Məhkəmə qərarları › İş №2(027)-954/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-954/2024

19.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-954/2024 19.04.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 nümayəndəsi X3 iştirakı ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 maraqlı şəxlər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Quba rayon İHB-nın Xaltan İƏD-i üzrə nümayəndəliyi göstərilməklə doğum faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi1 xx.xx.1988-ci ildə Quba rayonu, Muçu kəndində Maraqlı şəxs1 doğulması faktının müəyyən edilməsi barədə, Ərizəçi2 xx.xx.1989-cu ildə Quba rayonu Muçu kəndində Maraqlı şəxs1 doğulması faktının müəyyən edilməsi barədə, Ərizəçi3 xx.xx.1992-ci ildə Quba rayonu Muçu kəndində Maraqlı şəxs1 doğulması faktının müəyyən edilməsi barədə, Ərizəçi4 xx.xx.2003-cü ildə Quba rayonu Muçu kəndində Maraqlı şəxs1 doğulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər ərizəni onunla əsaslandırmışlar ki, o, Ərizəçi1 xx.xx.1988-ci ildə Quba rayonu Muçu kəndində ev şəraitində Maraqlı şəxs1 doğulmuşdur. Anası ilə atasının rəsmi nikahı olmamamışdır. Anasının dediyinə görə yaşadıqları Quba rayonu Muçu kəndi Quba rayon mərkəzindən uzaq olduğu üçün onun doğumu ev şəraitində olmuşdur. O, Ərizəçi2 xx.xx.1989-cu ildə Quba rayonu Muçu kəndində ev şəraitində Maraqlı şəxs1 doğulmuşdur. Valideynlərinin rəsmi nikahı olmamamışdır. Anasının bildirdiyinə görə yaşadıqları Quba rayonu Muçu kəndi Quba rayon mərkəzindən uzaq olduğu üçün nəqliyyat vasitəsi olmadığından onun doğumu Quba rayon mərkəzi xəstəxanasında deyil ev şəraitində olmuşdur. O, Ərizəçi3 xx.xx.1992-ci ildə Quba rayonu Muçu kəndində ev şəraitində Maraqlı şəxs1 doğulmuşdur. Anası ilə atasının rəsmi nikahı olmamamışdır. Anasının dediyinə görə yaşadıqları Quba rayonu Muçu kəndi Quba rayon mərkəzindən uzaq olduğu üçün və hava şəraiti pis olduğundan anası mərkəzi xəstəxaya aparmaq mümkün olmamışdır və o ev şəraitində doğulmuşdur. O, Ərizəçi4 xx.xx.2003-cü ildə Quba rayonu Muçu kəndində ev şəraitində Maraqlı şəxs1 doğulmuşdur. Anası ilə atasının rəsmi nikahı olmamamışdır. Anasının dediyinə görə yaşadıqları Quba rayonu Muçu kəndi Quba rayon mərkəzindən uzaq olduğu üçün onun doğumu ev şəraitində olmuşdur. Onlar ev şəraitində doğulduqları üçün bu günə qədər doğum haqqında şəhadətnamə amamışlar və bu səbəbdən artıq onlar yetkinlik yaşına çatmaqlarına baxmayaraq şəxsiyyət vəsiqəsi ala bilməmişlər. Həmçinin nikahlarında rəsmiləşdirə bilməmişlər. Müraciət etdikləri qurumlardan da onlara doğum haqqında tibbi şəhadətnamə tələb olunur və onlar ev şəraitində doğulduqlarına görə tibbi şəhadətnamələri ala bilmirlər. Bu səbəbə görə məcburiyyət qarşısında qalaraq onların doğum faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət edirlər. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 ərizəsini müdafiə edib, ərizədə yazılanlara uyğun izahat vermiş və ərizənin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında Maraqlı şəxs1 ərizəni qəbul edərək göstərmişdir ki, o, X14 ilə rəsmi nikahı qeyd etdirmədən ailə qurmuşdur. Faktiki ailə münasibətlərindən xx.xx.1988-ci ildə Ərizəçi1, xx.xx.1989-cu ildə Ərizəçi2, xx.xx.1992-ci ildə Ərizəçi3, xx.xx.2003-cü ildə Ərizəçi4 Quba rayonu Muçu kəndində doğulmuşlar. Onlar ev şəraitində doğulduqları üçün onlara doğum haqqında şəhadətnamə ala bilməmişlər. Qəmlo, Ağacəfər, Fərhad və Elməddinin doğum haqqında şəhadətnamələri olmadığı üçün onlara şəxsiyyəti təsdiq edən sənədi almaq mümkün olmamışdır. Məhkəmə iclasında Maraqlı şəxs2 nümayəndəsi X9 ərizəni qəbul edərək təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə digər maraqlı şəxs Quba rayon İHB-nın Xaltan İƏD-i üzrə nümayəndəliyi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə hazırki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, Maraqlı şəxs1 onun bacıdır. Bacısı Vacibət rəsmi nikah qeyd etdirmədən X14 ilə evlənib ailə qurmuşdur. Ərizəçi1 xx.xx.1988-ci ildə, Ərizəçi2 xx.xx.1989-cu ildə, Ərizəçi3 xx.xx.1992-ci ildə, Ərizəçi4 xx.xx.2003-cü ildə Maraqlı şəxs1 Quba rayonu, Muçu kəndində ev şəraitində doğulmuş və həmin doğuşlarda iştirak etməklə bacısına kömək etmişdir. Məhkəmə iclasında digər şahid qismində dindirilmiş X6 da ifadəsində Maraqlı şəxs1 onun bacısı olduğunu, Ərizəçi1 xx.xx.1988-ci ildə, Ərizəçi2 xx.xx.1989-cu ildə, Ərizəçi3 xx.xx.1992-ci ildə, Ərizəçi4 xx.xx.2003-cü ildə Maraqlı şəxs1 ev şəraitində doğulmalarını və həmin doğuşlarda iştirak etməklə bacısına kömək etməyini təsdiq etmişdir. Məhkəmə, ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarxidə Quba rayon Xaltan kəndində Maraqlı şəxs1, X6, X2, X10 və X7 iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, həqiqətən Maraqlı şəxs1 xx.xx.1992-ci ildə Quba rayonu Muçu kəndində ev şəraitində 1 oğlan uşağı (diri) doğmuşdur. Uşağın hal-hazırda 31 yaşı var. Doğum şəhadətnaməsi və şəxsiyyət vəsiqəsi yoxdur. Soyadı, adı və ata adı Ərizəçi3dur. Akta yapışdırılan şəkil həqiqətən Ərizəçi3 məxsusdur. İş materiallarında olan xx.xx.2023-cü il tarxidə Quba rayon Xaltan kəndində Maraqlı şəxs1, X6, X2, X10 və X7 iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, həqiqətən Maraqlı şəxs1 xx.xx.1988-ci ildə Quba rayonu Muçu kəndində ev şəraitində 1 oğlan uşağı (diri) doğmuşdur. Uşağın hal-hazırda 35 yaşı var. Doğum şəhadətnaməsi və şəxsiyyət vəsiqəsi yoxdur. Soyadı, adı və ata adı Ərizəçi1dur. Akta yapışdırılan şəkil həqiqətən Ərizəçi1 məxsusdur. İş materiallarında olan xx.xx.2023-cü il tarxidə Quba rayon Xaltan kəndində Maraqlı şəxs1, X6, X2, X10 və X7 iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, həqiqətən Maraqlı şəxs1 xx.xx.1989-cu ildə Quba rayonu Muçu kəndində ev şəraitində 1 oğlan uşağı (diri) doğmuşdur. Uşağın hal-hazırda 34 yaşı var. Doğum şəhadətnaməsi və şəxsiyyət vəsiqəsi yoxdur. Soyadı, adı və ata adı Ərizəçi2dur. Akta yapışdırılan şəkil həqiqətən Ərizəçi2 məxsusdur. İş materiallarında olan xx.xx.2023-cü il tarxidə Quba rayon Xaltan kəndində Maraqlı şəxs1, X6, X2, X10 və X7 iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, həqiqətən Maraqlı şəxs1 xx.xx.2003-cü ildə Quba rayonu Muçu kəndində ev şəraitində 1 oğlan uşağı (diri) doğmuşdur. Uşağın hal-hazırda 21 yaşı var. Doğum şəhadətnaməsi və şəxsiyyət vəsiqəsi yoxdur. Soyadı, adı və ata adı Ərizəçi4dur. Akta yapışdırılan şəkil həqiqətən Ərizəçi4 məxsusdur. İş materiallarında olan Quba rayon Qeydiyyat X1, Ərizəçi4, Ərizəçi1 və Ərizəçi2 ünvanlanmış xx.xx.2024-cü il tarixli, 03-16-5/8- 107, 109,110, 111 №li məktublarından görünür ki, uşaqlar ev şəraitində doğulduğu, bu barədə tibb müəssisəsinin arayışı və ya doğuma kömək edən həkimin sənədi olmadığı üçün uşaqların doğumunun qeydə alınmasından imtina olunmuş və bu barədə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarında olan Maraqlı şəxs2 14 fevral 2024-cü il tarixli, 37 №li arayışından görünür ki, Ərizəçi1 barəsində Quba rayonu Qeydiyyat Şöbəsində doğum haqqında akt qeydi aşkar edilmədi. İş materiallarında olan Maraqlı şəxs2 14 fevral 2024-cü il tarixli, 38 №li arayışından görünür ki, Ərizəçi4 barəsində Quba rayonu Qeydiyyat Şöbəsində doğum haqqında akt qeydi aşkar edilmədi. İş materiallarında olan Maraqlı şəxs2 14 fevral 2024-cü il tarixli, 39 №li arayışından görünür ki, Ərizəçi3 barəsində Quba rayonu Qeydiyyat Şöbəsində doğum haqqında akt qeydi aşkar edilmədi. İş materiallarında olan Maraqlı şəxs2 14 fevral 2024-cü il tarixli, 40 №li arayışından görünür ki, Ərizəçi2 barəsində Quba rayonu Qeydiyyat Şöbəsində doğum haqqında akt qeydi aşkar edilmədi. Azərbaycan Respublikası MPM-nin 4.1. maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, X8 ilə X14 ilə evlənib ər-arvad münasibətlərində yaşamış və onların birgə yaşadıqları dövrdə xx.xx.1988-ci ildə Ərizəçi1, xx.xx.1989-cu ildə Ərizəçi2, xx.xx.1992-ci ildə Ərizəçi3, xx.xx.2003-cü ildə Ərizəçi4 doğulmuşlar. Lakin uşaqlar ev şəraitində anadan olduğundan və onların anadan olmasını təsdiq edən tibb müəssisəsinin sənədi olmadığından, onların doğumu rəsmi olaraq qeydiyyat orqanında qeyd edilməmişdir. Bu faktın müəyyən olunması həmin uşaqların doğum haqqında şəhadətnamə almaq, ad və vətəndaşlıq əldə etmək və sair hüquqlarının təmin olunması üçün lazımdır. Həmçinin ərizəçilər bu faktı təsdiq edən sənədləri başqa qaydada ala bilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə yuxarıda göstərilən qanun normalarına istinad edərək, qeyd edir ki, uşaqlarla anası arasında hüquq münasibətləri onların qan qohumluğu faktı əsasında yaranır. Doğum haqqında sənəddə uşaq haqqında məlumatlar və uşağın doğum tarixi ilə yanaşı, ananın adı, ata adı və soyadı yazılır. Uşağın anadan mənşəyi, əgər uşaq tibb müəssisəsindən kənarda anadan olmuşdursa və uşağın doğulmasını təsdiq edən sənədlər yoxdursa, onda şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilir. «Uşaq hüquqları haqqında» BMT Konvensiyasının 7.1-ci maddəsinə əsasən uşaq doğulduqdan sonra dərhal qeydə alınır və doğulduğu andan ad və vətəndaşlıq əldə etmək hüququna, habelə, mümkün olduğu dərəcədə, öz valideynlərini tanımaq və onlardan qayğı görmək hüququna malikdir. 19 may 1998-ci il tarixli “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi1 xx.xx.1988-ci ildə Quba rayonu Muçu kəndində, Ərizəçi2 xx.xx.1989-cu ildə Quba rayonu Muçu kəndində, Ərizəçi3 xx.xx.1992-ci ildə Quba rayonu Muçu kəndində, Ərizəçi4 xx.xx.2003-cü ildə Quba rayonu Muçu kəndində Maraqlı şəxs1 doğulması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2. maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi1 xx.xx.1988-ci ildə Quba rayonu Muçu kəndində; Ərizəçi2 xx.xx.1989-cu ildə Quba rayonu Muçu kəndində; Ərizəçi3 xx.xx.1992-ci ildə Quba rayonu Muçu kəndində; Ərizəçi4 xx.xx.2003-cü ildə Quba rayonu Muçu kəndində Maraqlı şəxs1 doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar