Məhkəmə qərarları › İş №2(027)-966/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-966/2022

18.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-966/2022 18.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X14 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı qohumluq faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 13 iyul 2020-ci ildə vəfat etmiş Tosoyeva Lütfi, atası X9 anası qohumluq münasibətində olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası X15 25 sentyabr 1958-ci ildə Özbəkistan Respublikasının Daşkənt Vilayətinin Akurqan rayonunda anadan olmuş, 19 noyabr 2021-ci ildə Quba rayonu, Timiryazev qəsəbəsində vəfat etmişdir. Atasının doğum haqqında şadətnaməsində atasının adı Tosoyev Adim, anasının adı Kasimova Lütfiyə qeyd edilmişdir. Amma 15.12.1934-cü ildə Gürcüstan Respublikası Axalsixi rayonunda anadan olmuş, Gürcüstan Respublikası Axalsixi rayonunda 1941-ci ildə sürgün nəticəsində Özbəkistan Respublikasına köçürülmüş atasının anasına Özbəkistan Respublikasının Daşkənd vilayətinin, Akurqan rayonunda 1946-cı il də verilən doğum haqqında şəhadətnaməsində X12, ona məxsus Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsində adı və soyadı Tosoyeva Lütfi qeyd olunmuşdur. X16 anası 13 iyul 2020-ci ildə Quba Rayon Timiryazev qəsəbəsində vəfat etmişdir. Onun ölüm haqqında Şadətnaməsində də soyadı və adı "Tosoyeva Lütfi" kimi qeyd olunmuşdur. X16 anasından Quba rayonu Timiryazev qəsəbəsində yerləşən 0,6 ha fərdi qaydada ev tikmək üçün torpaq miras qalmışdır. Atası X15 mirasa əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün 31 oktyabr 2020-ci ildə Quba Regional ASAN Xidmət mərkəzinin Notariat ofisinə ərizə ilə müraciət etmişdir. Nənəsinin digər vərəsələri X11, X5, notariat ofisinə mirasdan imtina barədə ərizə veriblər. Hazırda atasının anasından qalmış mirası qəbul etmək və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəyir. Bu barədə Quba Regional "ASAN Xidmət" Mərkəzində Notariat ofisinə ərizə ilə müraciət etmiş. Mirası qəbul üçün qohumluğu sübut edən sənədləri məhkəməyə təqdim etməlidir. Atasının doğum haqqında şahədətnaməsində "Kasimova Lütfiyə" yazıldığı üçün qohumluğunu təsdiq edə bilmir. Bu səbəbdən də vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir. Bununla əlaqədar sənəd almaq üçün qeydiyyat şöbəsinə ərizə ilə müraciət etsə də, qeydiyyat şöbəsində ərizənin icrasında imtina olunmuş və məhkəməyə müraciət etmə hüququnu izah edilmişdir. Beləliklə atası X9 anası Tosoyev Lütfi ilə qohumluq faktı yalnız məhkəmə qaydasında müəyyən edilə bilər. Məhkəmə iclasında Ərizəçi ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 və X2 izahatlarında bildirmişlər ki, Tosoyeva Lütfi ilə X3rın qonşusu olmuşdur. Tosoyev Lütfi həqiqətən də X6 anasıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnaməsinin və şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Ərizəçi xx.xx.1988-ci il tarixdə anadan olmuşdur. Onun atası - X7. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Tosoyeva Lütfi 13.07.2020-ci il tarixdə Quba rayonu, Timiryazev qəsəbəsində vəfat etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 19.11.2021-ci iı tarixdə Quba şəhərində vəfat etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətində görünür ki, X12 15.12.1934-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətində görünür ki, X15 25.09.1958-ci il tarixdə anadan olmuşdur. Onun atası – Tosoyev Adim, anası isə Qasımova Lütfiyədir. İş materiallarında olan Quba rayon Məhkəməsinin 2(027)-387/2021 saylı, 18.03.2021-ci il tarixli qətnaməsi ilə Ərizəçi X9 hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi təmin edilmiş və Torpağın mülkiyyətə verilməsinə dair dair JN:072F KOD 30304048 saylı şəhadətnamənin “Tosoyeva Lütfi”yə münasibətdə ona məxsus olmasına dair hüquqi fakt müəyyən edilmişdir. İş materiallarında olan Quba regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin 24.12.2021-ci il tarixli məktubundan görünür ki, Ərizəçi 19.11.2021-ci il tarixdə vəfat etmiş X1 üzrə vərəsələri sırasına daxildir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, 13.07.2020-ci il tarixdə vəfat etmiş Tosoyeva Lütfi X9 anasıdır. Ərizəçi atası X15 19.11.2021-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçi 08.02.2006-cı ildə ölmüş X4 Ərizəçi atası olmaqla qohumluq münasibətində olması faktı iş materialları ilə təsdiq olunduğu üçün, ərizə əsaslıdır və təmin olunmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 13.07.2020-ci ildə vəfat etmiş Lütfi Tosoyevanın X9 anası olmaqla qohumluq münasibətində olması faktı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar