Məhkəmə qərarları › İş №2(028)-149/2025

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-149/2025

21.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-149/2025 21.04.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X25 Mübariz oğlunun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, Ərizəçi iştirakları ilə Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsi tələbinə dair ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi̇ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1972-ci ildə Qafan rayonunda doğulduğu faktı müəyyən edilməklə doğum aktının bərpa olunması və doğum haqqında şəhadətnamə verilməsi üçün ata qrafasında X11, ana qrafasında X8 olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, ərizəçinin tələbi ilə razılaşmamışdır. Ərizədə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.2016-cı il tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının tərtibatı qaydalarına dair Təlimatın 2-ci bəndinə əsasən 1-3-cü qrafalarda müvafiq olaraq uşağın soyadı, adı və ata adı yazılır, 5-ci qrafada doğulduğu gün, ay və il qeyd olunur, 6-cı qrafada doğulduğu yer şəhər (kənd), vilayət (ölkə, respublika) yazılır, 11-13-cü qrafalarda atanın və ananın soyadı, adı və ata adı yazılır. Ərizəçinin ərizəsinin “xahiş etdim” hissəsində uşaq bəndində soyadı (nikahdan əvvəlki soyadı qeyd olunmalıdır), adı, ata adı haqqında məlumat qeyd olunmamışdır. Göstərilənləri nəzərə alaraq ərizənin təmin edilməməsi xahiş edilmişdir. Ərizəçi məhkəməyə dəqiqləşmə ərizəsi ilə müraciət edərək, onun xx.xx.1972-ci ildə Ermənistan Respublikası, Qafan rayonunda doğulması faktının müəyyən edilməsi, doğum aktının bərpa olması və ona yeni doğum haqqında şəhadətnamə verilərkən uşaq qrafasında X9, doğum tarixinin xx.xx.1972-ci il, doğum yerinin Ermənistan Respublikası, Qafan rayonu, ata qrafasında X11, milliyəti azərbaycanlı, anasında X8, milliyəti azərbaycanlı qeyd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəsini müdafiə edərək bildirmişdir ki, o, xx.xx.1972-ci ildə Ermənistan Respublikası, Qafan rayonunda anadan olmuşdur. X2, anası X4r. Özünə məxsus olan doğum haqqında şəhadətnamə naməlum şəraitdə itmişdir. Məcburi köçkün kimi bəzi sənədləşmələrin həll olunması ilə əlaqədar olaraq doğum haqqında təkrar şəhadətnamə almaq üçün 1 saylı Bakı “Asan xidmət” mərkəzinin qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin doğum haqqında şəhadətnaməni almaq mümkün olmamışdı. Şöbədə izah edilmişdir ki, doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Göstərilənləri nəzərə alaraq, ərizənin təmin edilməsi xahiş edilir. Maraqlı şəxs qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X7 bildirdi ki, ərizəçi ondan bir yaş balaca olan bacısıdır. Ailədə dörd uşaqdırlar. Bacısı Leyla xx.xx.1972-ci ildə Qafan rayonunda anadan olub. Ataları Soltan, anaları Samayadır. Məhkəmə iclasında şahid X12 bildirdi ki, ərizəçi onun bacısıdır. Bacısı onu kimi Qafan rayonunda doğulub. Leyla 1972-ci ildə anadan olub. X1 və X4r. Məhkəmə ərizəçini və şahidləri dinləyib, sənədləri və işin hallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AA******* saylı şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, Ərizəçi xx.xx.1972-ci ildə Qafanda doğulmuşdur. İş materiallarında olan Məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 1972-ci ildə Ermənistan, Qafanda doğulmuşdur. İş materiallarında olan Qafan rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X10 xx.xx.1972-ci il tarixdə doğulmuşdur. X3, anası X5r. İş materiallarında olan Ölüm haqqında Şəhadətnamənin kserosurətindən görünür ki, X8 xx.xx.2022-ci ildə ölmüşdür. İş materiallarında olan Ölüm haqqında Şəhadətnamənin kserosurətindən görünür ki, X11 xx.xx.2004-cü ildə ölmüşdür. İş materiallarında olan Nikahın bağlanması haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X14 xx.xx.1997-ci ildə Ermənistan, Qafan rayonunda doğulmuş xx.xx.1972-ci il təvəllüdlü X9 ilə nikah bağlamışdır. İş materiallarında olan 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin ərizəçiyə ünvanladığı 3-16-5/8-79/25 saylı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təstiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında akların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təstiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədi (doğum haqqında şəhadətnsməni) təqdim edə bilmədiyinə görə doğum haqqında akt qeydinin bərpası tərəflərindən mümkün olmamışdır. Göstərilənlərə əsasən məhkəməyə müraciət etməsi tövsiyyə olunur. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarın 4.1-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. Həmin Məcəllənin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-çı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi doğum faktı müəyyən edilsin. Doğum haqqında bərpa akt qeydi tərtib olunarkən uşaq qrafasında “X9”, doğulduğu tarix xx.xx.1972-ci il, doğum yeri Ermənistan Respublikası, Qafan rayonu, ata qrafasında X11, milliyəti azərbaycanlı, ana qrafasında X8, milliyyəti azərbaycanlı kimi qeyd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM RAMİZ QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar