Məhkəmə qərarları › İş №2(028)-151/2023

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-151/2023

10.05.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-151/2023 10.05.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X13 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlakın dəyərinin müəyyən edilib reqres qaydada tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin predmetini təşkil edən ünvan 1ində yerləşən 4 ha torpaq sahəsinin hüquqi statusunun ilkin vəziyyətə qaytarılmasının mümkünsüzlüyünü nəzərə alaraq həmin torpaq sahəsinin qiymətləndirilərək, bu günə olan bazar dəyərinin hesablanması və nəticədə müəyyən olunan pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi dair qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmədə iddiaçının vəkili və nümayəndəsi iddianı müdafiə edərək göstərdi ki, xx.xx.2020-ci il tarixli, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin predmetini təşkil edən ünvan 1ində yerləşən 4 ha torpaq sahəsinin hüquqi statusunun ilkin vəziyyətə qaytarılması mübahisəli məsələ kimi açıq qalmışdır. Bu isə iddiaçının hüquqlarını pozulması ilə nəticələnir. Bu səbəbdən də hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının məhkəmə qaydasında bərpa olunması qənaətinə gəlmişdir. İddiaçı cavabdehlər X10, X7, Cavabdeh1, Cavabdeh2, Qusar rayon notariat ofisinin xüsusi notariusu X8, Bakı şəhəri 26 saylı notariat ofisi və AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı ‘'alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğvi” tələbinə dair iddia ərizəsi ilə əvəllər məhkəməyə müraciət etmişdir. Müraciətinin əsası kimi X7 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Cavabdeh2 ilə X10 ilə bağlanmış xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, iddiaçı xx.xx.2010-cu il tarixdə X7 ilə nikaha daxil olmuşdur. Bu barədə xx.xx.2010-cu il tarixli AZ-İ seriyalı 627864 saylı nikah haqqında şəhadətnamə verilmişdir. Birgə nikah dövründə ünvan 1i ünvanında torpaq sahəsi almışdılar. Həmin torpaq sahəsinin alqı-satqısı üçün həyat yoldaşı (əri) X5 xx.xx.2018-ci il tarixli etibarnamə və razılıq ərizəsi vermişdir. Daha sonra onlar birgə nikah dövründə ünvan 1i ünvanında xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında ikinci dəfə sahəsi 4 ha olan torpaq sahəsi almışdılar. Həmin torpaq sahəsinin satılması barədə iddiaçının onun heç bir məlumatı və razılığı olmayıb. Belə ki, həyat yoldaşı Zöhrab Əlimərdanov digər Cavabdeh1 xx.xx.2020-ci il tarixli etibarnamə vermiş, sonuncu isə həmin etibarnamə əsasında Zöhrab Əlimərdanovun adından qeyd edilən torpağı xx.xx.2020-ci il tarixli AN- İ seriyalı 086758 saylı alqı-satqı müqaviləsi əsasında X2. Qusar rayon notariat ofisinin xüsusi notariusu iddiaçının onun iştirakı olmadan və ikinci dəfə aldıqları torpağın satılması ilə bağlı razılıq ərizənin olmamasına baxmayaraq, alqı-satqı müqaviləsini təsdiq etmişdir.X11 da həmin alqı-satqı müqaviləsində iştirak etməmişdir.Bundan sonra Cavabdeh2 həmin torpaq sahəsini xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X3 və sonuncunun adına xx.xx.2020-ci il tarixli ********** saylı çıxarış verilmişdir. Z.Əlimərdanova torpağın alqı-satqısı ilə bağlı etibarnamə və razılıq ərizəsi verərkən ünvan 1ində aldıqları ikinci 4 ha torpaq sahəsi mülkiyyətində olmamışdır. Yəni tərəfindən Zöhrab Əlimərdanova verilmiş etibarnamə və razılıq ərizəsi əvvəllər aldıqları torpaq sahəsinə aid olmuşdur. Həmin torpaq sahəsinin satılması barədə onun heç bir məlumatı və razılığı olmayıb. Alqı-satqı müqaviləsinin notariat qaydasında rəsmiləşdirilməsi üçün onun razılığının olmaması «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatda nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən layiqincə icra olunmadığını təsdiq edir. Bu hal isə əqdin etibarsız hesab edilməsi üçün əsasdır.Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)- 2108/2021 nömrəli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir.Daha sonra Bakı Apellyasiya Məhkəməsinə pozulmuş hüquqlarının bərpası məqsədi ilə apellyasiya şikayəti ilə müraciət etmişdir. Apellyasiya araşdırması zamanı eyni məzmunlu izahatlar dinlənildikdən sonra Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021 -ci il tarixli, 2(103)- 9793/2021 saylı Qətnaməsi ilə apellyasiya şikayəti aşağıdakı məzmunda olduğu kimi qismən təmin olunmuşdur: “Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)- 2108/2021 nömrəli qətnaməsi qismən ləğv edilsin. İddiaçı "alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğvi" tələbinə dair iddiası qismən təmin edilsin. X7 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilsin və onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın”. Beləliklə, məhkəmə kolegiyası iddia tələbinin qeyd olunan hissəsi ilə bağlı hesab etmişdir ki, X7 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin predmetini təşkil edən ünvan 1ində yerləşən 4 ha torpaq sahəsi İddiaçı ilə cavabdeh X4 birgə nikahı dövründə əldə edildiyindən və həmin torpaq sahəsi üzərində sərəncam verilməsi ilə bağlı İddiaçı tərəfindən notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi verilmədiyindən iddia tələbi həmin hissədə təmin edilərək X7 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Məhkəmə kollegiyası qəbul etdiyi qərarın bir hissəsi kimi qeyd etmişdir ki, iş üzrə etibarsızlığı iddia edilən X7 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə ödənilmiş pul məbləğinin kimə aid olması, həmin məbləğin əmlakın satıcısına verilib verilməməsinin müəyyən olmaması kimi halları nəzərə alaraq, həmin müqavilənin etibarsız sayılmasından sonra tərəflərin aldıqlarını bir-birinə qaytarması ilə bağlı məsələ açıq saxlanılmalı, tərəflərə bu məsələ ilə bağlı ayrıca məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Qeyd edilməlidir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər.(Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarı) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamisidi digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 94.2-ci maddəsinə əsasən torpaqların qiymətləndirilməsində torpağın normativ qiymətindən və bazar qiymətindən istifadə olunur. Göstərilənləri nəzərə alıb iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Cavabdeh1 qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir Cavabdeh2 məlum olan axırıncı ünvana məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmişdir. Lakin cavabdeh orada yaşamadığına görə məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Bu barədə «Poçt haqqında» Azərbaycan Respublikasının qanununa uyğun olaraq «Azərpoçt» tərəfindən müvafiq qeyd yazılmış və möhürlə təsdiq edilmiş məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsini rəhbər tutaraq işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinə əsasən ərizədə işdə iştirak edən şəxslərin adları, onların poct ünvanları göstərilməlidir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-9793/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, X7 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi və onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının ləğv edilməsi qət edilmişdir. Məhkəmə kollegiyası qəbul etdiyi qərarın bir hissəsi kimi qeyd etmişdir ki, iş üzrə etibarsızlığı iddia edilən X7 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə ödənilmiş pul məbləğinin kimə aid olması, həmin məbləğin əmlakın satıcısına verilib verilməməsinin müəyyən olmaması kimi halları nəzərə alaraq, həmin müqavilənin etibarsız sayılmasından sonra tərəflərin aldıqlarını bir-birinə qaytarması ilə bağlı məsələ açıq saxlanılmalı, tərəflərə bu məsələ ilə bağlı ayrıca məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. İş materiallarında olan və X10 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh2 ünvan 1ində yerləşən 4 ha torpaq sahəsini 60000 (altmış min manat) qiymətə alıcı X1. İş materiallarında olan "xxxx" MMC-nin 178/E saylı 19 mart 2023-cü il tarixli qiymətləndirmə mütəxəssis rəyindən görünür ki, X4 adına olan ünvan 1ində yerləşən 4 ha torpaq sahəsinin bazar dəyəri 56000 (əlli altı min manat) müəyyən olunmuşdur. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 76-cı maddəsinə əsasən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. ünvan 1ində yerləşən 4 ha torpaq sahəsinin bazar dəyəri 56000 (əlli altı min manat) müəyyən edilsin. 56000 (əlli altı min manat) Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar