Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-945/2020 22.06.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, İddaçı İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı “yaşayış sahəsinin boşaldılması” tələblərinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdehlər Cavabdeh və Zamin Quba şəhəri, 32/33 məhəllədə 0.0408 ha torpaq sahəsi üzərində yerləşən 273.6 kv.m ümumi sahədən ibarət yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılması və həmin yaşayış sahəsinin boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(105)-742/2016 saylı icra vərəqəsinə uyğun olaraq Quba şəhəri, 32/33-cü məhəllədə 0.0408 ha torpaq sahəsi üzərində yerləşən 273.6 kv.m ümumi sahədən ibarət yaşayış sahəsi xx.xx.2017-ci il tarixdə hərrac vasitəsi ilə satılmışdır. Alqı-satqı nəticəsində əmlaka dair mülkiyyət hüququ İddiaçı ASC-yə keçmiş və bu hüquq xx.xx.2017-ci il tarixdə daşınmaz Əmlakın Dövlət reyestrində qeydə alınmışdır. Cavabdehlər Cavabdeh və Zamin Zəkəriyyə qızı yaşayış sahəsini 01 (bir) ay ərzində boşaltmalı olduqları halda bu günədək vəzifələrini icra etməmişlər. Məhkəmə iclasında İddiaçı ASC tərəfdən vəkil X4 iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh və Zamin məhkəmə iclasına gəlməmiş və gəlməməylərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazım qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2020-ci il tarixli Arayışından görünür ki, Cavabdeh xx.xx.1970-ci ildə Quba şəhərində anadan olub, Quba şəhəri, SU-81 saylı ünvanda qeydiyyatdadır. İş materallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2020-ci il tarixli Arayışından görünür ki, Zamin Zəkəriyyə qızı xx.xx.1975-ci ildə ünvan 2 saylı ünvanda qeydiyyatdadır. İş materiallarında olan RX seriyalı,1181640 saylı, xx.xx.2017-ci il qeydiyyat tarixli Çıxarışın surətindən görünür ki, Quba şəhəri, 32/33 məhəllədə yerləşən fərdi yaşayış evi İddiaçı ASC-nin mülkiyyətindədir. İş materiallarında olan X1 Mərkəzinin hərrac nəticələri haqqında yekun protokolun surətindən görünür ki, Quba şəhəri, 32/33 məhəllədə 0.0408 ha torpaq sahəsi və üzərində yerləşən 273.6 kv.m ümumi sahədən, 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi və onun tərkibi (həyətyanı tikili və qurğular) 19.8 kv.m 1 mərtəbəli sanitar qoşağından ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 40.000 manat, əmlakın satılmış son qiyməti 25.500 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(105)-742/2016 saylı icra vərəqəsinə uyğun olaraq Quba şəhəri, 32/33-cü məhəllədə 0.0408 ha torpaq sahəsi üzərində yerləşən 273.6 kv.m ümumi sahədən ibarət yaşayış sahəsi xx.xx.2017-ci il tarixdə hərrac vasitəsi ilə satılmışdır. Alqı-satqı nəticəsində əmlaka dair mülkiyyət hüququ İddiaçı ASC-yə keçmiş və bu hüquq xx.xx.2017-ci il tarixdə daşınmaz Əmlakın Dövlət reyestrində qeydə alınmışdır. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrdən RX seriyalı,1181640 saylı, xx.xx.2017-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Quba şəhəri, 32/33 məhəllədə yerləşən fərdi yaşayış evi İddiaçı ASC-nin mülkiyyətindədir. Lakin, evin tam olaraq İddiaçı ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehlər Cavabdeh Susam oğlunun və Zamin Zəkəriyyə qızının hal-hazıradək həmin ünvanda yaşadığları, yaşayış sahəsini tərk etmədikləri və hazırda da həmin evdə qanuni əsaslar olmadan yaşamaqla, mülkiyyətçinin bu mənzilə olan mülkiyyət hüquqlarını pozulmasına yol vermişlər. Mülkiyyətçi olmadan, mülkiyyətçi ilə icarə və kirayə müqaviləsi bağlamadan, həmçinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslar olmadan həmin evdə yaşamaqla, ondan istifadə edirlər. Cavabdehlər heç bir hüquqi əsas olmadan sözügedən evdə yaşamaqla, həmin evdən qanunsuz istifadə edir və evə qanunsuz sahiblik edirlər. Cavabdehlər, iddiaçının mülkiyyətində olan Quba şəhəri, 32/33 məhəllədə yerləşən fərdi yaşayış evində heç bir hüquqi əsas olmadan yaşayırlar. Cavabdehlərin, iddiaçının mülkiyyətində olan Quba şəhəri, 32/33 məhəllədə yerləşən fərdi yaşayış evində heç bir hüquqi əsas olmadan yaşamaları, iddiaçının həmin evə sahiblik, istifadə və sərəncam hüquqlarından ibarət mülkiyyət hüquqlarının əsassız məhdudlaşdırılması o deməkdir ki, bu da mülkiyyət hüquqlarının müdafiəsinə təminat verən qanun normalarının kobud pozuntusu olmaqla, yolverilməzdir. Cavabdehlər həmin evdən çıxarılmalı və iddiaçının sözügedən evə pozulmuş mülkiyyət hüquqları bərpa olunmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuşsa, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birgə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qanun normasından görünür ki, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb etməsi üçün 3 dispozitiv şərtin olması vacibdir:1) şəxsin həmin əmlaka mülkiyyət hüququ olmalı;2) həmin əmlak başqasının sahibliyində, həmçinin istifadəsində olmalı; 3) başqasının həmin əmlaka sahibliyi və istifadəsi qeyri-qanuni olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 205.1-ci maddəsinə əsasən mülkiyyətçinin öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi yolu ilə əmlakın alınması, müqavilədə tutmanın yönəldilməsinin ayrı qaydası nəzərdə tutulmayıbsa, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununa və ya məhkəmə qərarına əsasən həyata keçirilir. Həmin Məcəllənin 205.2-ci maddəsinə əsasən tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələbinə görə müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmanın əsaslarından biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. İş üzrə cavabdehlər Quba şəhəri, 32/33 məhəllədə yerləşən fərdi yaşayış evindən qanuni əsaslarla istifadə etmələrini, həmin evin onların qanuni sahiblik və istifadəsində olmalarını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, iddia tələbinə etirazı əsaslandırdığı halları sübut edə bilməmişlər. Halbuki Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən iddia tələbinə etirazı əsaslandıran halları sübut etmə vəzifəsi cavabdehlərin üzərinə düşür. Beləliklə, məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalı cavabdehlər Cavabdeh Susam oğlu və Zamin Zəkəriyyə qızıİddiaçı ASC-nin xüsusi mülkiyyətində olan Quba şəhəri, 32/33 məhəllədə yerləşən 0.0408 ha torpaq sahəsi üzərində yerləşən 273.6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılmalı və həmin ev boşaldılmalı və İddiaçı ASC -yə təhvil verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən məhkəmə, q ə t e t d i: İddia təmin edilsin; Cavabdehlər Cavabdeh Susam oğlu və Zamin Zəkəriyyə qızıİddiaçı ASC-nin xüsusi mülkiyyətində olan Quba şəhəri, 32/33 məhəllədə yerləşən 0.0408 ha torpaq sahəsi üzərində yerləşən 273.6 kv.m ümumi sahədən ibarət fərdi yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılsınlar, həmin ev boşaldılsın və İddiaçı ASC -yə təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-945/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-945/2020
22.06.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver