Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-211/2021 26.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3 və Cavabdeh iştirakı ilə İddiaçılar İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən payım naturada ayrılması tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışa əsasən ümumi birgə mülkiyyətə verilmiş 0.12 ha torpaq sahəsindən ona düşən payın naturada ayrılaraq verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi X6 iddia tələbini müdafiə edərək göstərdi ki, X2 Cavabdeh ilə 1997-ci il tarixdə rəsmi nikah qeyd etdirərək ailə qurub. Birgə nikahdan Ülvi adlı övladı olmuşdur. Münasibətləri uyğun gəlməməsi səbəbilə Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah qeydi pozulmuşdur. Birgə nikah dövründə Quba Rayon Aqrar İslahat Komissiyasının 09 fevral İ998-ci il tarixli, 03 saylı qərarı ilə ona və Cavabdeh Quba rayonu, Mirzəmməd kəndi ərazisindən 0,12 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli Çıxarış alınıb. Hazırda İddiaçı düşən lakin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışda göstərilən torpaq sahəsinə asasən payın müəyyən edilməsini və torpaq sahələrinin naturada ayrılmasını istəyir, lakin həmin torpaq sahəsini cavabdehlə könüllü olaraq bölə bilmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətin qalıb. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası ƏMDKyanında DƏDRX-nin Hüquqların dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışa əsasən ümumi birgə mülkiyyətə verilmiş 0.12 ha torpaq sahəsindən İddiaçı düşən payın naturada ayrılaraq verilməsi barədə qətnamə çıxarılmasını xahiş məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddianı qəbul edərək bildirdi ki, o torpaq sahəsinin ½ hissəsinin iddiaçıya düşməsinə etiraz etmir, lakin tikinti altinda olan hissəsinin ona düşən hissədə qalmasını istəyir. Yekun qərar çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı nümayəndəsi X5 və Cavabdeh dinləyərək, iş materiallarını və təqdim edilmiş sübutları nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX-nin Hüquqların dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2020ci il tarixli **********41 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Quba rayonu Mirzəməmmədkənd kəndi ərazisində yerləşən yaşayış məntəqələrinin torpaqlarından 0.12 ha torpaq sahəsi ümumi birgə pay hüququ ilə İddiaçı və Cavabdeh xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair JN-225F kod 30311028 nömrəli Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, Quba rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 03 saylı qərarı ilə Cavabdeh, İddiaçı Quba rayonu Mirzəməmmədkənd kəndi ərazisindən fərdi yaşayış evinin tikintisi məqsədilə 0.12 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan AZ-İ189425 seriyalı nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahı xx.xx.2020-ci ildə pozulmuşdur və 145 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Xaçmaz rayon İHB-nı Qusarçay İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 625 nömrəli arayışdan və AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən məlum olur ki, İddiaçı Xaçmaz rayonu Qusarçay İƏD-nin Həsənqala kəndində yaşayır, həmin kənddə qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (məhkəmə tikinti-texniki ekspertizası) xx.xx.2021-ci il tarixli 10/3361 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli **********41 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Quba rayonu, Mirzəməmmədkənd ərazisində yerləşən 0,12 ha torpaq sahəsinin üç tərəfdən yol ilə sərhəd olmasını, üzərində olan yarımçıq tikilinin yerləşmə vəziyyətini, torpaq sahəsinə əlavə giriş-çıxış qapısının açılmasının mümkünlüyünü nəzərə alaraq, həmin torpaq sahəsinin naturada 1/2 hissəyə bölünməsi texniki cəhətdən mümkündür. Bunun üçün torpaq sahəsinin üzərində inşa edilmiş yarımçıq tikilinin arxasında olan hasardan 19,05 metr aralıdan torpaq sahəsinin daxilinə doğru 31,5 metr uzunluğunda sərhəd hasarı çəkilməlidir. Torpaq sahəsinin ½ hissədə bölgü sxemi rəyə əlavə olunub. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəlləsinin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutlara əsasən müəyyən etdi ki, Cavabdeh və İddiaçı Torpağın mülkiyyətə verilməsinə dair JN-225F kod 30311028 nömrəli Dövlət Aktına əsasən Quba rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 03 saylı qərarı ilə Quba rayonu Mirzəməmmədkənd kəndi ərazisindən fərdi yaşayış evinin tikintisi məqsədilə 0.12 ha torpaq sahəsi verilmiş, sonradan həmin torpaq sahəsinə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli **********41 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış tərtib olunmuşdur. Həmin torpaq sahəsi ümumi birgə mülkiyyətdə olduğundan, Cavabdeh ilə, İddiaçı arasındakı nikah qeydi pozulduğdan sonra İddiaçı həmin torpaq sahəsinə istədiyi kimi sahiblik və istifadə etmək, həmçinin torpaq sahəsinə dair tək başına sərəncam vermək hüququnu əldə etmək mədsədilə ümumi birgə mülkiyyətə verilmiş 0.12 ha torpaq sahəsindən ona düşən payın naturada ayrılaraq verilməsini tələb etmişdir. İşdə olan sübutlara və Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX-nin Hüquqların dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2020ci il tarixli **********41 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Quba rayonu, Mirzəməmmədkənd ərazisində yerləşən 0,12 ha torpaq sahəsinin üç tərəfdən yol ilə sərhəd olmasını, üzərində olan yarımçıq tikilinin yerləşmə vəziyyətini, torpaq sahəsinə əlavə giriş-çıxış qapısının açılmasının mümkünlüyünü nəzərə alaraq, həmin torpaq sahəsinin naturada 1/2 hissəyə bölünməsi texniki cəhətdən mümkünlüyü və torpaq sahəsinin üzərində inşa edilmiş yarımçıq tikilinin arxasında olan hasardan 19,05 metr aralıdan torpaq sahəsinin daxilinə doğru 31,5 metr uzunluğunda sərhəd hasarı çəkilməli olduğu barədə Ekspert rəyi alınmışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdehin iddianı qəbul etməsi, torpaq sahəsinin bərabər payda iki hissəyə bölünməsinin mümkün olması barədə ekspert rəyinin olması və iddia tələbinin əsaslı olması səbəbindən iddia təmin edilməli, Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışa əsasən Quba rayonu, Mirzəməmmədkənd kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ ilə Cavabdeh və İddiaçı məxsus olan sahəsi 0,12 ha torpaq sahəsinin tikili olmayan hissəsindən eni 19,05 metr, uzunluğu 31,5 metr olmaqla torpaq sahəsi naturada ayrılıb İddiaçı verilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün, 100 manat ekspertiza xərci cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışa əsasən Quba rayonu Mirzəməmmədkənd kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ ilə Cavabdeh və İddiaçı məxsus olan sahəsi 0,12 ha torpaq sahəsinin tikili olmayan hissəsindən eni 19,05 metr, uzunluğu 31,5 metr olmaqla torpaq sahəsi naturada ayrılıb İddiaçı verilsin. 100 (yüz) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin X1 AZ34CTRE******************** №-li (VÖEN **********; KOD 210005; SFİFT BİK: CTREAZ22; müxbir hesab AZ41NABZ013601**********3944) xüsusi hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-913/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-913/2022
26.04.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver