Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-114/2021 02.04.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X15 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, Ərizəçi, Üçüncü şəxs X5 nümayəndəsi Ərizəçi iştirakı ilə Ərizəçi və üçüncü şəxs X5 maraqlı tərəf Qubadlı rayon Qeydiyyat şöbəsinə qarşı atalıq faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 02.09.1966-cı il təvəllüdlü X9 24.05.2002-ci il təvəllüdlü X10 və 24.06.2003-cü il təvəllüdlü X6 atası olması faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmədə ərizəçi və üçüncü şəxsin nümayəndəsi ərizəni müdafiə edərək göstərdi ki, o, 2001-ci ildə X16 ilə nikahlarını rəsmi olaraq qeyd etdirmədən ailə qurmuşlar. Faktiki nikahdan iki uşaqları vardır. 2020-ci ilin dekabr ayının 11-də X16 vəfat etmişdir. X16 hərbi xidmətdə olan oğlu X10 ilə görüş üçün gedərkən Ağstafa rayonu ərazisində baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində qaraciyər və öd kisəsindən aldığı travmalar səbəbindən vafat etmişdir. Rəsmi nikah olmadığına görə ərizəçi uşaqlara öz soyadını vermiş və onların doğum haqqında şəhadətnamələrinin ata qrafasında onun soyadı qeyd edilmişdir. Hazırda baş vermiş yol-nəqliyyat hadisəsində zərərçəkmiş şəxsin qanuni nümayəndəsi kimi tanınması üçün X9 24.05.2002-ci il təvəllüdlü X10 və 24.06.2003-cü il təvəllüdlü X6 atası olması faktının müəyyən edilməsi zəruriyyəti yaranmışdır. Həmçinin ailə başçısını itirməyə görə təqaüd da ala bilmirlər.Bu pula böyük ehtiyac var. Atalıq faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını göstərərək, ərizəsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı tərəf olan Qubadlı rayon Qeydiyyat şöbəsi qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına onun səlahiyyətli nümayəndəsi gəlməmiş və gəlməməsinin səbələri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə maraqlı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şahid X7 göstərdi ki, ərizəçi onun dayısı qızıdır.Ərizəçi əslən Cəlilabad rayonundan olan X16 ilə 2001-ci ildə faktiki nikaha daxil olmuşdur. Həmin nikahdan iki uşaqları var. X1 göstərdi ki, o, mərhum X9 doğma bacısıdır. Qardaşı 2001-ci ildə faktiki olaraq ərizəçi ilə ailə qurmuşdur. Həmin nikahdan onların iki uşağı var. 11 dekabr 2020-ci ildə qardaşı vəfat etmişdir. Buna görə də o, təsdiq edir ki, mərhum X16 24.05.2002-ci il təvəllüdlü X10 və 24.06.2003-cü il təvəllüdlü X6 atasıdır. X3 göstərdi ki, o, mərhum X9 doğma bacısıdır. Qardaşı 2001-ci ildə faktiki olaraq ərizəçi ilə ailə qurmuşdur. Həmin nikahdan onların iki uşağı var.11 dekabr 2020-ci ildə qardaşı vəfat etmişdir. Buna görə də o, təsdiq edir ki, mərhum X16 24.05.2002-ci il təvəllüdlü X10 və 24.06.2003-ci il təvəllüdlü X6 atasıdır. Qardaşı Cəlilabad rayonunun Bəcrəvan kəndində dəfn olunmuşdur. Məhkəmə iş üzrə ərizəçini və şahidləri dinləyib, işin materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ərizəçi 2001-ci ildə X16 ilə nikahlarını rəsmi olaraq qeyd etdirmədən ailə qurmuşlar. Bu hal şahidlərinin ifadələri ilə sübut olunur. İş materiallarında olan Qubadlı rayon VVADQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X10 24.05.2002-ci ildə anadan olmuşdur. Ata qrafasında X11, ana qrafasında isə Ərizəçi qeyd olunmuşdur. İş materiallarında olan Qubadlı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X12 24.06.2003-cü ildə anadan olmuşdur. Ata qrafasında X11, ana qrafasında isə Ərizəçi qeyd olunmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X16 10.12.2020-ci ildə Ağstafa rayonunda ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 11.12.2020-ci ildə 443 № ilə qeyd edilmişdir. İş materiallarında olan və Qubadlı rayon qeydiyyat şöbəsi tərəfindən ərizəçiyə ünvanlanmış 02.03.2021-ci il tarixli 05/Q-43/69 saylı məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinə əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Uşaqların atası hesab edilən şəxsin X9 öldüyünü nəzərə alaraq məhkəməyə müraciət etmək məsləhət görünür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 47.1-ci maddəsinə əsasən bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-çü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı» Qaydasının 6.2. bəndində göstərilir ki, atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında qeydə alınır. 6.6-çı bəndində göstərilir ki, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, habelə uşaq yetkinlik yaşına catdıqda qeydiyyat şöbəsi və konsulluq idarəsi atalığın müəyyən edilməsini atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayan, uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi ilə məhkəmə qaydasında müəyyən edildikdən sonra məhkəmə qətnaməsinə əsasən qeydə alır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 11-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.10-cu maddəsində nəzərdə tutulan faktın yəni atalığın etiraf olunması faktının xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bu normaya əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Yəni atalığı etiraf etmə (atalığın tanınması) faktının müəyyən olunması üçün 3 şərt mövcud olmalıdır: 1. Özünü uşağın atası hesab edən şəxs uşağın anası ilə nikahda olmamalıdır; 2. Həmin şəxs özünü uşağın atası hesab etməlidir; 3. Özünü uşağın atası hesab edən şəxs ölmüş olmalıdır. Atanın sağ olduğu dövrdə atalığın müəyyən olunması isə Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən həll edilir və birmənalı olaraq bu iddialara iddia icraatı qaydasında baxılır. Ölən şəxsin özünü uşağın atası hesab etməsini təsdiq edən sübutlara şahid ifadələri, yazılı və maddi sübutlar, həmin şəxsin uşağın anası ilə bir evdə yaşaması, uşağın tərbiyəsində iştirak etməsi, yazılı məktubları, həmçinin uşağın bağçaya, məktəbə qəbul edilməsinə dair məktəb rəhbərliyinin adına yazdığı ərizələr və sair ola bilər. Azərbaycan Respublikasının MPM-nin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad cıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə görə məhkəmə şəxslərin qohumluq munasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəci həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata kecirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma ücün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası MPM-nin 216- 220ё360-çi maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 02.09.1966-cı il təvəllüdlü X9 24.05.2002-ci il təvəllüdlü X10 və 24.06.2003-cü il təvəllüdlü X6 atası olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-114/2021
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-114/2021
02.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver