Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-127/2022 29.03.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X5 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı cinayət əməli nəticəsində dəyən ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3300 (üç min üç yüz) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2,178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxsdir. Cavabdeh iş yoldaşı olduğundan inam və etibarından istifadə edərək ondan 3300 manat pul almışdır.Yasamal Rayon Məhkəməsinin 2021-ci il tarixli hökmü ilə Cavabdeh 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. 2017-ci il noyabr ayının əvəllərində tanıdığı və nümayəndəsi olduğu X3 anası Sevda Ağamoğlanovanın ona qarşı pul iddiası ilə bağlı mülki işi üzrə Ali Məhkəməyə şikayət verilməsi ilə əlaqədar Cavabdeh ilə ofisdə məsləhətləşərkən Cavabdeh 1000 manat müqabilində Apellyasiya məhkəməsinin qətnaməsini ləğv etdirə biləcəyini ona demişdir.O, bu barədə Ələkbərov Yusifə demiş və Ələkbərov Yusif ona bildirmişdir ki, Cavabdeh o özü pulu versin və həmin pulu Ələkbərov Yusif ona sonra qaytaracaqdır.O, Cavabdeh ofisdə 1000 manat vermiş və işə çıxmaq üçün 300 manat əlavə ona vermişdir.Sonra məlum olmuşdur ki, Cavabdeh məhkəmə prosesində iştirak etməmişdir.Bu barədə Cavabdeh deyəndə o, işin Ali Məhkəmə Plenumda başqa hakimə verildiyi və ondan aldığı pulu həmin hakimə çatdırdığını bildirmişdir.Sonra ona məlum olmuşdur ki, Ali Məhkəmə Plenumun icraatında X4 adlı şəxsin heç bir işi yoxdur. Bu barədə Cavabdeh deyəndə, Cavabdeh yaxın günlərdə nəticə qərarını alıb verəcəyini vəd etmiş, lakin bunu etməmişdir. 2018-ci il yanvar ayında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 6 il 8 ay 4 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş yaxın dostu X2 cəzasını yüngülləşdirilməsinə dair ailəsinin xahişini nəzərə alıb bu haqda Cavabdeh ilə məsləhətləşərkən Cavabdeh 5000 manat müqabilində bu işin öhdəsindən gələ biləcəyini bildirmişdir. Cavabdeh inanaraq ona 5000 manat vermişdir.Həmin ay Cavabdeh Azərbaycan Respublikası Ali Məhkəməsinin 17.01.2018-ci il tarixli qərarını göstərərək guya X2 cəzasını 3 il 5 ay 4 gün müddətinə azaldılmasına nail olduğunu bildirmişdir. O, özü də hüquqşünas olduğundan və X2 əməlinin qanuni qaydada tövsif olduğunu deyəndə, Cavabdeh ifşa olduğunu başa düşərək ondan aldığı 5000 manat pulu qaytarmalı olmuşdur.X1 ailəsi cəzasını şərti cəza ilə əvəz edilməsinə qanuni qaydada nail olmağı xahişini nəzərə alıb bu haqda yenə Cavabdeh müraciət etmişdir.Cavabdeh həmin işlə yaxından məlumatlı olduğu üçün onun yanında guya Qaradağ Rayon Məhkəməsinin hakiminə zəng edərək, işi həll edəcəyinə söz vermiş və 5000 manat müqabilində bu işin öhdəsindən gələ biləcəyini bildirmişdir.Cavabdeh inanaraq ona 5000 manat vermişdir. Cavabdeh məhkəmə baxışının 13.08. 2018-ci il tarixdə olacağını və bir gün sonra X2 həbsdən azad olunacağı bildirmişdir. 13.08.2018-ci il tarixdə Qaradağ Rayon Məhkəməsinə getdikdə Kənanla bağlı məhkəmə baxışı üçün hər hansı müraciətin olmadığı və Cavabdeh onu aldatdığı məlum olmuşdur. Yasamal Rayon Məhkəməsinin 2021-ci il tarixli hökmü ilə müəyyən olunmuşdur ki, Cavabdeh onun inam və etibarından istifadə edərək 2017-ci il və 2018-ci il tarixlərdə onu aldatmaqla 3300 (üç min üç yüz) manat maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası CPM-in 181 və 183-cü maddələrinə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmişdir.Lakin cavabdeh 16 saylı cəzaçəkmə müəssisəsində olduğuna görə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15.03.2021-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2,178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən ona qəti olaraq 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Həmin hökmdən görünür ki, Cavabdeh Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunda vəkil işləyərkən ona hüquq yardım almaq üçün müraciət etmiş tanışı İddiaçı inam və etibardan sui-istifadə edərək Bakı Apellyasiya Məhkəməsində sonuncunun tanışı X3 mülki işi ilə bağlı əleyhinə qət edilmiş qətnamədən Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya qaydasında şikayət edib, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini ləğv etdirəcəyinə dair yalan vəd verib faktiki bununla əlaqədar hər hansı hərəkət etməməklə aldadaraq 2017-ci ilin noyabr ayında fəaliyyət göstərdiyi ünvan 1 ünvandakı ofisdə zərərçəkmiş İddiaçı 1300 (bir min üç yüz) manat məbləğində pulunu alaraq ələ keçirib dələduzluq etmişdir. Bundan başqa Cavabdeh Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunda vəkil işləyərkən ona hüquq yardım almaq üçün müraciət etmiş tanışı İddiaçı inam və etibardan sui-istifadə edərək sonuncunun dostu Bakı Ağır Cinayətlər Məhkəməsinin 19.04.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə 6 il 8 ay 4 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş X2 çəkilməmiş cəzasını Qaradağ Rayon Məhkəməsinin qərarı ilə şərti əvəz etdirib azadlığa buraxdıracağı barədə İddiaçı yalan vəd verib, faktiki bununla əlaqədar hər hansı hərəkət etməməklə aldadaraq 2018-ci ilin iyul ayında fəaliyyət göstərdiyi ünvan 2 ünvandakı ofisdə zərərçəkmiş İddiaçı 2000 (iki min) manat məbləğində pulunu alaraq ələ keçirib dələduzluq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 3300 (üç min üç yüz) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-127/2022
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-127/2022
29.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver