Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-883/2022 21.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsində payların naturada ayrılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsində payların naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN-269F KOD 30307018 saylı şəhadətnaməyə əsasən Quba rayonu, Amsar kəndində yerləşən 0,13 ha torpaq sahəsinə hər birinin 1/3 hissədə paylarının naturada ayrılması ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/4026 saylı, 18.03.2021-ci il tarixli ekspert rəyinə əlavə edilmiş sxemində göstərilmiş sağ tərəfdən başlamaqla baş hissəsi talvar olan boş torpaq sahəsinin ona, ondan sonra gələn evin də olduğu torpaq sahəsinin nənəsi X2 aid olması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X7 qarşı ümumi paylı mülkiyyətdən payın naturadan ayrılması və miras payının müəyyən edilərək ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-269F KOD 30307018 saylı Şəhadətnamə üzrə 0,13 ha torpaq sahəsindən mənə, nənəm X2 və dayım X6 məxsus 1/3 hissə paylarının naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Quba Rayon Məhkəməsinin 19.04.2021-ci il tarixli 2(027)-83/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, torpağın mülkiyyətə verilməsinə dair JN-269F KOD 30307018 saylı şəhadətnaməyə əsasən İddiaçı, X3 və X4 Quba rayonu, Amsar kəndində yerləşən 0,13 ha torpaq sahəsinə hər birinin 1/3 hissədə payları müəyyən edilməsi və 1/3 hissədə payları Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/4026 saylı, 18.03.2021-ci il tarixli ekspert rəyinə əlavə edilmiş sxem əsasında naturada ayrılması qət edilmişdir. Bundan sonra o, məhkəmə qətnaməsinə əsasən vərəsəlik üzrə ona düşən paya Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarış almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Çıxarış almaq üçün müraciət etdiyi sənədləri Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə 24.09.2021-ci il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə daxil olmuşdur. Lakin ona Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 18.10.2021-ci il tarixli **********37 nömrəli məktubla məhkəmə qətnaməsində göstərilən Məhkəmə Tikinti-Texnikası Ekspertizasının 10/4026 saylı, 18.03.2021-ci il tarixli rəyində və ona əlavə edilmiş sxemdə ayrılması nəzərdə tutulan torpaq sahələrinin 1/3 hissəsində İddiaçı, X8 və X5 adına ayrılması istiqamətinin göstərilməməsi qeyd edilərək imtina məktubu verilmiş və çıxarışın verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/4026 saylı, 18.03.2021-ci il tarixli ekspert rəyinə əlavə edilmiş torpaq sahəsinin 1/3 hissədə bölgü sxemində payların kimlərə aid olması göstərilməmiş, bu isə ona payına uyğun Dövlət Reyestrindən çıxarış almağına mane olur. O, həm də, torpağın mülkiyyətə verilməsinə dair JN-269F KOD 30307018 saylı şəhadətnamədə göstərilmiş X1 qanun üzrə vərəsəsidir. Digər vərəsələr Çilə Əzizovadan qalmış miras əmlakdan imtina ilə bağlı Notariat Kontorunda ərizə vermişlər. Ekspert rəyinin torpaq sahəsinin 1/3 hissəsinin bölgü sxemində göstərilmiş sağ tərəfdən başlamaqla, baş hissəsi talvar olan boş torpaq sahəsinin ona, ondan sonra gələn evin də olduğu hissəyə nənəsi X1 payının müəyyən edilməsi həm torpaq sahələrinin gələcəkdə birləşdirilməsi və səmərəli istifadəsi üçün daha məqsədəuyğun olan Daşınmaz Əmlakın Dövlət reyestrindən imtina məktubu aldıqdan sonra məhkəmə qətnaməyə izah verilməsi ilə bağlı Quba Rayon Məhkəməsinə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin qərardadı ilə izah verilməsindən imtina edilmiş, torpaq sahəsində payların ona və nənəsinə aid olan hissəsinin müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququm izah edilmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, iş üzrə qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin 19.04.2021-ci il tarixli 2(027)-83/2021 saylı qətnaməsindən görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN-269F KOD 30307018 saylı şəhadətnaməyə əsasən İddiaçı, X3 və X4 Quba rayonu, Amsar kəndində yerləşən 0,13 ha torpaq sahəsinə hər birinin 1/3 hissədə payları müəyyən edilməsi və 1/3 hissədə payları Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/4026 saylı, 18.03.2021-ci il tarixli ekspert rəyinə əlavə edilmiş sxem əsasında naturada ayrılması qət edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/4026 saylı, 18.03.2021-ci il tarixli ekspert rəyindən görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN-269F KOD 30307018 saylı Şəhadətnaməyə əsasən X8, X9 və İddiaçı məxsus Quba rayonu, Amsar kəndində yerləşən 0,13 ha torpaq sahəsinin paylara uyğun 1/3 hissədə bölünməsi texniki cəhətdən mümkündür. Bunun üçün torpaq sahəsinin yol ilə sərhəddinin başlanğıcından 4 metr aralıdan və talvar tikilisinin qonşu torpaq sahəsinə tərəf olan hissəsindən 4 metr uzunluğunda sökülməklə qapı açılmalı, hər iki tərəfdən torpaq sahəsinin daxilinə doğru 24,1 metr, hər iki tərəfdən mərkəzə doğru 9 metr və torpaq sahəsinin uzunluğu boyunca 25,9 metr uzunluqda sərhəd hasarı çəkilməlidir; A-İ 502450 nömrəli ölüm haqqlnda şəhadətnamənin surətindən görünür ki, X8 24.07.2008-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; 220.4-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Quba Rayon Məhkəməsinin 19.04.2021-ci il tarixli 2(027)-83/2021 saylı qətnaməsi ilə torpağın mülkiyyətə verilməsinə dair JN-269F KOD 30307018 saylı şəhadətnaməyə əsasən İddiaçı, X3 və X4 Quba rayonu, Amsar kəndində yerləşən 0,13 ha torpaq sahəsinə hər birinin 1/3 hissədə payları müəyyən edilməsi və 1/3 hissədə payları Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/4026 saylı, 18.03.2021-ci il tarixli ekspert rəyinə əlavə edilmiş sxem əsasında naturada ayrılması qət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/4026 saylı, 18.03.2021-ci il tarixli ekspert rəyi ilə X8, X9 və İddiaçı məxsus Quba rayonu, Amsar kəndində yerləşən 0,13 ha torpaq sahəsinin paylara uyğun 1/3 hissədə bölünməsi texniki cəhətdən mümkün hesab edilmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-269F KOD 30307018 saylı şəhadətnaməyə əsasən X8, X9 və İddiaçı məxsus Quba rayonu, Amsar kəndində yerləşən 0,13 ha torpaq sahəsi 1/3 hissədə paylara naturada ayrılması ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/4026 saylı, 18.03.2021-ci il tarixli ekspert rəyinə əlavə edilmiş sxemində göstərilmiş sağ tərəfdən başlamaqla baş hissəsi talvar olan boş torpaq sahəsi iddiaçıya verilməlidir. Ondan sonra gələn evin də olduğu torpaq sahəsinin nənəsi X2 aid olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsin-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-269F KOD 30307018 saylı şəhadətnaməyə əsasən X8, X9 və İddiaçı məxsus Quba rayonu, Amsar kəndində yerləşən 0,13 ha torpaq sahəsi 1/3 hissədə paylara naturada ayrılması ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/4026 saylı, 18.03.2021-ci il tarixli ekspert rəyinə əlavə edilmiş sxemində göstərilmiş sağ tərəfdən başlamaqla baş hissəsi talvar olan boş torpaq sahəsi İddiaçı verilsin. Ondan sonra gələn evin də olduğu torpaq sahəsi İddiaçı nənəsi X2 aid olması müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-883/2022
Quba Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(027)-883/2022
21.04.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver