Məhkəmə qərarları › İş №2(028)-106/2021

Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №2(028)-106/2021

17.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(028)-106/2021 17.02.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinov Ərizəçi ərizəsini nəzərdən keçirib, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 03 mart 1981-ci il tarixdən 08 dekabr 1994-cü ilə qədər Qubadlı rayonu, Mədəniyyət və X2 rayonu, Başarat kənd klubunda işləməyi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizədə göstərilmişdir ki, o, xx xxxxxx 1959-cu ildə Qubadlı rayonu Başarat kəndində anadan olmuşdur. Qubadlı rayonundan məcburi köçkündür. Hazırda Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsində yerləşən həyət evində məskunlaşmışdır. O, 03 mart 1981-ci il tarixdən 08 dekabr 1994-cü ilə qədər Qubadlı rayonu, Mədəniyyət və X2 rayonu, Başarat kənd klubunda xadimə işləmişdir. Qubadlı rayonunun işğalından sonra da Qubadlı rayon Mədəniyyət və Turizm Şöbəsində öz fəaliyyətini davam etdirmiş, o da həmin idarədə öz əmək fəaliyyətini davam etdirmiş, aylıq əmək haqqı almış, eyni zamanda yeni əmək kitabçası almışdır. 02 iyul 2018-ci il tarixdə 2017-ci ilin yanvar ayından dondurulmuş orta aylıq əmək haqqı dayandırıldığına görə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Eyni idarədə işlədiyi üçün hal-hazırda onda olan əmək kitabçasında da əvvəllər işləməyi barədə qeydlər yazılmışdır, lakin əmrin nömrələri dəqiq olaraq göstərilməsi mümkün olmamışdır. Belə ki, onun əmək kitabçası işğal zonasında iş yerində qalmışdır, həmin dövrə aid sənədlər isə arxiv idarəsinə verilməmişdir. O bununla bağlı Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Qubadlı rayon İcra Hakimiyyəti Qubadlı rayon Dövlət Arxivinə müraciət etmişdir. Lakin iş materiallarına əlavə etdiyi Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Qubadlı rayon İcra Hakimiyyəti Qubadlı rayon Dövlət Arxiv çıxarışı ilə müəyyən olunmuşdur ki, Qubadlı rayonunun işğalı ilə əlaqədar arxiv sənədləri Qubalı rayon dövlət arxivinə dövlət mühafizəsinə təhvil verilməmişdir. Bu səbəbdən də onun orda işləməyi faktını başqa heç bir sənəd ilə təsdiq edə bilmir. Çünki həmin vaxtlar müharibə dövrünə düşdüyü üçün onun əmək kitabçası işğal zonasında iş yerində qalmışdır. İş materiallarına əlavə etdiyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Publik hüququ şəxs 1 saylı regional ərazi filialının 25 yanvar 2021-ci il tarixli məktubundanda göründüyü kimi onun əmək pensiyası təyin edilməsi ilə əlaqədar ərizəsinə baxılaraq bildirilmişdir ki, azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiya hüququ vardır. Məhkəmə ərizəni və ona əlavə edilmiş materialları nəzərdən keçirərək belə nəticəyə gəlir ki, Ərizəçi ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, Ərizəçi əmək kitabşçası mövcuddur və onun 03 mart 1981-ci il tarixdən 08 dekabr 1994-cü ilə qədər Qubadlı rayonu, Mədəniyyət və X2 rayonu, Başarat kənd klubunda xadimə işləməyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 13.2-ci bəndinə əsasən əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Həmin qərarın 13.3-cü bəndinə əsasən əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən isə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 151- 152-ci, 308-ci və 263-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Publik hüququ şəxs 1 saylı regional ərazi filialına qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi barədə ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qubadlı Rayon Məhkəməsinə verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar