Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(028)-183/2023 03.03.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X3 Ruvinov Ərizəçi Maraqlı şəxsnə qarşı vətəndaşlıq vəziyyəti aktının ilkin qeydlərinin ləğv edilməsi tələbinə dair ərizəsini nəzərdən keçirib, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X2 xx.xx.2020-ci il təvəllüdlü X1 atası olması faktının müəyyən edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə ərizəyə baxaraq hesab edir ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməməklə verilmişdir. Belə ki, ərizəçi məhkəməyə xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasında müraciət etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 351-ci maddəsinə əsasən uşağın övladlığa götürülməsinin ləğv edilməsi haqqında işlərin baxılması və həlli iddia icraatı qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə görə iddia ərizəsinin bu Məcəllinin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 149- 152, 263-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizəçi ərizəsi geri qaytarılsın. Ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə şikayət verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-183/2023
Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №2(028)-183/2023
03.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver