Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-162/2024 03.04.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X32 Xoşbəxt oğlunun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs 1 saylı Sumqayıt Regional Maraqlı şəxsndə qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyəti faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 20.081976-cı ləd Ermənistan Respublikasının Vardenis rayonunda doğumunun qeyd edilməsi faktı müəyyən edilməklə, onun doğum haqqında akt qeydi bərpa edilsin, adına yeni doğum haqqında şəhadətnamə verilsin, yeni doğum haqqında şəhadətnamədə soyadı, adı və atasının adı Ərizəçi, doğum tarixi xx.xx.1976-cı il, doğlduğu yer Ermənistan Respublikası, Vardenis rayonu, atasının adı qrafasında X27, milliyətinin azərbaycanlı, ana qrafasında X5, milliyətinin azərbaycanlı kimi qeyd olunması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmədə ərizəçi ərizəsini müdafiə edərək bildirdi ki, o, xx.xx.1976-cı ildə Ermənistan Respublikasının Vardenis rayonunda doğulmuşdur. X11, anası isə X3r. xx.xx.1978-ci il təvəllüdlü X31, xx.xx.1981-ci il təvəllüdlü X28 və xx.xx.1985-ci il təvəllüdlü X29 adlı qardaşları və xx.xx.1974-cü il təvəllüdlü X20 adlı bacısı vardır. Bacı və qardaşlarının doğum haqqında şəhadətnamələri hazırda özlərindədir və onları hazırki ərizəyə qoşma kimi əlavə edib. Ona məxsus doğum haqqında şəhadətnamə Ermənistan Respublikasında qalmışdır. Müvafiq sənədlərinin hazırlanması üçün ona məxsus doğum haqqında şəhadətnamənin yenisinin əldə edilməsi zərurəti yaranmışdır. Bu səbəbdən də 1 saylı Sumqayıt Regional Maraqlı şəxsndə qeydiyyat şöbəsinə ərizə ilə müraciət etməli olmuşdur. Orada məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Göstərilənlərə əsasən ərizəsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf 1 saylı Sumqayıt Regional Maraqlı şəxsndə qeydiyyat şöbəsi qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, tərəfin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. X1 bildirdi ki, o, xx.xx.1965-ci idlə Qubadlı rayon Bəxtiyarlı kəndində anadan olmuşdur. Ərizəçi gəlinləridi. Aygün 1993-cü ildə onlara gəlin köçüb. Onun 1976-cı ildə Ermənistan Respublikası Vardenis rayonunda doğulduğunu bilir. Valideynlərinin adı Əhəd və Ofinadır. X2 bildirdi ki, o, xx.xx.1975-ci ildə Füzuli rayon Pirəhmədli kəndində anadan olmuşdur. Aygün qaynının həyat yoldaşıdır. Onun xx.xx.1976-cı ildə Göyçə mahalında doğulduğunu bilir. Valideynlərinin adı Əhəd və Ofelyadır. Məhkəmə iş üzrə ərizəçini, şahidləri dinləyib, işin materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ərizəçi xx.xx.1976-cı il tarixdə anadan olmuşdur. Bu hal Ərizəçi AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin kserosurəti ilə təsdiq olunur. İş materiallarında olan AZE02884861 saylı şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, X30 xx.xx.1951-ci il tarixdə Ermənistan Respublikası, Vardenis rayonunda anadan olmuşdur. İş materiallarında olan AZE02884999 saylı şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, X13 xx.xx.1954-cü il tarixdə Ermənistan Respublikası, Vardenis rayonunda anadan olmuşdur. İş materiallarında olan Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ermənistan Respublikası, Vardenis rayonu, Daşkənd kəndidə anadan olmuş xx.xx.1981-ci il təvəllüdlü X17 atası X30, anası X6r. İş materiallarında olan Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ermənistan Respublikası, Vardenis rayonu, Daşkənd kəndidə anadan olmuş xx.xx.1974-cü il təvəllüdlü X14 atası X30, anası X7r. İş materiallarında olan Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ermənistan Respublikası, Vardenis rayonu, Daşkənd kəndidə anadan olmuş xx.xx.1985-ci il təvəllüdlü X18 atası X30, anası X6r. İş materiallarında olan Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ermənistan Respublikası, Vardenis rayonu, Daşkənd kəndidə anadan olmuş xx.xx.1978-ci il təvəllüdlü X21 atası X30, anası X9r. İş materiallarında olan Nikah haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X30 və X4 xx.xx.1974-cü ildə nikahlarını Vardenis rayonu X16 bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 16 № ilə qeyd edilmişdir. İş materiallarında olan 1 saylı Sumqayıt Regional Maraqlı şəxsndə qeydiyyat şöbəsi tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-16-5/8-15-601/2024 saylı məktubda göstərilir ki, doğum haqqında akt qeydinin bərpa edilməsi üçün həmin qeydin əvvəllər olmasını təsdiq edən sənəd təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. Doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”- nın 1.7-ci madəsinə əsasən qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təstiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazim olan bu qaydada müəyynə olunmuş digər sənədlər əsasında aparılır. Doğum haqqında akt qeydinin bərpası üçün məhkəməyə müraciət etmək tövsiyyə olunur. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarın 4.1-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə işə qeydiyyatın həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1976-ci il tarixdə Ermənistanın, Vardenis rayonunda doğulması faktı müəyyən edilsin. Doğum haqqında bərpa akt qeydi tərtib olunarkən adı, soyadı, atasının adı Ərizəçi, ata qrafasında X27, milliyyəti azərbaycanlı, ana qrafasında X13, milliyyəti azərbaycanlı kimi qeyd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV
Məhkəmə qərarları › İş №2(028)-162/2024
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-162/2024
03.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver