Məhkəmə qərarları › İş №2(027)-91/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-91/2022

23.06.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-91/2022 23.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh, nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh onlara məxsus torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmədə İddiaçı1 iddialarını müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmədə İddiaçı2 iddialarını müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsində göstərmişdilər ki, onlara Quba rayon Aqrar İslahat Komissiyasının 05 may 2000-ci il tarixli, 05 saylı qərarı ilə 12 may 2006-cı ildə Quba şəhəri ərazisindən fərdi yaşayış tikintisi üçün Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-2856A, KOD 30301004 saylı Şəhadətnamə əsasında 0,03 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi ünvan 1 ünvanında yerləşməklə, orada onlara məxsus fərdi yaşayış evi vardır və ailəliklə həmin evdə yaşayırlar. Cavabdeh məxsus həyətyanı torpaq sahəsi qonşuluqda yerləşir. Hazırda o, həmin torpaq sahəsində yaşayış evi inşa edir. Lakin o, onlara məxsus torpaq sahəsinin 57 kvadrat metrini zəbt edərək orada tikinti işləri aparır. Cavabdehin bildirdiyinə görə adına Torpaq sahəsinə Mülkiyyət Hüququna Dair **********03 saylı Çıxarış verilmiş və zəbt etdiyi torpaq sahəsi ona məxsusdur. Cavabdehə verilmiş Çıxarışda hansı əsasla onlara aid torpaq sahəsinin bir hissəsinin verilməsi şübhə doğurur, çünki onlara həyətyanı torpaq sahəsi 2006-cı ildə verilmiş, cavabdehə isə təzəliklə verilmişdir. Həmin Çıxarışı onlar əldə edə bilmədiyinə görə məhkəməyə təqdim edə bilmirlər. Dəfələrlə Cavabdeh onlara məxsus torpaq sahəsində tikinti işləri aparmamasını bildirsələr də, cavabdeh həmin sahənin ona məxsus olduğunu bildirməklə orada tikinti aparır. Həmin sahə faktiki olaraq onlara məxsusdur, torpaq sahəsinin plan və sərhəd ölçülərində də bu əksini tapmışdır. Bildirirlər ki, Cavabdeh onlara məxsus torpaq sahəsini zəbt etməklə mülkiyyət hüquqlarını pozur, onlarla heç cür razılaşmaq istəmir, zəbt etdiyi torpaq sahəsinin ona məxsus olmasını israr edir. Ona görə də cavabdehin zəbt etdiyi onlara məxsus torpaq sahəsinin onun qanunsuz sahibliyindən alınması, mülkiyyət hüuquqlarının bərpa olunması və cavabdehin zəbt etdiyi onlara məxsus torpaq sahəsindən çıxarılması barədə məhkəməyə müraciət ediblər. Cavabdeh verilmiş torpaq sahəsinə Mülkiyyət Hüququna dair Çıxarışı onlar əldə edə bilmədiyinə görə məhkəmə sorğusu əsasında alınmasını xahiş etmiş, Cavabdeh zəbt etdiyi onlara məxsus torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdilər. Məhkəmədə Cavabdeh idianı qəbul etməyərək bildirdi ki, həmin evlər Arzunun atasından qalan evlər olub. Sonradan Arzunun anasının adına, anasından da Arzunun adına rəsmiləşib. O da həmin yaşayış evini və torpaq sahəsini alqı-satqı yolu ilə Arzudan satın alıb. Satın almamışdan əvvəl orada olan qonşulardan hər hansı bir mübahisə olmasını soruşub. Heç bir qonşunun oraya iddiası olmayıb. Hazırda Arzu şahid qismində gəlib izahat verməsinə razıdır və çağırılan vaxtı iştirakını təmin edə bilər. Bundan əlavə iddiaçı öz izahatında bildirir ki, 2006-cı ildə torpaq sahəsi ona AİK-nın qərarı əsasında verilib. Orada olan otaqlardan birini əvvəlki ev sahibi müvəqqəti olaraq qonşuya istifadə üçün verib. Lakin onun aldığı torpaq sahəsinin üzərində olan ev və tikililərin 1950ci illərdə tikilməsinə dair sənəd var, həmin evə və torpağa dair Çıxarış alınarkən DƏDRX-nin mütəxəsisləri ora baxış keçiriblər. Bu da onu göstərir ki, idiaçı yalan iddia irəli sürür. Bütün bunları nəzərə alıb iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmədə Cavabdeh nümayəndəsi və vəkili Vəkil bildirdi ki, Cavabdeh alqı-satqı yolu ilə ünvan 2 ünvanda yerləşən yaşayış evini və 0.03 ha həyətyanı torpaq sahəsini satın almışdır. Bununla bağlı xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** saylı DƏDRX-nin Çıxarışı tərtib edilmişdir. Çıxarışa görə müraciət edəndə JN-2856A, KOD 30301004 saylı Şəhadətnamə ilə bağlı DƏDRX-nin elektron bazasında heç bir məlumat olmayıb. Həmin evə və torpaq sahəsinə dair texniki pasport işlənib. Cavabdeh həmin alqı-satqı müqaviləsini bağlamamışdan əvvəl qonşularla məsləhətləşərək onlar arasında hər hansı narazıçılıq, mübahisə olub-olmamasını soruşub. Lakin heç bir qonşu narazıçılığını, mübahisənin olmamasını bildirib. Cavabdeh həmin ünvanda yerləşən köhnə tikililəri söküb, özünə məxsus torpaq sahəsində tikinti aparır. İddiaçılar isə torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsini göstərilir. İddiaçıların tələbi tam əsassızdır. Ona görə də iddianın əsassız olmasını nəzərə alıb, rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh, nümayəndəsi və vəkili Vəkil dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat və **********03 reyestr nömrəli Çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən 35.1 kv daşınmaz əmlakın yerləşdiyi və 0.03 ha yaşayış məhtəqələrinin torpaq sahəsi tam mülkiyyət hüququ əsasında Cavabdeh mülkiyyətinə verilib. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli, xx.xx.2016-cı il tarixli, **********6 qeydiyyat və **********03 reyestr nömrəli Çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən 35.1 kv daşınmaz əmlakın yerləşdiyi və 0.03 ha yaşayış məhtəqələrinin torpaq sahəsi tam mülkiyyət hüququ əsasında X2 mülkiyyətində olub. İş materiallarında olan Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ünvan 3 ünvanında yerləşən 35.1 kv yaşayış məhtəqələrinin torpaq sahəsi və üzərində yerləşən daşınmaz əmlak satıcı- X5 tərəfindən alıcı- Cavabdeh satılıb və müqavilə 3 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusu notariusu tərəfindən təsdiq olunub. İş materiallarında olan Quba rayon Tİ və MHQ idarəsi tərəfindən xx.xx.1991 -ci il tarixli, 412a nömrəli qeydiyyat vəsiqəsinə əsasən, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi X6 məxsus olmuşdur. İş materiallarında olan xx.xx.2016-cı il tarixli Daşınmaz Əmlakın bağışlanma müqaviləsindən məlum olur ki, X3 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi X7 tərəfindən ünvan 5 ünvanında qeydiyyatda olan və yaşayan X4 bağışlanıb və Quba rayonu notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq olunub. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 291 saylı arxiv arayışından görünür ki, sorğuda qeyd olunan ünvan 6 ünvanında olan fərdi yaşayış evi və torpaq sahəsi ilə əlaqədar olan sənədlər haqqında məlumat almaq üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Reyestr Xidmətinin 05 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmək məsləhət görülmüş, Quba rayon Aqrar İslahat Komissiyasının 25 may 2000-ci il tarixli 05 saylı iclas protokolunda vətəndaşlar İddiaçı1 və İddiaçı2 adları yoxdur. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 5 saylı Xaçmaz Ərazi idarəsinin xx.xx.2021-ci il tarixli vətəndaş Cavabdeh ünvanlanmış məktubunda göstərilir ki, xx.xx.2006-cı il tarixli, 0.03 ha torpaq sahəsinə verilmiş JN-2855A KOD 30301004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” yə və Quba rayon Tİ və MHQ idarəsi tərəfindən xx.xx.1991 -ci il tarixli, 412a nömrəli qeydiyyat vəsiqəsinə əsasən X6 məxsus olmuş ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi Quba rayonu notariat Kontorunun xx.xx.2016-cı il tarixli, 4Ə-958 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən X1 adına özgəninkiləşdirilmiş və dövlət reyestrindən X1 adına xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli, **********03-10301 reyestr nömrəli çıxarış işlənmişdir. Yuxarıda qeyd olunan fərdi yaşayış evi X5 tərəfindən 3 saylı Bakı “ASAN xidmət” notariat kontorunun xx.xx.2019-cu il tarixli, 4Ə- 2218 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh adına özgəninkiləşdirilmiş və dövlət reyestrindən Cavabdeh adına xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış işlənmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/1547 saylı ekspert rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Xaçmaz Layihə-Tədqiqat İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən Torpağın mülkiyyətə verilməsinə dair JN-2856A KOD 30301004 nömrəli şəhadətnaməyə əsasən İddiaçı1 və İddiaçı2 Quba şəhəri ərazisindən fərdi yaşayış evi tikintisi üçün verilmiş 0.03 ha torpaq sahəsinin 252 kv.metr hissəsi koordinatları daxilindədir. Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2022-ci il tarixdə daxil olmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Xaçmaz Layihə-Tədqiqat İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2020 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********03-10301 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh məxsus ünvan 8 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən sahəsi 35.1 kv.metr olan daşınmaz əmlak koordinatları daxilindədir. Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2022-ci il tarixdə daxil olmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Xaçmaz Layihə-Tədqiqat İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən Torpağın mülkiyyətə verilməsinə dair JN-2856A KOD 30301004 nömrəli şəhadətnaməyə əsasən İddiaçı1 və İddiaçı2 Quba şəhəri ərazisindən fərdi yaşayış evi tikintisi üçün verilmiş 0.03 ha torpaq sahəsi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2020 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********03-10301 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh Mirzəkərəm oğluna məxsus ünvan 8 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi şimal-qərb istiqamətində 57 kv. metr hissəsi üst-üstə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmədə müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Xaçmaz Layihə-Tədqiqat İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən Torpağın mülkiyyətə verilməsinə dair JN- 2856A KOD 30301004 nömrəli şəhadətnaməyə əsasən İddiaçı1 və İddiaçı2 Quba şəhəri ərazisindən fərdi yaşayış evi tikintisi üçün verilmiş 0.03 ha torpaq sahəsinin 252 kv.metr hissəsi koordinatları daxilində yerləşir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2020 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********03-10301 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh məxsus ünvan 8 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən sahəsi 35.1 kv.metr olan daşınmaz əmlak koordinatları daxilində yerləşir. Torpağın mülkiyyətə verilməsinə dair JN-2856A KOD 30301004 nömrəli şəhadətnaməyə əsasən İddiaçı1 və İddiaçı2 Quba şəhəri ərazisindən fərdi yaşayış evi tikintisi üçün verilmiş 0.03 ha torpaq sahəsi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2020 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********03-10301 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh məxsus ünvan 8 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi şimal-qərb istiqamətində 57 kv. metr hissəsi üst-üstə düşür. Məhkəmədə iddiaçılar İddiaçı1 və İddiaçı2 öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilmədilər. Məhkəmə qeyd edilənləri və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/1547 saylı ekspert rəyini nəzərə alaraq, hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar