Məhkəmə qərarları › İş №2(027)-901/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-901/2020

21.10.2020 · Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-901/2020 21.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X11 oğlunun katibliyi, Ərizəçi Quba RİH Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X1 iştirakı ilə Ərizəçi Quba RİH Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Quba RİH Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının sədri Allahverdi Xudaverdiyev “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1970-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Quba rayonu, Vladimirovka kənd sakini xx.xx.1970-ci il təvəllüdlü X9 psixi qüsurlarına görə ikinci qrup əlillik dərəcəsi verilmişdir. Vitaliy Dubin xəstəliyinə görə öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərinə rəhbərlik edə bilmir. Hazırda İcra Hakimiyyətinin nəzarətində qonşularının köməkliyi ilə yaşayır. Yaxın qohumları və qohumluq əlaqələri olan digər şəxslər mövcud deyil. Faktiki vəziyyəti ilə əlaqədar onun üzərində qəyyumluq müəyyənləşdirilməlidir. Ona qəyyum təyin edilməsi üçün isə məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə zərurət yaranmışdır. Məhkəmə iclasında Quba rayon Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X5 ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə ərizəçinin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1970-ci il təvəllüdlü X10 Quba rayonu, Vladimirovka kəndində yaşayır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və X13 Fondunun yanında DSMF-nun Quba rayon şöbəsinin arayışından görünür ki, X10 xx.xx.2007-ci il tarixdən ömürlük 2ci qrup əlil kimi 130 manat müavinət alır. İş materiallarında olan xx.xx.2015-ci il Quba rayonu, Vladimirovka kənd sakinləri tərəfindən tərtib edilmiş aktdan görünür ki, həqiqətən Quba rayonu, Vladimirovka kənd sakini X3 2-ci qrup əlil, ağlı dərəcəsi zəif olan şizofrendir. Bu səbəbdən yaxın qohumu X14 Vladimirovka sakini X2 xəstəyə baxaraq qulluq edilməsini xahiş etmişdir. X8 xəstəyə xx.xx.2007-ci ildən hal hazırzadək gündəlik tələbatlarını yernə yetirilməsi üçün baxaraq qulluq edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2020-ci il tarixli 1435 saylı rəyindən görünür ki, X7 travma mənşəli demensiya (ağil zəifliyi) formasında xroniki psixi xəstəlik müəyyən edilir. Bunu anamnestik məlumatlar və hal-hazırki psixitarik müayinənin nəticələri - anamnezində kəllə-beyin travmasının qeyd olunması, bundan sonra intellektual inkişafında gerilik əlamətlərinin özünü büruzə verməsi, davranış pozuntularının meydana çıxması, Quba Rayonlararası PNRM-də müalicə olunması, xəstəliyi ilə əlaqədar İİ qrup əlilliyi, həmçinin hazırki müayinə zamanı kobud yaddaş və intellekt pozuntuları aşkar etməsi, təfəkkürünün konkretliyi, mühakimələrinin səthiliyi, maraq dairəsinin məhdudluğu, emosional iradi sferasının enməsi, tənqidinin olmaması və s. sübut edir. Bunları nəzərə alaraq belə nəticəyə gəlinir ki, X10 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X7 travma mənşəli demensiya (ağıl zəifliyi) formasında xroniki psixi xəstəlik müəyyən edilir. X10 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığına görə fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə işdə olan sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1970-ci il təvəllüdlü X10 fəaliyyət qabliyyəti olmayan şəxs hesab edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 320.2, 321.2-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1970-ci il təvəllüdlü X10 fəaliyyət qabliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar