Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-918/2021 08.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı və Cavabdeh Camaləddin oğlunun hüquqi varisi X1 etibarnamə əsasında nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh Camaləddin oğluna qarşı “alğı-satqı əqdinin etibarlı hesab edilməsi” tələbinə barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh Camaləddin oğlu arasında Torpağa Mülkiyyət Hüququna Dair JN -0333 seriyalı, kod 30312078 nömrəli Dövlət Aktına əsasən cavabdehə məxsus olan 0,24 hektar torpaq sahəsi üzrə bağlanmış alğı-satqı əqdinin etibarlı hesab edilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ona məxsus olan Quba rayonu, Afurca kəndində yerləşən 0,24 ha torpaq sahəsini dəyərini ödəyərək satın almışdır. Həmin torpaq sahəsi hazırda onun istifadəsindədir. Cavabdeh torpaq sahəsini 17.12.2002-ci il tarixdə bələdiyyədən satın almışdır. Torpaq sahəsini 2005-ci ildə ona satqıdan sonra isə onun adına dövlət aktı verilmişdir. Lakin, o vicdanlı alıcı kimi torpağın pulunu ödəyərək razılıq əsasında onu satın almışdır. Bununla əlaqədar aralarında akt tərtib edilmişdir. O, notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə icra etmişdir. Digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırmışdır. Buna görə də mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Camaləddin oğlunun hüquqi varisi X1 etibarnamə əsasında nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini qəbul edərək, iddia tələbinin təmin edilməsinə etirazı olmadığını bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh, İddiaçı, X1 və X2 iştirakları ilə tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş 15.01.2005-ci il tarixli torpaq sahəsinin alğı-satqına dair aktdan görünür ki, Cavabdeh mülkiyyətində və istifadəsində olan Quba rayonu, Afurca Bələdiyyəsinin 17.02.2002-ci il tarixli, 20 saylı qərarı ilə ona satılmış Afurca kəndi ərazisində yerləşən 0,24 ha torpaq sahəsini İddiaçı satmışdır. İş materiallarında olan JN-0333, KOD 30312078 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Quba rayon Afurca Bələdiyyəsinin 17.12.2002-ci il tarixli 20 saylı qərarına əsasən Cavabdeh Camaləddin oğluna 0,24 ha torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. İş materiallarında olan Quba rayonu Güləzi Bələdiyyəsinin 16.02.2021-ci il tarixli məktubundan görünür ki, Quba rayonu, Güləzi Bələdiyyəsi JN-0333, KOD 30312078 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən Quba rayon Afurca Bələdiyyəsi tərəfindən Cavabdeh verilmiş 0,24 ha torpaq sahəsinin onun adına rəsmiləşdirilməsinə dair iddiaya etiraz etmir. İş materiallarında olan Qusar rayon Notariat ofisinin 06.02.2021-ci il tarixli məktubundan görünür ki, X3 08.08.2020-ci il tarixdə vəfat etmiş mərhum Cavabdeh Camaləddin oğlunun vərəsələri sırasına daxildir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış əqdin etibarlı hesab edilməsinə dair iddianın hüquqi əsası aşağıdakı normalardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə müvafiq olaraq mülki hüquq münasibətlərinin subyektləri arasında yaranmış mübahisələr, həmin hüquq münasibətləri yaranan zaman qüvvədə olan mülki qanunvericilik müddəalarına əsasən həll olunmalı olduğundan, məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisənin (21 fevral 2003-cü il) həlli üçün 2000-ci il sentyabrın 1-dən sonra qüvvədə olan mülki qanunvericilik normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 2005-ci il 18 may tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsində göstərilir ki, tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırarsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda əqdin notariat tərtibatı tələb olunmur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 03 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konsitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konsitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericilklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.2-ci maddəsinə əsasən qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Məhkəmə hesab edir ki, tərəflərin hüquqi vəziyyətini yaxşılaşdırdığı üçün 2005-ci il 18 may tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 03 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konsitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konsitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarı hazırki işdə tətbiq edilə bilər. Beləliklə, məhkəmə araşdırmaları ilə müəyyən olunmuşdur ki, tərəflər yazılı şəkildə alğı-satqı müqaviləsi bağlamış, həmin müqavilənin şərtlərinə əsasən Cavabdeh Camaləddin oğlu özünə məxsus, Quba rayon Afurca Bələdiyyəsinin 17.12.2002-ci il tarixli 20 saylı qərarına əsasən JN-0333, KOD 30312078 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı əsasında Quba rayon Afurca yerləşən 0,24 hektar torpaq sahəsini İddiaçı satmış, sonuncu da həmin torpaq sahəsinin dəyərini həmin torpağın mülkiyyətçilərinə ödəmişdir. Tərəflər həmin torpaq sahəsinin alğı-satqı müqaviləsinin notarial qaydada təsdiqlənməsinə dair razılığa gəlmişlər. Satdığı həmin vaxtdan torpaq sahəsi İddiaçı faktiki sahiblik və istifadəsinə keçmişdir. Quba rayon Afurca yerləşən 0,24 hektar torpaq sahəsinin alğı-satqısı barədə tərəflər arasında bağlanmış müqavilə qanuna zidd deyildir və o, yazılı formada tərtib olunmuşdur. Lakin, Cavabdeh Camaləddin oğlu müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək, satılmış Quba rayon Afurca yerləşən 0,24 ha torpaq sahəsini notarial qaydada rəsmiləşdirməkdən boyun qaçırdığından müqavilənin notarial qaydada rəsmiləşdirilməməsi onların təqsiri üzündən baş vermişdir. Məhkəmə hesab edir ki, tərəflər daşınmaz əmlakla bağlı yazılı şəkildə alğı-satqı müqaviləsi bağladığından, bu müqavilə qanuna zidd olmadığından, alıcı bu müqavilə üzrə öz öhdəliklərini yerinə yetirdiyindən, lakin torpaq sahəsinin alğı-satqı müqaviləsinin notarial qaydada rəsmiləşdirilməməsi satıcının təqsiri üzündən və obyektiv səbəblərdən baş verdiyindən, hazırki işin faktiki hallarına Mülki Məcəllənin həmin vaxt qüvvədə olan 335.2ci maddəsi və Azərbaycan Respublikası Konsitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarı tətbiq olunmaqla ərizə təmin olunmalı, JN-0333, KOD 30312078 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən Cavabdeh Camaləddin oğluna məxsus Quba rayonu, Afurca kəndində yerləşən 0,24 hektar torpaq sahəsinin həmin şəxs tərəfindən 15.01.2005-ci il tarixdə İddiaçı satmasına dair aralarında bağlanmış alğı-satqı əqdi etibarlı hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220, 222 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. JN-0333, KOD 30312078 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən Cavabdeh Camaləddin oğluna məxsus 0,24 hektar torpaq sahəsinin Cavabdeh Camaləddin oğlu tərəfindən 15.01.2005-ci il tarixdə İddiaçı satmasına dair aralarında bağlanmış alğı-satqı əqdi etibarlı hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-918/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-918/2021
08.05.2021 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver