Məhkəmə qərarları › İş №2(027)-897/2024

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-897/2024

01.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-897/2024 01.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsinə və ona əlavə olunmuş sənədlərə məhkəmə hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Quba rayonu, Amsar kəndi AİK-nın 03 may 1997-ci il tarixli, 04 saylı qərarı ilə mərhum oğlu X1 verilmiş 0,06 ha həyətyanı torpaq sahəsinə dair miras qəbul etməyi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi vəkili və nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək, Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə, ərizəçinin nümayəndəsinin vəsatətini və iş materiallarını araşdırıb, hesab edir ki, ərizəçinin nümayəndəsinin vəsatətinə əsasən hazırki ərizə və ona əlavə olunmuş sənədlər Ərizəçi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti üzrə ərizə qaytarıla bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 35, 149.2.2, 170, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər Ərizəçi vəkili və nümayəndəsi Nümayəndə vəsatətinə əsasən geri qaytarılsın. Qərardaddan 10 gün ərzində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar