Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-16/2022 11.01.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X6 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Qubadlı Rayon Qeydiyyat Şöbəsinə qarşı doğum haqqında aktında düzəliş edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Qubadlı rayon Qeydiyyat Şöbəsi tərəfindən 22 noyabr 2005-ci ildə verilmiş 486 saylı akt qeydinə düzəliş edilərək adının “Elvina” kimi yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Ərizə ilə məhkəməyə müraciət edərək, Qubadlı rayon Qeydiyyat Şöbəsi tərəfindən 22 noyabr 2005-ci ildə verilmiş 486 saylı akt qeydinə düzəliş edilərək qızı X2 adının “Elvina” kimi yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Məhkəmədə ərizəçi ərizəsini müdafiə edərək göstərdi ki, X3 onun qızıdır.O, 23 oktyabr 2005-ci ildə anadan olmuşdur.Bunu 01 dekabr 2021-ci ildə təkrarən verilmiş AZ-T№190235 saylı doğum haqqında şəhadətnamə təsdiq edir.Həmin doğum haqqında şəhadətnamədə qızının “Elvina”nın adı səhvən “Elvinə” kimi qeyd edilmişdir.Qıza məxsus olan Asan-Sumqayıt tərəfindən 26.02.2015-ci ildə verilmiş AZE12257891 №-li şəxsiyyət vəsiqəsində adı “Elvina” kimi qeyd edilmişdir.Qızına məxsus sənədlərdə ad qrafasında müxtəliflik olduğuna görə həmin səhvin düzəldilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.O, qızı E.Muxtarovaya Azərbaycan Respublikası Qubadlı Rayon Qeydiyyat Şöbəsi tərəfindən 22 noyabr 2005-ci ildə verilmiş 486 saylı akt qeydinə düzəliş edilərək adının “Elvina” kimi yazılması xahişi ilə maraqlı tərəf olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qubadlı Rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir.Qubadlı Rayon Qeydiyyat Şöbəsi tərəfindən 03.12.2021-ci il tarixli məktubu ilə onun xahişindən imtina edilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir.Buna görə o, məhkəməyə müraciət etməli olmuşdur.Bunları nəzərə alaraq ərizənin təmin edilməsini xahiş etdi. İş üzrə maraqlı tərəf olan Qubadlı Rayon Qeydiyyat Şöbəsi məhkəməyə ünvanlanmış ərizədə işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəçini dinləyib, işin materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarında olan və Qubadlı rayon Qeydiyyat Şöbəsi tərəfindən 01.12.2021-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş kserosurətindən görünür ki, X4 23.10.2005-ci il tarixdə doğulmuşdur.X1, anası Ərizəçidır. İş materiallarında olan və ASAN-Sumqayıt tərəfindən 26.02.2015-ci il tarixdə verilmiş vətəndaşın şəxsiyyət vəsiqəsinin kserosurətində göstərilir ki, Muxtarova Elvina 23.10.2005-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan və Qubadlı Rayon Qeydiyyat Şöbəsi tərəfindən ərizəçiyə ünvanlanmış 03.12.2021-ci il tarixli 05/Q-364/15 nömrəli məktubda göstərilir ki, 03.12.2021-ci il tarixdə şöbəyə daxil olmuş Qubadlı Rayon Qeydiyyat Şöbəsi tərəfindən tərtib olunmuş 486 saylı, 22.11.2005-ci il tarixli doğum haqqında akt qeydində qızının adının “Elvinə”dən “Elvina”ya düzəliş edilməsinə dair müraciətə baxılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Doğum haqqında akt qeydində düzəliş edilməsi üçün zəruri olan sənədləri təqdim etməklə bu barədə ərizə daimi yaşadığınız yerin qeydiyyat şöbəsinə, akt qeydinə qeydiyyat şöbəsi tərəfindən düzəlış edilməsinə kifayət qədər əsas olmadıqda isə məhkəməyə müraciət edə bilərsiniz. Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki,ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Qubadlı rayon Qeydiyyat Şöbəsi tərəfindən 22 noyabr 2005-ci ildə verilmiş 486 saylı akt qeydinə düzəliş edilərək X2 adı “Elvina” kimi yazılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-16/2022
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-16/2022
11.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver