Məhkəmə qərarları › İş №2(028)-210/2024

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-210/2024

10.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-210/2024 10.06.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X13 Xoşbəxt oğlunun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, Ərizəçi, Ərizəçi vəkili - nümayəndəsi Vəkil iştirakları ilə Ərizəçi (Maraqlı şəxs və X9) nikah haqqında akt qeydinin bərpa olunmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla X9 arasında bağlanmış nikah haqqında akt qeydinin bərpa olunması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmədə ərizəçinin vəkili və nümayəndəsi ərizəni müdafiə edərək bildirdi ki, ərizəçi xx xxxx 1972-ci il tarixində Qubadlı rayonunun Çaytumas kəndində anadan olmuş və hal-hazırda da həmin kənddə yaşayış yeri üzrə qeydiyyatdadır, məcburi köçkündür. O, 18 aprel 1993-cü ildə X9 ilə Qubadlı rayonunda rəsmi nikaha daxil olmuş və bu barədə müvafiq dövlət qeydiyyatı həyata keçirilmişdir. Onların nikahdan X10 və X8 doğulmuşdur. Lakin 31 avqust 1993-cü il tarixində Qubadlının işğalı ilə əlaqədar ərizəçi və onun ailə üzvləri Qubadlı rayonunu tərk edərkən, yəni məcburi köçkün düşərkən nikah haqqında şəhadətnamə də naməlum şəraitdə itmişdir. Cari ilin mart ayının əvvəllərində ərizəçi nikah haqqında arayışın verilməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional “ASAN xidmət" X5 müraciət etmiş, lakin Qeydiyyat Şöbəsi 10 mart 2024-cü il tarixli 3-16-5/8-C-69-1336/2024 nömrəli məktubu ilə bundan imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, ərizəçinin övladları Akifə Səfərlinin doğumu haqqında akt qeydində valideynlərin, yəni onunla X6 xx.xx.1991-ci ildə nikahın qeydə alındığı yer göstərilməmiş, Bəhlul Səfərovun doğumu haqqında akt qeydində isə xx.xx.1993-cü ildə Qubadlı Rayon Qeydiyyat Şöbəsində nikaha daxil olduğu qeyd edilmişdir. Lakin informasiya sistemində həmin nikahlar və onlara xitam verilməsinə dair məlumat aşkar olunmamış və eyni zamanda “Əhalinin Dövlət Reyestri” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində axtarış aparılarkən ərizəçi barəsində məlumatlarda ailə vəziyyətinin “evli" kimi qeyd olunduğu müəyyən edilmişdir. Təxminən 9 ilə yaxındır ki, ərizəçi X9 ilə ər-arvad olaraq birgə yaşamır, onların nikahı formal xarakter daşıyır, övladları da müstəqil şəkildə, ayrı-ayrılıqda, müxtəlif yerlərdə ailə quraraq yaşayırlar. X3 başqa qadınla qeyri-rəsmi nikahda yaşayır. Nikah haqqında akt qeydinin bərpa olunmasının ona X9 ilə nikaha xitam verərək yeni nikah bağlaması üçün lazımdır. Bu hal ona yeni nikah bağlayaraq ailə qurmasına imkan vermir. Göstərilənlərə əsasən ərizənin təmin edilməsinə dair qətnamə çıxarılması məhkəmədən xahiş edildi. Məhkəmə iclasında Ərizəçi vəkili - nümayəndəsinin ifadəsinə uyğun izahat verərək ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və tələbin təmin edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı X9 maraqlı şəxs qismində işə cəlb edilmişdir. Maraqlı şəxs X9 məhkəməyə teleqramla müraciət edərək bildirmişdir ki, Ərizəçi xüsusi icraat qaydasında verilmiş ərizəsi ilə razıdır, ona etirazı yoxdur və təmin edilməsini xahiş edir. X2 bildirdi ki, Qüdrət Səfərovun əmisi qızıdır. Ərizəçi onun əmisi oğlunun həyat yoldaşıdı. Onlar hələ məcburi köçkünlük düşməmişdən əvvəl ailə həyatı quraraq Qubadlı rayonunun Çaytumas kəndində yaşamışdılar. Ərizəçigilin birgə nikahdan iki övladı doğulmuşdur. Məhkəmə iş üzrə ərizəçininin vəkili - nümayəndəsini, şahidi dinləyib, işin materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin sahibi Ərizəçi sistemdə ailə vəziyyəti “evli” kimi göstərilir. İş materiallarında olan AZE15706787 seriya nömrəli şəxsiyyət vəsiqəsinin sahibi X1 ailə vəziyyəti “evli” kimi göstərilir. İş materiallarına əlavə edilmiş Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1993-cü il tarixdə doğulmuşdur. X4, anası Ərizəçidır. İş materiallarına əlavə edilmiş Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1995-ci il tarixdə doğulmuşdur. X4, anası Ərizəçidır. İş materiallarında olan Maraqlı şəxsndə Qeydiyyat şöbəsi tərəfindən ərizəçiyə ünvanlanmış məktubda göstərilir ki, ərizəçinin müraciəti ilə əlaqədar olaraq Akifə Səfərli və Bəhlul Səfərovun doğumu haqqında akt qeydlərinə dair məlumatlar aşkar edilmişdir. Belə ki, A.Səfərlinin doğumu haqqında akt qeydində valideynlərin xx.xx.1991-ci ildə nikahın qeydə alındığı yer göstərilməmişdir. B.Səfərovun doğumu haqqında akt qeydində isə xx.xx.1993-cü ildə Qubadlı rayon qeydiyyat şöbəsində nikaha daxil olduğu qeyd edilmişdir. Lakin informasiya sistemində həmin nikahlar və onlara xitam verilməsinə dair məlumat aşkar olunmamış, eləcə də bu barədə sənədlər müraciətə əlavə edilməmişdir. Eyni zamanda bildirilir ki, “Əhalinin Dövlət Reyestri” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində axtarış aparılarkən Ərizəçi barəsində məlumatlarda ailə vəziyyətinin “evli” kimi qeyd olunduğu müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən nikah haqqında arayışın istənilməsi barədə ərizənin təmin edilməsi mümkün olmamışdır. İş materiallarina əlavə edilmiş 1 saylı ASAN xidmət mərkəzində notarial qaydada tərtib edilmiş ərizədən görünür ki, X9 2(028)-210/2024 saylı iş üzrə xüsusi icraat qaydasında verilmiş nikah haqqında akt qeydinin bərpa olunmasına dair ərizədən məlumatlı olduğunu bildirir. Həmin ərizə ilə tanış olub. Ərizədə qeyd olunanlarla razıdır, onları qəbul edir və onlara qarşı hər hansı etirazı yaxud narazıçılığı yoxdur. Sözügedən ərizə onun maraq və mənafeyinə uyğun olduğundan, onun təmin edilməsini xahiş edir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarın 4.1-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə işə qeydiyyatın həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X9 ilə Ərizəçi arasında xx.xx.1993-cü il tarixdə Qubadlı rayonu Həmzəli kənd İcra Nümayəndəliyində bağlanmış nikah haqqında akt qeydi bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar