Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-946/2021 06.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X47 oğlunun katibliyi, Ərizəçi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Quba Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X20 və X14 qarşı «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Mərhum bacısı Şahbazova (Qasımova) Svetlana Mixaylovnaya 03 fevral 2000-ci il tarixli Qeydiyyat vəsiqəsinə əsasən mülkiyyət hüququ əsasında məxsus olmaqla ondan miras qalmış ünvan 1 ünvanda yerləşən iki mərtəbəli binanın ikinci mərtəbəsindəki 3 otaqlı mənzil üzrə vərəsəliyin açılma yerinin Quba şəhəri olması və həmin mirasın Şahbazova (Qasımova) Svetlana Mixaylovnanın ölümündən sonra o, Mirzəyeva (Qasımova) Asya Mixayıl qızının qəbul etməsi faktının təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X5 doğma bacısıdır. ünvan 1 ünvanda yerləşən 2 mərtəbəli binanın 2-ci mərtəbəsindəki 3 otaqlı mənzil 03 fevral 2000-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən mərhum bacısı X11 məxsus olmaqla ondan miras qalmışdır. X37 02 yanvar 2019-cu il tarixdə ölmüşdür. Onun ölümündən sonra vərəsələri- o, Ərizəçi, bacısı Sevda Talıbova və qardaşı Əzizağa Qasımov qalmışlar. X18, Hacıağa oğlu ilə X13 1943-cü ildə nikahları RF-nin Vladivastok şəhərində rəsmi qeyd etdirməklə evlənib ailə qurmuşlar. Birgə nikahlarından 21 noyabr 1944-cü il tarixdə bacısı X28 və xx xxxxx 1946cı il tarixdə o,-X34 RF Vladivostok şəhərində doğulmuşlar. Onlara doğum haqqında şəhadətnamə verilərkən onun və bacısı Svetlananın atalarının adı Mixayıl qeyd edilmişdir. Anası X13 1956-cı ildə RF-nin Vladivostok şəhərində vəfat etmişdir. Onun ölümündən sonra X4 1955-ci ildə X1 ilə ailə quraraq evlənmiş və birgə nikahlarından uşaqları 18 aprel 1956-cı il tarixdə X44, 25 fevral 1959-cu il tarixdə X20 və 01 avqust 1962-ci il tarixdə X25 doğulmuşlar. X4 25 fevral 1979-cu il tarixdə, X1 isə 13 yanvar 2008-ci il tarixdə ölmüşlər. Bacısı X28 29 iyul 1969-cu il tarixdə X35 ilə nikahlarını rəsmi qeyd etdirməklə Şahbazova soyadını qəbul etmişdir. X35 01 avqust 1989-cu il tarixdə ölmüşdür. Onların övladları olmamışdır. O-X34 19 oktyabr 1967-ci il tarixdə X6 ilə ailə quraraq Mirzəyeva soyadını qəbul etmişdir. Eləcə də, digər bacısı X25 16 avqust 1986-cı il tarixdə X41 ilə ailə quraraq Talıbova soyadını qəbul etmişdir. X2 24 dekabr 2005-ci il tarixdə ölmüşdür. Vərəsələrdən bacısı Sevda Talıbova və qardaşı Əzizağa Qasımov miras qoyan Svetlana Şahbazovanın miras əmlakını nə faktiki idarə etməklə, nədə ki, notariat kontoruna ərizə verməklə mirası qəbul etməmişlər. Sevda Talıbova mərhumə Svetlana Şahbazovanın sağlığında ailə quraraq, Bakı şəhərinə köçüb getmişdir. Svetlana Şahbazovanın sağlığında və ölümündən sonra həmin mənzili vərəsələrdən yalnız o, faktiki idarə etməklə mirası qəbul etmişdir. Həmin mənzilə dair bütün kommunal ödənişləri o ödəyir. Eləcə də, təmir və təmizlik işlərini o, gördürür. Hazırda o, bacısı X12 miras qalmış ünvan 1 ünvanda yerləşən iki mərtəbəli binanın 2- ci mərtəbəsində yerləşən 3 otaqlı mənzilə dair çıxarış almaq istəyir. Bunun üçün onun bacısı Şahbazova (Qasımova) Svetlana Mixaylovnanm vərəsəsi olaraq mirası qəbul etməyi, həmin mirası istifadə etməyi faktının müəyyən edilməsi tələb olunur. Beləliklə də, qanunvericiliyin tələbləri üzrə bacısı Şahbazova (Qasımova) Svetlana Mixayılovnadan miras qalmış ünvan 1 ünvanda yerləşən iki mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən 3 otaqlı mənzili faktiki idarə etməklə mirası mən qəbul etmişdir. Vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs 15 iyul 2019-cu il tarixli, 1001 saylı məktubu ilə qanunvericiliklə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddəti buraxdığı və X22 ilə o, Ərizəçi qohumluq faktını sübut edən sənədlərin yarasız olduğu bildirilərək, ona həmin faktların məhkəmə qaydasında müəyyən olunması izah olunmuşdur. Quba rayon məhkəməsinin 23.02.2021-ci il tarixli 2(027)- 530/2021 saylı qətnaməsi ilə 02 yanvar 2019-cu il tarixdə ölmüş Şahbazova (Qasımova) Svetlana Mixaylovna ərizəçi Mirzəyeva (Qasımova) Asya Miyaxıl qızının, X8, X9 və Talıbova (Qasımova) Sevdaqızınm bacısı, 25.02.1979-cu il tarixdə ölmüş X10 Şahbazova (Qasımova) Svetlana Mixaylovna, Mirzəyeva (Qasımova) Asya Mixayıl qızının, X7, X15 və Talıbova (Qasımova) Sevda Mirzəhməd qızının atası olmaqla qohumluq münasibətində olması faktı müəyyən edilmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X20 ərizəni qəbul edərək, bacısı X3mış mirası qəbul etmədiyini və etməyəcəyini, gələcəkdə də mirasın qəbulu üçün heç bir iddia tələbi olmayacağını bildirərək, Ərizəçi ərizəsinin təmin edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X27 ərizə ilə məhkəməyə müraciət edərək, 02.01.2019-cu il tarixdə vəfat etmiş bacısı X3mış mirası qəbul etmədiyini, etməyəcəyini, gələcəkdə mirasın qəbulu üçün müddətin bərpası və vərəsəliyin qəbulu ilə əlaqədar heç bir iddiasının olmayacağını və məhkəməyə müraciət etməyəcəyini bildirmişdir. Maraqlı şəxs Quba Regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisi məhkəməyə müraciət edərək, üzrlü səbəblərdən məhkəmə iclasında iştirak bilməyəcəyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X27 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqənin surətlərindən görünür ki, Mirzəyeva (Qasımova) Asya Mixayıl qızı xx.xx.1946-cı il tarixdə Rusiya Federasiyasının Vladivostok şəhərində anadan olmuşdur. Onun şəxsiyyət vəsiqəsində atasının adı “Mixayıl” olaraq, doğum haqqında şəhadətnaməsində “Mixaylovna” olaraq qeyd edilmişdir. İş materiallarında olan evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X35 ilə X24 29.08.1967-ci il tarixdə nikah bağlamışlar. Nikahdan sonra X19 “Şahbazova” soyadı verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X35 01.08.1989-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 02.01.2019-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnaməni surətindən görünür ki, X26 24.12.2005-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 18.04.1956-cı il tarixdə anadan olmuşdur. Onun atası – X21, anası – X31 olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin suərtindən görünür ki, X20 25.02.1959-cu il tarixdə anadan olmuşdur. Onun atası – X21, anası – X31 olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X25 01.08.1962-ci il tarixdə anadan olmuşdur. Onun atası – X21, anası – X31 olmuşdur. İş materiallarında olan 206 reyestr nömrəli, 03.02.2000-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Quba şəhəri, G.Əsədov küçəsində yerləşən iki mərtəbili binanın ikinci mərtəbəsində üç otaqlı ev Şahbazova (Qasımova) Svetlana Mixaylovnanın mülkiyyətindədir. İş materiallarında Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyinin 20.04.2021-ci il tarixli arayışından görünür ki, Ərizəçi bacısı X22 02.01.2019-cu ildə vəfat etmişdir. Onun vəfatından sonra vərəsələri olaraq - Ərizəçi (doğum tarixi xx.xx.1946-cı il), X20, (qardaşı, doğum tarixi 25.02.1959-cu il), X27, (bacısı, doğum tarixi 01 08.1962-ci il) qalmışdır. Mərhumənin həyat yoldaşı X35 01,08.1989-cu ildə, qardaşı, X30 24.12.2005-ci ildə vəfat etmişlər. Digər şəxslərin vərəsə olub-olmaması barədə Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyində heç bir məlumat yoxdur İş materiallarında olan Quba rayon Məhkəməsinin 2(027)-530/2021 saylı, 23.02.2021-ci il tarixli qətnaməsi ilə, 02.01.2019-cu il tarixdə ölmüş Şahbazova (Qasımova) Svetlana Mixaylovna ərizəçi Mirzəyeva (Qasımova) Asya Miyaxıl qızının, X8, X9 və Talıbova (Qasımova) Sevda Mirzəhməd qızının bacısı, 25.02.1979-cu il tarixdə ölmüş X10 Şahbazova (Qasımova) Svetlana Mixaylovna, Mirzəyeva (Qasımova) Asya Miyaxıl qızının, X8, X9 və Talıbova (Qasımova) Sevda Mirzəhməd qızının atası olmaqla qohumluq münasibətində olması faktı müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Quba Regional “ASAN XİDMƏT” Mərkəzində qeydiyyat şöbəsinin 15.07.2019-cu il tarixli, məktubundan görünür ki, Ərizəçi qanunvericilikdə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddəti buraxmış, ona sahiblik etməsi barədə sübutlar təqdim etməmişdir. Ona görə də, Ərizəçi həmin faktın müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Beləliklə, məhkəmədə müəyyən olundu ki, 206 reyestr nömrəli, 03.02.2000-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Quba şəhəri, G.Əsədov küçəsində yerləşən iki mərtəbili binanın ikinci mərtəbəsində üç otaqlı ev Şahbazova (Qasımova) Svetlana Mixaylovnanın mülkiyyətinə verilmişdir. Ərizəçinin bacısı X22 02.01.2019-cu il tarixdə vəfat etmişdir. Ərizəçi mərhum bacısı Şahbazova (Qasımova) Svetlana Mixaylovnadan qalmış miras əmlaka dair vergiləri ödəmiş, təsərrüfatı o idarə etmişdir. Ərizəçinin bacısı və qardaşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X27 və X17 miras əmlakını faktiki qəbul etməmiş və təsərrüfatı idarə etməmişdir. Həmin mirasla bağlı heç bir tələblə məhkəməyə müraciət etməmişlər. Lakin, Ərizəçi qanunu bilməməzlikdən və savadsızlıqdan bacısı vəfat etdikdən sonra notariat kontorunda miras qəbul edilməsi barədə ərizə verməmişdir. Bacısı Şahbazova (Qasımova) Svetlana Mixaylovnadan qalmış əmlakı vərəsəlik yolu qəbul etmək üçün Quba regional “ASAN xidmət” mərkəzinin notariat kontoruna müraciət etmiş, oradan mirası qəbul edilməsi barədə sübutlar təqdim edilmədiyindən və qanunla müəyyən edilmiş müddətdə buraxdığı üçün miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Qanunun 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (maddə 1243.2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsə sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, Ərizəçi göstərdiyi hallar, yəni 206 reyestr nömrəli, 03.02.2000-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Şahbazova (Qasımova) Svetlana Mixaylovnadan qalmış mirası- Quba şəhəri, G.Əsədov küçəsində yerləşən iki mərtəbili binanın ikinci mərtəbəsində üç otaqlı evi Ərizəçi qəbul etmiş hal-hazırda həmin əmlak onun faktiki sahibliyi və istifadəsindədir. Göstərilənləri nəzərə alaraq, ərizə əsaslı olduğu üçün təmin edilməli, 02.01.2019-cu ildə vəfat etmiş Şahbazova (Qasımova) Svetlana Mixaylovnadan miras qalmış Quba şəhəri, G.Əsədov küçəsində yerləşən iki mərtəbili binanın ikinci mərtəbəsində üç otaqlı ev vərəsəliyin açılma yeri Quba şəhəri olmaqla, onun tərəfindən qəbul etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. Ərizəçinin bacısı 02.01.2019-cu ildə vəfat etmiş Şahbazova (Qasımova) Svetlana Mixaylovnanın mülkiyyətində olan 206 reyestr nömrəli, 03.02.2000-ci il tarixli qeydiyyat vəsiqəsi əsasında Quba şəhəri, G.Əsədov küçəsində yerləşən iki mərtəbili binanın ikinci mərtəbəsində üç otaqlı ev vərəsəliyin açılma yeri Quba şəhəri olmaqla, Ərizəçi tərəfindən vərəsəlik qaydasında mirası qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-946/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-946/2021
06.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver