Məhkəmə qərarları › İş №2(027)-897/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-897/2022

26.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-897/2022 26.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi vəkili və nümayəndəsi X17 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Quba regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisi göstərilməklə “vərəsəliyin açılma yerinin müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, hüquqların Dövlət qeydiyyatl haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********40-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 22.12.2021-ci il qeydiyat tarixli Çıxarışa əsasən Quba rayonu İİ Nügədi kəndində yerləşən 0,19 ha torpaq sahəsindən və onun üzərində olan ümumi sahəsi 92,4 kv.m olan fərdi yaşayış evindən miras qoyan X13 düşən paydan ibarət miras əmlaka dair vərəsəliyin açılma yerinin Quba rayonu İİ Nügədi kəndi olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X1 ilə anası X14 ailə qurmuş və nikahlarını 05 mart 1959-cu ildə qeyd etdirmişlər. Onların nikahlarından o, xx xxxxxxx 1960-cı ildə, qardaşları Nazir, Rövşən, Şahin, bacıları Zinyət, Nərminə, Pakizə doğulmuşdur. O və digər qardaşı Rövşən anası və atası ilə birlikdə valideynlərinə məxsus evdə yaşamışlar. Ona görə də Quba rayonunda Aqrar İslahat aparılan vaxtı Torpağın Mülkiyyətə verilməsinə dair JN 1099 F KOD 30319018 saylı Şəhadətnaməyə əsasən atasına məxsus evin olduğu 0,19 ha torpaq sahəsinin mülkiyyətçiləri kimi X1, anası X14, X2 və onun adı qeyd edilmişdir. X1 06 iyun 2009-cu ildə, anası X14 30 may 2017-ci il tarixdə vəfat etmişdir. Onların vəfatından sonra onlardan miras qalmış fərdi yaşayış evində o, yaşayır. X2 ailə qurmamış, onunla birlikdə Quba rayonu İİ Nügədi kəndində atasına məxsus evdə yaşamış, daimi olaraq alver məqsədilə Rusiya Federasiyasına gedibgəlmişdir. Sonuncu dəfə 2011-ci ildə Rusiya Federasiyasına getdiyi vaxt xəstələnərək, Murmansk vilayət Severomorsk şəhərində vəfat etmişdir. O, uzun illərdir ki, həm qardaşından, həm də valideynlərindən miras qalmış əmlakı idarə edir. Ötən il o, atası və anasından, qardaşından miras qalmış əmlaka vərəsəlik işinin açılması ilə bağlı Quba Regional ASAN Xidmət mərkəzinin notariat ofisinə ərizə ilə müraciət etmişdir. Ərizəsi qəbul olunmuş, Quba Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinin verdiyi 03 sentyabr 2021-ci il tarixli, 2794 nömrəli məktubuna əsasən o, 15.12.2011-ci ildə vəfat etmiş X11, 30.05.2017-c il tarixdə vəfat etmiş X7, 06.06.2009-cu il tarixdə X5 qanun üzrə vərəsələri sırasına daxildir. Bundan sonra o, özünün, qardaşının, atasının, anasının da adının olduğu Torpağın Mülkiyyətə verilməsinə dair JN-1099F KOD 30319018 saylı şəhadətnamədə adlar səhvlər olduğu üçün onlara məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-2040/2021 nömrəli, 04.10.2021-ci il tarixli qətnaməsinə əsasən ərizəsi təmin olunmuşdur. Bundan sonra o, həmin torpaq sahəsinə və orada yerləşən evə dövlət reyestrindən çıxarış alınması barədə müraciət etmişdir. Həmin torpaq sahəsinə və orada yerləşən evə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 22.12.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********40- 10301 reyestr nömrəli çıxarış almışdır. Bundan sonra o, X1, anası X14, X2ndan qalmış miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəsə də, Notariat ofisindən ona qardaşının adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina etmişlər. İmtinanın əsası kimi də onun Rusiya Federasiyasında ölməsi qeyd edilmişdir. Hesab edir ki, Quba Regional ASAN Xidmət Mərkəzinin Notariat Ofisinin imtinası əsassızdır. Ona görə ki, Quba Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinin verdiyi 03 sentyabr 2021-ci il tarixli, 2794 nömrəli məktubundan da göründüyü kimi X2nun ölümündən sonra elə Quba Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisində vərəsəlik işi açılmış, X2ndan miras qalmış əmlak Quba rayonu İİ Nügədi kəndində yerləşir. Arayışlardan da göründüyü kimi qardaşı Rusiya Federasiyasında vəfat etsə də, o Quba rayonu İİ Nügədi kəndində yaşamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış, iş üzrə maraqlı şəxs Quba regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin notariusu məhkəməyə məktub göndərərək, 06.04.2022-ci il tarixə, saat 11:00-a təyin olunmuş məhkəmə iclasında iş rejiminin və əhalinin sıxlığı ilə əlaqədar iştirak edə bilməyəcəyini bildirmiş, qeyd olunanları nəzərə alaraq, məhkəmə iclasını iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Ona görə də məhkəmə, hazırki mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Ərizəçi vəkil və nümayəndəsi X32 ərizəyə uyğun izahat verərək, Ərizəçi ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə, Ərizəçi vəkili və nümayəndəsini X32nun izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan; - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi Quba rayonu İİ Nügədi kəndində qeydiyyatdadır. - İİ-İE seriyalı, 086261 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1960-cı il tarixdə, Quba rayonu İİ Nügədi kəndində doğulmuş Ərizəçi X1, anası X9r. - AZ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 27.06.1967-ci il tarixdə, Quba rayonu İİ Nügədi kəndində doğulmuş X11 X1, anası X9r. - Quba rayon Qeydiyyat şöbəsinin çıxarışından görünür ki, X10 və X14 05 mart 1959-cu il tarixdə nikaha daxil olmuşlar. - AZ-İ seriyalı, 675568 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 06.06.2009-cu il tarixdə, Quba rayonu İİ Nügədi kəndində ölmüşdür. - AZ-İ seriyalı, 881329 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 30.05.2017-ci il tarixdə, Quba rayonu İİ Nügədi kəndində ölmüşdür. - İ-DP seriyalı, 658457 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 15.12.2011-ci il tarixdə, Rusiya Federasiyası, Murmansk vilayəti, Severomorsk şəhərində ölmüşdür. - Quba rayon Qeydiyyat şöbəsinin 30.07.2021-ci il tarixli məktubundan görünür ki, elektron informasiya sisteminə əsasən vətəndaş X11 nikahı və uşaqları barədə heç bir məlumat aşkar olunmamışdır. - Quba RİHB-nın Quba rayon İİ Nügədi kənd İƏD üzrə nümayəndəliyinin 14.01.2022-ci il tarixli, 60 saylı arayışından görünür ki, 15.12.2011-ci il tarixdə vəfat etmiş X3 Federasiyasında vəfat etməsinə baxmayaraq, vəfat edən tarixə kimi Quba rayonu İİ Nügədi kəndində yaşamışdır. - 14 yanvar 2022-ci il tarixdə Ərizəçi, X36, X28, X15 və X29 tərəfindən tərtib olunmuş aktdan görünür ki, Quba rayon İİ Nügədi kənd sakini olmuş, 27.06.1967ci ildə doğulmuş X18 15.12.2011-ci il tarixdə, Rusiya Federasiyası, Murmansk vilayəti, Severomorsk şəhərində vəfat etmişdir. Mərhum X3 Federasiyasında vəfat etməsinə baxmayaraq, vəfat edən tarixə kimi Quba rayonu İİ Nügədi kəndində yaşamışdır. - Quba RİHB-nın Quba rayon İİ Nügədi kənd İƏD üzrə nümayəndəliyinin 14.01.2022-ci il tarixli, 59 saylı arayışından görünür ki, X6 rayonu İİ Nügədi kəndində qeydiyyatda olmuş, yaşamış və 15.12.2011-ci ildə Rusiya Federasiyasının Murmansk vilayətində vəfat etmiş və vəfat etdikdən sonra vərəsələri, bacısı X19 (1956), qardaşı X21 (1957), bacısı X16 (1959), qardaşı Ərizəçi (1960), qardaşı X22 (1962) və X12 (1964) qalmışlar. - Quba regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin 03.09.2021-ci il tarixli məktubundan görünür ki, Ərizəçi 15.12.2011-ci il tarixdə vəfat etmiş X11, 30.05.2017-ci il tarixdə vəfat etmiş X7, 06.06.2009-cu il tarixdə vəfat etmiş X5 qanun üzrə vərəsələri sırasına daxildir. - Quba regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin 03.09.2021-ci il tarixli Ərizəçi ünvanlanmış məktubundan görünür ki, R.M.Mədətov Rusiya Federasiyası vətəndaşı olduğundan, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1147-ci maddəsinin tələbinə əsasən ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Məsələ ilə əlaqədar məhkəməyə müraciət etməyi məqsədə uyğundur. - Hüquqların Dövlət qeydiyyatl haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********40-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 22.12.2021-ci il qeydiyat tarixli Çıxarışdan görünür ki, Quba rayonu İİ Nügədi kəndində yerləşən 0,19 ha torpaq sahəsi və üzərindəki 92,4 kv.metr fərdi yaşayış evi ümumi birgə mülkiyyət kimi Ərizəçi, X14, X5 və X11 adına qeydə alınmışdır. - 16 dekabr 2021-ci il tarixli, 466 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportundan görünür ki, Quba rayonu İİ Nügədi kəndində yerləşən, hüquq subyekti Ərizəçi adına 0,19 ha torpaq sahəsi və üzərində yerləşən 92,4 kv.metr fərdi yaşayış evinə dair texniki pasport tərtib edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-ci maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1147-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır. 1148-ci maddəsinə əsasən müvəqqəti xaricdə yaşamış və orada ölmüş Azərbaycan Respublikası vətəndaşının ölümündən sonra mirasın açıldığı yer onun xaricə getməzdən əvvəl Azərbaycan Respublikasında yaşadığı yer, bu yer məlum olmadıqda isə mirasın və ya onun əsas hissəsinin olduğu yer sayılır. 1243.1-ci maddəsinə əasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, 15.12.2011-ci il tarixdə, Rusiya Federasiyası, Murmansk vilayəti, Severomorsk şəhərində ölmüş X11 Quba rayonu İİ Nügədi kəndində doğulması, həmin kənddə yaşaması, daşınmaz əmlaka sahib olması, Ərizəçi onun vərəsəsi olması, bu barədə Quba regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə müraciət etməsi və ona məhkəməyə müraciət etməsinin tövsiyyə olunması və bu faktın müəyyən edilməsinin ərizəçiyə həmin torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mülkiyyət hüquqlarının qeydiyyatına dair Çıxarış almaq üçün lazım olması sübuta yetirilir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********40-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 22.12.2021-ci il qeydiyat tarixli Çıxarışa əsasən Quba rayonu İİ Nügədi kəndində yerləşən 0,19 ha torpaq sahəsindən və onun üzərində olan ümumi sahəsi 92,4 kv.m olan fərdi yaşayış evindən miras qoyan X13 düşən paydan ibarət miras əmlaka dair vərəsəliyin açılma yerinin Quba rayonu İİ Nügədi kəndi olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. Hüquqların Dövlət qeydiyyatl haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********40-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 22.12.2021-ci il qeydiyat tarixli Çıxarışa əsasən Quba rayonu İİ Nügədi kəndində yerləşən 0,19 ha torpaq sahəsindən və onun üzərində olan ümumi sahəsi 92,4 kv.m olan fərdi yaşayış evindən miras qoyan X13 düşən paydan ibarət miras əmlaka dair vərəsəliyin açılma yerinin Quba rayonu İİ Nügədi kəndi olması faktı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar