Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-944/2020 03.06.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı “yaşayış sahəsinin boşaldılması” tələblərinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdehlər Cavabdeh və Zamin ünvan 1 mənzil 11 saylı ünvanda yerləşən yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılmasına və həmin yaşayış sahəsinin boşaldıldılaraq İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(027)-18/2017 saylı icra vərəqəsinə uyğun olaraq Cavabdeh məxsus ünvan 1 mənzil 11 saylı ünvanda yerləşən yaşayış sahəsi 11ş07.2018-ci il tarixdə hərrac vasitəsi ilə satılmışdır. Alqı-satqı nəticəsində əmlaka dair mülkiyyət hüququ İddiaçı ASC-yə keçmiş və bu hüquq xx.xx.2018-ci il tarixdə daşınmaz Əmlakın Dövlət reyestrində qeydə alınmışdır.Həmin yaşayış sahəsində qeydiyyatda olmadan faktiki yaşayan Cavabdeh və Zamin yaşayış sahəsini (bir) ay ərzində boşaltmalı olduqları halda bu günədək vəzifələrini icra etməmişlər. İddiaçı ASC məhkəməyə teleqram ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh və Zamin məhkəmə iclasına gəlməmiş və gəlməməylərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazım qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh xx xxxx 1977-ci ildə ünvan 2 saylı ünvanda qeydiyyatdadır. İş materallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Zamin xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuşdur, ünvan 3 mənzil 56 saylı ünvanda qeydiyyatdadır. Mülki işin materiallarında olan “Elektron notariat” X1 xx.xx.2020-ci il tarixli Çıxarışdan görünür ki, göstərilən parametrlərə uyğun axtarış zamanı qeyd edilən ünvanda qeydiyyatda heç bir şəxs aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* nömrəli xx.xx.2018-ci il tarixli Çıxarışın surətindən görünür ki, ünvan 1 mənzil 11 saylı ünvanda yerləşən mənzil İddiaçı ASC-nin mülkiyyətindədir. İş materiallarında olan Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx xxxx 2008-ci il tarixli müqavilədən görünür ki, ünvan 1 mənzil 11 saylı ünvanda yerləşən mənzil 19.125 manata İddiaçı ASC-yə satılmışdır. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(027)-18/2017 saylı icra vərəqəsinə uyğun olaraq Cavabdeh məxsus ünvan 1 mənzil 11 saylı ünvanda yerləşən yaşayış sahəsi 11ş07.2018-ci il tarixdə hərrac vasitəsi ilə satılmışdır. Alqı-satqı nəticəsində əmlaka dair mülkiyyət hüququ İddiaçı ASC-yə keçmiş və bu hüquq xx.xx.2018-ci il tarixdə daşınmaz Əmlakın Dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* nömrəli xx.xx.2018-ci il tarixli Çıxarışına əsasən ünvan 1 mənzil 11 saylı ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı ASC-nin mülkiyyətindədir. Lakin, evin tam olaraq İddiaçı ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehlər Cavabdeh və Zamin hal-hazıradək həmin ünvanda yaşadığları, yaşayış sahəsini tərk etmədikləri və hazırda da həmin evdə qanuni əsaslar olmadan yaşamaqla, mülkiyyətçinin bu mənzilə olan mülkiyyət hüquqlarını pozulmasına yol vermişlər. Mülkiyyətçi olmadan, mülkiyyətçi ilə icarə və kirayə müqaviləsi bağlamadan, həmçinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslar olmadan həmin evdə yaşamaqla, ondan istifadə edirlər. Cavabdehlər heç bir hüquqi əsas olmadan sözügedən evdə yaşamaqla, həmin evdən qanunsuz istifadə edir və evə qanunsuz sahiblik edirlər. Cavabdehlər, iddiaçının mülkiyyətində olan ünvan 1 mənzil 11 saylı ünvanda yerləşən evdə heç bir hüquqi əsas olmadan yaşayırlar. Cavabdehlərin, iddiaçının mülkiyyətində olan ünvan 1 mənzil 11 saylı ünvanında yerləşən evində heç bir hüquqi əsas olmadan yaşamaları, iddiaçının həmin evə sahiblik, istifadə və sərəncam hüquqlarından ibarət mülkiyyət hüquqlarının əsassız məhdudlaşdırılması o deməkdir ki, bu da mülkiyyət hüquqlarının müdafiəsinə təminat verən qanun normalarının kobud pozuntusu olmaqla, yolverilməzdir. Cavabdehlər həmin evdən çıxarılmalı və iddiaçının sözügedən evə pozulmuş mülkiyyət hüquqları bərpa olunmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuşsa, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birgə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qanun normasından görünür ki, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb etməsi üçün 3 dispozitiv şərtin olması vacibdir:1) şəxsin həmin əmlaka mülkiyyət hüququ olmalı;2) həmin əmlak başqasının sahibliyində, həmçinin istifadəsində olmalı; 3) başqasının həmin əmlaka sahibliyi və istifadəsi qeyri-qanuni olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 205.1-ci maddəsinə əsasən mülkiyyətçinin öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi yolu ilə əmlakın alınması, müqavilədə tutmanın yönəldilməsinin ayrı qaydası nəzərdə tutulmayıbsa, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununa və ya məhkəmə qərarına əsasən həyata keçirilir. Həmin Məcəllənin 205.2-ci maddəsinə əsasən tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələbinə görə müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmanın əsaslarından biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. ş üzrə cavabdehlər ünvan 1 mənzil 11 saylı ünvanda fərdi yaşayış evindən qanuni əsaslarla istifadə etmələrini, həmin evin onların qanuni sahiblik və istifadəsində olmalarını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, iddia tələbinə etirazı əsaslandırdığı halları sübut edə bilməmişlər. Halbuki Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən iddia tələbinə etirazı əsaslandıran halları sübut etmə vəzifəsi cavabdehlərin üzərinə düşür. Beləliklə, məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalı iddia təmin olunmalı cavabdehlər Cavabdeh və Zaminİddiaçı ASC-nin xüsusi mülkiyyətində olan ünvan 1 mənzil 11 saylı ünvanda yerləşən yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmalı və ev İddiaçı ASC -yə təhvil verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən məhkəmə, q ə t e t d i: İddia təmin edilsin; Cavabdehlər Cavabdeh və Zaminİddiaçı ASC-nin xüsusi mülkiyyətində olan ünvan 1 mənzil 11 saylı ünvanda yerləşən 71.1 kv.m ümumi sahədən ibarət yaşayış evindən çıxarılsınlar, həmin ev boşaldılsın və qeyd edilən yaşayış sahəsi İddiaçı ASC -yə təhvil verilsin.. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-944/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-944/2020
03.06.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver