Məhkəmə qərarları › İş №2(028)-215/2021

Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №2(028)-215/2021

19.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(028)-215/2021 19.05.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X3 Ruvinovun sədrliyi, Məhkəmə iclas katibi X1, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı hüquqi əhəmiyyətli faktın təsdiqi barədə mülki işə acıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1975-ci il tarixdən 31.08.1993-cü il tarixədək Qubadlı rayonu Ləpəxeyranlı kəndində yaşaması faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəsini müdafiə edərək göstərdi ki, o, xx.xx.1975-ci ildə Qubadlı rayonu Ləpəxeyranlı kəndində anadan olmuşdur. 1992-ci ildə Qubadlı rayonu, Xudular kəndində orta məktəbini bitirmiş və Memarlıq və İnşaat Universitetinin “Hazırlıq” fakultəsinin əyani şöbəsinə daxil olmuşdur. 01.08.1993-cü ildə hazırlıqla əlaqə olmadığına görə xaric olunmuş və yataqxananın qeydiyyatından çıxarılmışdır. 31 avqust 1993-cü ildə Qubadlı rayon qeydiyyatında olmuş və rayon işğal olunduqdan sonra məcburi köçkün düşmüş və hal-hazırda Sumqayıt şəhəri, 42-ci məhəllə, 11 saylı yataqxanada müvəqqəti məskunlaşmışdır. Məcburi köçkün kimi hər ay vahid aylıq müavinət alır. Hal-hazırda özünə və uşaqlara köçkün vəsiqələri almaq üçün Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin müvafiq şöbəsinə sənədləri təqdim etmişdir. Sənədlərlə bərabər Qubadlı rayonu İcra Hakimiyyətinin onun 31 avqust 1993-cü ildən köçkün gəlməyini təsdiq edən sənədi də təqdim etmişdir.Lakin Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən köçkünlük statusunu təsdiq edən vəsiqənin verilməsi üçün təqdim etdiyi sənədlərin yetərsiz olduğu əsas gətirilərək onun Qubadlı rayonundan köçkün düşməyi ilə bağlı faktın təsdiq edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Göstərilənləri nəzərə alaraq, ərizənin təmin edilməsini xahiş etdi. İş üzrə maraqlı tərəf Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına onun səlahiyyətli nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Ərizəçi dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, ərizə baxılmamış saxlanmalıdır. Belə ki Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.6-cı bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı hüquqi əhəmiyyətli faktın təsdiqi barədə ərizə baxılmamış saxlanılsın. İzah olunsun ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Qubadlı Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar