ilə bağlı formalaşdırdığı hüquqi mövqeyini qeyd etməklə bir daha vurğulayır ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Yaşayış evinin alqı-satqısı haqqında müqavilə də yazılı formada tərtib edilməli olan əqdlərdən biridir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan hüquqi mövqeyini bir sıra Qərarlarında (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli Qərar, C.Abdullayevanın şikayəti üzrə 13 aprel 2007-ci il tarixli Qərar və s.) təsdiq etməklə göstərmişdir ki, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq aşağıdakı hallar mövcud olmalıdır: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Sonuncu şərt qanunvericilikdə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.2-ci maddəsinə əsasən qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Məhkəmə hesab edir ki, tərəflərin hüquqi vəziyyətini yaxşılaşdırdığı üçün 2005-ci il 18 may tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 03 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konsitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konsitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarı hazırki işdə tətbiq edilə bilər. Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında belə bir hüquqi mövqe ifadə edilmişdir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayəti ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2004-cü il tarixli qərarında göstərilir ki, hüququn dövlət qeydiyyatına alınmasına qədər şəxs ona verilən əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Bu isə daşınmaz əşyanın əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Müşfiq Bayramovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyun 2011-ci il tarixli qərarında göstərilir ki, torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi torpaq üzərində mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarını istisna etmir. «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında mülkiyyət hüququnun məzmunu təşkil edən sahiblik, istifadə və sərəncam hüququ ilə bağlı aşağıdakı hüquqi mövqe formalaşmışdır: «Mülki və torpaq qanunvericilyinin müddəalarından da göründüyü kimi, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir». İnsan Hüquqlarının və X13 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. «X17rşı» məhkəmə işində Avropa Məhkəməsi ərizəçinin dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirmiş və dövlətin üZərnişan həmin tikintinin partlayışına görə ərizəçiyə kompensasiya verilməsi vəzifəsini qoymuşdur. Həmin işlə əlaqədar Avropa Məhkəməsi qeyd etmişdir ki, əgər dövlət ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəmədə iddia qaldırmayıbsa, deməli, faktiki olaraq ərizəçinin həmin tikiliyə mülkiyyət hüququnu tanımışdır. Roma hüququna görə susmaq razılıq əlamətidir ki, dövlət də bu halda susmaqla, Önər Yıldızın heç bir icazə almadan parkda tikinti inşa edərək ailəsi ilə yaşadığı evə mülkiyyət hüququnu faktiki tanımışdır. Azərbaycan Respublikası MPM-nin 51.1-ci maddəsinə əsasən iddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. Azərbaycan Respublikası MPM-nin 51.2-ci maddəsinə əsasən birgə iştirakçılar işin aparılmasını həmin iştirakçılardan birinə tapşıra bilərlər. Məhkəmə işdəki sübutlara istinadən hesab edir ki, İddiaçı ilə Cavabdeh7 Əmrulla oğlu, X4, X7 və X8 arasında onlara məxsus JN-397, KOD 30307018 saylı Dövlət Aktı əsasında xx.xx.2005-ci il tarixli alğı-satqı müqaviləsi, İddiaçı ilə Cavabdeh5 Nürbala oğlu və Cavabdeh6 arasında onlara məxsus JN-0037, KOD 30307018 saylı Dövlət Aktı əsasında xx.xx.2005-ci il tarixli alğı-satqı müqaviləsi, İddiaçı ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 arasında onlara məxsus JN-236, KOD 30307018 saylı Dövlət Aktı xx.xx.2005-cı il tarixli alğı-satqı müqaviləsi, İddiaçı ilə Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, Cavabdeh19 və Cavabdeh20 arasında onlara məxsus JN- 330, KOD 30307018 saylı Dövlət Aktı əsasında xx.xx.2005-ci il tarixli alğı-satqı müqaviləsi, İddiaçı ilə Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14n və Cavabdeh15 arasında onlara məxsus JN-3116, KOD 30307018 saylı Dövlət Aktı əsasında xx.xx.2005-cı il tarixli alğı-satqı müqaviləsi, İddiaçı ilə Cavabdeh26 arasında ona məxsus JN-786, KOD 30307018 saylı Dövlət Aktı əsasında xx.xx.2005-cı il tarixli alğı-satqı müqaviləsi, İddiaçı ilə Cavabdeh27, Cavabdeh28, Cavabdeh29, Cavabdeh30 və Cavabdeh31 arasında onlara məxsus JN-0048, KOD 30307018 saylı Dövlət Aktına əsasında xx.xx.2005-ci il tarixli alğısatqı müqaviləsi bağlanmış hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh7 Əmrulla oğlu, X4, X7 və X8 arasında onlara məxsus JN-397, KOD 30307018 saylı Dövlət Aktı əsasında xx.xx.2005-ci il tarixli alğı-satqı müqaviləsi, İddiaçı ilə Cavabdeh5 Nürbala oğlu və Cavabdeh6 arasında onlara məxsus JN-0037, KOD 30307018 saylı Dövlət Aktı əsasında xx.xx.2005-ci il tarixli alğı-satqı müqaviləsi, İddiaçı ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 arasında onlara məxsus JN-236, KOD 30307018 saylı Dövlət Aktı xx.xx.2005-cı il tarixli alğı-satqı müqaviləsi, İddiaçı ilə Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, Cavabdeh19 və Cavabdeh20 arasında onlara məxsus JN-330, KOD 30307018 saylı Dövlət Aktı əsasında xx.xx.2005-ci il tarixli alğı-satqı müqaviləsi, İddiaçı ilə Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14n və Cavabdeh15 arasında onlara məxsus JN-3116, KOD 30307018 saylı Dövlət Aktı əsasında xx.xx.2005-cı il tarixli alğı-satqı müqaviləsi, İddiaçı ilə Cavabdeh26 arasında ona məxsus JN-786, KOD 30307018 saylı Dövlət Aktı əsasında xx.xx.2005-cı il tarixli alğı-satqı müqaviləsi, İddiaçı ilə Cavabdeh27, Cavabdeh28, Cavabdeh29, Cavabdeh30 və Cavabdeh31 arasında onlara məxsus JN-0048, KOD 30307018 saylı Dövlət Aktına əsasında xx.xx.2005-ci il tarixli alğı-satqı müqaviləsi bağlanmış hesab edilsin. Qiyabi Qətnamədən rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə ilə müraciət edə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar