Məhkəmə qərarları › İş №2(028)-108/2025

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-108/2025

21.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-108/2025 21.04.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X15 Mübariz oğlunun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi (Maraqlı şəxs) atalıq faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1976-cı il təvəllüdlü X3 xx.xx.2005-ci il təvəllüdlü Şahid və xx.xx.2011-ci il təvəllüdlü X4 atası olması faktının müəyyən edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizəçi məhkəməyə dəqiqləşmə ərizəsi təqdim edərək bildirmişdir ki, qızı xx.xx.2005-ci il təvəllüdlü Şahid yetkinlik yaşına çatmışdır. Onun müstəqil surətdə məhkəməyə müraciət etmək hüququnun olmasını nəzərə alaraq, ərizənin yalnız qızı Zəhra Axundzadəyə münasibətdə təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, o, X6 ilə xx.xx.2004cü il tarixdə faktiki nikaha daxil olmuşdur. Aralarında rəsmi nikah olmamışdır. Birgə faktiki nikahdan iki övladları vardır. Ailəlik müddətində çox mehriban yaşayıblar. Rəsmi nikah olmadığına görə uşaqlarının soyadı və ata adı qeydiyyat şöbəsi tərəfindən onun istəyi ilə qeydə alınmışdır. Həyat yoldaşı xx.xx.2024-cü ildə ölmüşdür. Faktın müəyyən edilməsi ona ailə başçısını itirməyə görə müavinət alması üçün lazımdır. Göstərilənlərə əsasən ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPMin 185.5-ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X1 bildirdi ki, ərizəçi qaynının arvadıdır. Mərhum Təhməz həyat yoldaşının qardaşı olub. X10 Axundovadan iki qız övladı vardır. O, 2024cü ildə rəhmətə getmişdir. Məhkəmə iclasında Şahid bildirdi ki, ərizəçi anasıdır. Təhməz Hüseynov onun atası olub. Ailədə iki bacıdılar. Ataları daim onlarla yaşayıb. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işin materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinin M.Ə.Rəsulzadə qəsəbəsi üzrə Nümayəndəliyinin 479 saylı, xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X6 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 Mart küçəsi, 17 saylı evdə daimi pasport qeydiyyatında olub və o, xx.xx.2024-cü ildə vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinin M.Ə.Rəsulzadə qəsəbəsi üzrə Nümayəndəliyinin 478 saylı, xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Ərizəçi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 Mart küçəsi, 17 saylı evdə Qubadlı rayonundan məcburi köçkün kimi müvəqqəti olaraq məskunlaşmışdır və onun ailə tərkibi 2005-ci il təvəllüdlü Şahid və 2011-ci il təvəllüdlü X2 ibarətdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X7 xx.xx.2011-ci ildə anadan olmuşdur. Ata qrafasında X9, ana qrafasında isə Ərizəçi qeyd olunmuşdur. İş materiallarında olan Qubadlı rayon VVADQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X5 xx.xx.2005-ci ildə anadan olmuşdur. Ata qrafasında X9, ana qrafasında isə Ərizəçi qeyd olunmuşdur. İş materiallarında olan Ölüm haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X6 xx.xx.2024-cü ildə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü ildə 861№ ilə qeyd edilmişdir. İş materiallarında olan və Maraqlı şəxs tərəfindən ərizəçiyə ünvanlanmış 3-16-5/8- A-xx-xx/2025 saylı xx.xx.2025-ci il tarixli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinə əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Uşaqların atası hesab edilən şəxsin X3 öldüyünü nəzərə alaraq məhkəməyə müraciət etmək məsləhət görülür. Eyni zamanda bildirilmişdir ki, Ailə Məcəlləsinin 47.1-ci maddəsinə əsasən həmin Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yoli ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideynin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideyinin qəyyumunun tələbi ilə açılar bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 6.2. bəndində göstərilir ki, atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında qeydə alınır. 6.6-cı bəndində göstərilir ki, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, habelə uşaq yetkinlik yaşına çatdıqda qeydiyyat şöbəsi və konsulluq idarəsi atalığın müəyyən edilməsini atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəcisinin), uşağı saxlayan, uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi ilə məhkəmə qaydasında müəyyən edildikdən sonra məhkəmə qətnaməsinə əsasən qeydə alır. 6.16-cı bəndində göstərilir ki, uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 11-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.10-cu maddəsində nəzərdə tutulan faktınyəni atalığın etiraf olunması faktının xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bu normaya əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Yəni atalığı etiraf etmə (atalığın tanınması) faktının müəyyən olunması üçün 3 şərt mövcud olmalıdır: 1. Özünü uşağın atası hesab edən şəxs uşağın anası ilə nikahda olmamalıdır; 2. Həmin şəxs özünü uşağın atası hesab etməlidir; 3. Özünü uşağın atası hesab edən şəxs ölmüş olmalıdır. Atanın sağ olduğu dövrdə atalığın müəyyən olunması isə Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən həll edilir və birmənalı olaraq bu iddialara iddia icraatı qaydasında baxılır. Ölən şəxsin özünü uşağın atası hesab etməsini təsdiq edən sübutlara şahid ifadələri, yazılı və maddi sübutlar, həmin şəxsin uşağın anası ilə bir evdə yaşaması, uşağın tərbiyəsində iştirak etməsi, yazılı məktubları, həmçinin uşağın bağçaya, məktəbə qəbul edilməsinə dair məktəb rəhbərliyinin adına yazdığı ərizələr və sair ola bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ərizəçi 2004-cü ildə X6 ilə nikahlarını rəsmi olaraq qeyd etdirmədən ailə qurmuşlar və mərhum xx.xx.2011-ci il təvəllüdlü X4 atasıdır. Bu hal şahidlərin ifadələri ilə sübut olunur. Azərbaycan Respublikasının MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə görə məhkəmə şəxslərin qohumluq munasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəci həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1976-cı il təvəllüdlü X3 xx.xx.2011-ci il təvəllüdlü X4 atası olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM RAMİZ QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar