Məhkəmə qərarları › İş №2(027)-958/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-958/2021

26.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-958/2021 26.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı qohumluq faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 22 iyun 2020-ci il tarixdə ölmüş X10 onun anası olmaqla qohumluq münasibətində olması faktı müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X8, X5dır. X8 20 aprel 1999-cu il tarixdə, X5 22 iyun 2020-ci il tarixdə ölmüşlər. X4 AZ-İV 339852 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. X2 şəxsiyyət vəsiqəsi olmamış, şəxsiyyət vəsiqəsi üçün müraciət etmişdir. Lakin həmin vaxt X5 ölmüşdür. X5 ilə X8nun arasında rəsmi nikah olmadığı üçün X4 verilmiş AZ-İİ 113257 nömrəli ölüm haqqında şəhadətnaməsində soyadı qızlıq soyadı olan “Tağıyeva” kimi yazılmışdır. Hazırda X8 ilə X5 arasında rəsmi nikah olmadığından və X5 öldüyündən o, X1 “Camiyeva” kimi düzəliş edə bilmir. O, X5ndan qalmış mirası qəbul etmək və vərəsəlik haqqında şəhadətnamə almaq üçün Quba regional Asan Xidmət Mərkəzində notariat ofisinə müraciət etmişdir. Lakin Notariat Ofisinin 31 mart 2020-ci il tarixli məktubu ilə bundan imtina edilmiş və məkhəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Hazırda o X2 qızlıq soyadında qalması səbəbi ilə vərəsəliklə bağlı çətinliklərlə üzləşir. O, anası X1 “Tağıyeva” dan “Camiyeva” ya düzəliş edə bilmir. Ona görə də 22 iyun 2020-ci il tarixdə ölmüş X10 onun anası olmaqla qohumluq faktının müəyyən edilməsi lazımdır. Məhkəmədə Ərizəçi iddia ərizəsini müdaifə edərək və iddia ərizəsindəkilərə uyğun izahat verərək, ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına ghəlməmiş və gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə hazırki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 və X18 ifadələrində X10 onların qohumu olduğunu, X10 iki övladı Xalisə və Dünyaxanım olduqlarını, Cahan Tağıyevanın 2020-ci ilin iyun ayında vəfat etdiyini, X10 Ərizəçi anası olmasını göstərmişlər. Məhkəmə, ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Quba rayon RİHB-nın Rük kənd İƏD üzrə nümayəndəsinin 28.09.2020-ci il tarixli, 277 saylı Arayışından görünür ki, X6 rayonu Adur kəndində yaşamış və 22.06.2020-ci il tarixdə Quba rayonu Adur kəndində vəfat etmiş, vəfat etdikdən sonra vərəsələri 10.03.1964-cü il təvəllüdlü X16 və xx.xx.1974-cü il təvəllüdlü Ərizəçi qalmışdır. İş materiallarında olan doğum haqqında AZ-İV seriyalı 339852 nömrəli notarial qaydada təsdiq olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 XX.XX.1935-ci il tarixdə Quba rayonu, Adur kəndində anadan olmuşdur. İş materiallarında olan doğum haqqında AZ-İİİ seriyalı 494147 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X16 10.03.1964-cü il tarixdə Quba rayonu, Adur kəndində anadan olmuşdur. İş materiallarında olan doğum haqqında AZ-İİİ seriyalı 475735 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1974-cü il tarixdə Quba rayonu, Adur kəndində anadan olmuşdur. İş materiallarında olan ölüm haqqında AZ-İİ seriyalı 122823 №-li notarial qaydada təsdiq olunmuş şəhadətnamənin surətindən görünür ki, X15 22.06.2020-ci il tarixdə Quba rayonu Adur kəndində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin 11 ayının 02 günü 0481 № ilə qeyd edilmişdir. İş materiallarında olan ölüm haqqında AZ-İİ seriyalı 113257 №-li notarial qaydada təsdiq olunmuş şəhadətnamənin surətindən görünür ki, X17 20.04.1999-cu il tarixdə Quba rayonu Adur kəndində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 1999-cu ilin 09 ayının 30 günündə 25 № ilə qeyd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 02 noyabr 278 saylı arayışdan görünür ki, X10 ailə vəziyyətinin müəyyən edilməsi məqsədi ilə 1953-cü ildən 22.06.2020-ci ilədək olan dövrə aid “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxalam aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 02 noyabr 279 saylı arayışdan görünür ki, X14 ailə vəziyyətinin müəyyən edilməsi məqsədi ilə 1950-ci ildən 20.04.1999-cu ilədək olan dövrə aid “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxalam aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan X13 Notariat ofisində təsdiqlənmiş ərizəsindən görünür ki, 22.06.2020-ci il tarixdə ölmüş X7 qalmış mirasın ona çatası hissəsindən imtina edir. Məhkəmə təhqiqatı zamanı mərhum X10 Ərizəçi ilə qohumluq münasibətlərində (anası) olması, bu barədə doğum haqqında akt qeydləri kitabında məlumat olmadığı üçün ərizəçinin həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilməməsi və həmin hüquqi faktın müəyyən edilməsinin ona X5ndan qalmış mirası qəbul etmək və vərəsəlik haqqında şəhadətnamə almaq üçün lazım olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması barədə hüquqi əhəmiyyətli fakt məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 22 iyun 2020-ci il tarixdə ölmüş mərhum X10 Ərizəçi anası olması faktı müəyyən edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: Ərizə təmin olunsun. 22 iyun 2020-ci il tarixdə ölmüş mərhum X10 Ərizəçi anası olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar